Türkiyədə çıxan “Koroğlu” dərgisinin yanvar sayı Əjdər Ola həsr edilib

Türkiyədə çıxan “Koroğlu” dərgisinin yanvar sayı Əjdər Ola həsr edilib
27 yanvar 2016
# 15:45

Türkiyədə işıq üzü görən “Koroğlu” dərgisinin yanvar sayı Azərbaycanın usta ədiblərindən olan şair və nasir Əjdər Ola həsr edilib.

Ön söz yerinə verilən yazıda dərginin məramları açıqlanır, mövzu istiqamətləri barədə ümumi məlumat verilir.

Türk dünyası ədəbiyyatının bir arada nəşri, ədəbi əlaqələrin güclənməsi yönündə görülən işlərdən bəhs edilir, onların vacibliyi vurğulanır:

“Bu sayımızda sizə Koroğlunun diyarından, yəni Azərbaycandan sevgi dolu hekayələr, şeirlərlə səslənmək istədik. Əvvəlki saylarımızı izləyən oxucular Türk Dünyası ilə olan yaxın ədəbi əlaqələrimizdən xəbərdardırlar. Hər sayda sizə Türk Dünyasının fərqli coğrafiyasından qardaş səsləri, qardaş rəngləri təqdim etməyə çalışırıq. Mədəni coğrafiyamızdan, fərqli ədəbi əsərlərə, ortaq mədəniyyətimizə töhfələr vermiş yazıçı və şairlərimizə daha çox yer ayıra bilmək üçün zaman-zaman xüsusi saylar nəşr etmək lazım gəlir. Odur ki, budəfəki sayımızı Azərbaycan ədəbiyyatının önəmli simalarından olan, ədəbiyyatın şeir, hekayə, dram və tənqid kimi sahələrində yazıb-yaradan Əjdər Ola həsr etdik... Cild-cild kitabların müəllifini bütün yönləri ilə burada tanıtmaq, ədəbi yaradıcılığı ilə bağlı dərin analiz vermək mümkün deyil. Biz də dərginin imkanları daxilində onun daha çox əsərini yayımlamağı, oxucunun şairi daha yaxşı tanımasını qarşıya məqsəd qoyduq”.

Diqqət çəkən məqamlardan biri dərgidə Əjdər Olun şeirlərinin, həmçinin ona həsr olunan poetik parçaların orijinalda - Azərbaycan dilində verilməsidir. Yazıda şeirlərin orijinalda verilməsinin səbəbləri belə açıqlanır:

“Əjdər Olun öz şeirlərini və ona həsr edilənləri orijinal halda, yəni Azərbaycan türkcəsində yayımlamağı, anlaşılması çətin sözlərinsə izahını verməyi uyğun bildik. Çünki şeirin xüsusi dili, xüsusi oxucu kütləsi var. Onların Türkiyə türkçəsinə çevrilməsi səs və ahəngin itirilməsinə səbəb olardı. Əjdər Ol kimi usta şairin qələmindən çıxan nəfis misraların səs, ahəng, ritm keyfiyyətlərini itirmədən oxucuya çatdırmaq istədik”.

Dərgidə ədibin tərcümeyi-halı, şeirlərilə bərabər, “Tütün limanı”, Güldəstənin cehizi” hekayələri də çap olunub. Eyni zamanda, dərgidə türkiyəli şair İmdat Avşarın “Əjdər Ola ithaf edilən hekayələr”i, Məmməd İsmayılın “Əjdər Ol haqqında söylənənlər-yazılanlar”ı, Məmməd Aslanın “Söz sözü çəkdi”, Musa Yaqubun “Ol!”u və başqa mətnlərə yer verilib. /525.az/

Türkiyənin “Koroğlu” dərgisinin yeni sayı Əjdər Ola həsr olunub<b style="color:red"></b>

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

09:34 23 iyun 2025
Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

12:00 22 iyun 2025
Bədii mətnin sirlərini açan mətnlər

Bədii mətnin sirlərini açan mətnlər

10:00 22 iyun 2025
"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

09:00 21 iyun 2025
Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

14:20 20 iyun 2025
Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

12:26 19 iyun 2025
#
#
# # #