Kişilərin hirslənməsi – Nərmin Kamaldan YENİ ŞEİRLƏR

Kişilərin hirslənməsi – Nərmin Kamaldan <span style="color:red;">YENİ ŞEİRLƏR
22 iyun 2015
# 09:39

Kulis Nərmin Kamalın yeni şeirlərini təqdim edir.

İlbiz

İlbiz, gəl dırmaş ayaqlarıma,

amma astaca astaca...

sürün, sürün, azca sağa,

gəl dabanımın yanına...

o çatlamış səhralara

toxun suluca qarnınla

bəsdi, bəsdi, yol uzundu

nə qədər canın suludu

İlbiz!

dırmaş ayaqlarıma,

şüşələr cızan yollarla,

dünən sındırmışdı ağam...

dırmaş yaslana yaslana,

dırmaş sallana sallana...

orda bir yara var, orda,

düz topuğumun yanında,

o yaraya bir dövrə vur,

gillən astaca-astaca...

İlbiz,

dırmaş ayaqlarıma

yoxuş uca, sən balaca,

orda yoluna əngəl var,

mən tük deyim, sənsə ağac,

indi tapşırram yatarlar,

yolun açıq gecə uzun,

dırmaş astaca astaca...

evin ovcumuun içində,

otaqları burma burma,

sən məni gəz, mənsə onu,

dırmaş astaca-astaca...

İlbiz

dırmaş ayaqlarıma

kömür qurtarar sobada, -

sən dizimə yan alınca.

Şirə burax gəldiyin yola

qayıdanda azmayasan

ocaqda kösöv sönəcək,

deyirəm ki, qorxmayasan.

Hirslənəndə

hər kişi bir başqa cür hirslənir hirslənəndə

atam qəfil qışqırır

qolu şüşəni sındırır

gözü gözümə şığıyır...

ərim qışqırmır çox vaxtı

namaz qılır göz yaşıyla

məndən nə deyir Allaha...

Faiq süfrəni siyirir qoluyla

salır qab-qacağı yerə

dolma, kabab dığırlanır...

Rza içəri düz girir,

əvvəl deməzsən hirslənib

gedib çaydanı götürür

açıb tullayır bayıra...

Natiqin üzü qızarır

yumruğu da düyün düşür

ilan kimi fısıldayır

söyüş söyəcək indicə...

Bəs sən necə,

necə hirslənirsən, əzizim,

birdən hirsləndirsəm səni

nəylə vurarsan məni...

Şüşələr

hər gülüşmədən sonra

bir şüşəni vurub sındırardı

nəslimin qadınları

gülüşlər çox olanda

üçünü

inanardılar hər gülüşmənin ardınca

ağlayacaqlarına

banka-balonla çıxardılar

qarşısına göz yaşı tanrısının

bəzən şampan şüşəsi olardı bu,

bəzən limonad,

ancaq çox vaxt qatıq bankaları olardı silahları

mən də bir əlimdə süpürgə, birində xəkəndazla

süpürərdim sınıqları

hərəsində

bir başqa cür görünərdi üzüm,

bəzilərindəsə heeç, heç...

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər