Sevinc, Aysel, Nərgiz... – Gənc şairin qız adlarına yazdığı şeirlər

<span style="color:red;">Sevinc, Aysel, Nərgiz...  – Gənc şairin qız adlarına yazdığı şeirlər
21 iyul 2018
# 13:41

Kulis.az gənc şair Rəşad Nağı Mustafanın yeni şeirlərini təqdim edir.

Sevinc

Hava hazırlıq görər, qaralar ay gəlincə

Ay da yığar başına ulduz xatirələrin

Bir evdə, bir otaqda işıq yanar qəfildən

Məktublarda axtarar bir qız xatirələrin.

Köhnə, həsrət qoxulu məktubların içindən

O qızın əllərinə bir ulduz axar… axar

Sığınmağa yer olmaz, tez qaçar pəncərəyə

Allaha əl uzadar göylərə baxar… baxar.

Göydən bir mələk enər o qızın əllərinə

Axtarar ən saf təmiz duaların, axtarar

Bu gecə uzun çəkər Günəşin hazırlığı

Gedər dağın dalında şüaların axtarar.

Günəş yır-yığış edib gələnəcən gec olar

Çiyinlərindən qızın nə qədər yük atılar

Qəfil yağış damcısı döyüncə pəncərəni

Qızın ovuclarından dualar dik atılar.

Sevda

Məndən olsa,

hər fəsildən bir ay götürüb,

səni yeni fəsildə sevərəm.

Məndən olsa,

səni ölənəcən,

öləndən sonra bir 15 il də sevərəm.

Məndən olsa,

qoymaram İyunun istisi yağışın sözünü kəssin.

Məndən olsa,

küləyə də təpinərəm,

buludlardan bir az o yanda əssin…

Məndən olsa,

qoymaram kimsə kimisə getməklə qorxutsun.

Məndən olsa

hamının gözünə kirpik ataram,

ataram ki, hamı arzu tutsun.

Məndən olsa,

könlüm Allahı zikr edər, dilim səni

Məndən olsa,

bir də heç vaxt Allahsız sevmərəm sevgilim səni.

Məndən olsa

20 il əvvələ qayıdaram 20 il sonra.

Qayıdaram dostluğumuzun

duz-çörək vaxtına,

qayıdaram sevgimizin mübarək vaxtına,

qayıdaram sevdamızın gücünə,

qayıdaram bu günə.

Məndən olsa qayıdaram,

qorxuram ki sənnən olmaz.

Fatimə

Dualar bəlanı pozursa,

poza bilirsə,

Küləklər fəslini azırsa,

aza bilirsə,

İnsanlar qədərin yazırsa,

yaza bilirsə,

Mən möcüzələrə inanıram.

Çox çəkməz gəlməyin,

çox çəkməz.

Yarpaqlar rəngini dəyişirsə,

dəyişə bilirsə,

Adamlar ölümü əndişə bilirsə,

əndişə bilirsə,

Aşiqlər Allahla görüşürsə,

görüşə bilirsə,

Mən möczülərə inanıram.

Çox çəkməz gəlməyin,

çox çəkməz.

Eşq əhli nəfsini kölə bilirsə,

Heç vaxt getməyənlər

gələ bilirsə,

Sümüklər ətlə örtülürsə,

örtülə bilirsə,

Mən möcüzələrə inanıram.

Çox çəkməz gəlməyin,

çox çəkməz

Aysel

Səndən qayıdan yolda

tələssəydim,

təndirə düşsəydim,

bir isti ölüm ola bilərdi,

olmadı…

Səndən qayıdan yolda

qarşıma çıxan

qızlardan birinə baxsaydım,

baxa bilsəydim,

sevgilim ola bilərdi,

olmadı…

olmadı…

səndən bir də olmadı…

Nərgiz

Göydən kitablar asıldı,

kitablardan adamlar düşdü,

adamların da ürəyi.

Sonra o adamlar

abzasdan başladırlar sevməyə

tanrını və ətrafındakılarını:

günəşi,

ayı,

buludu,

yağışı,

küləyi…

Göydən kitablar asıldı,

kitablardan adamlar düşdü,

adamlardan

hekayələr,

şeirlər

adamlar…

nargin.az

# 2911 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər