Ən böyük kolumbiyalı – Markesin həyat hekayəsi

Ən böyük kolumbiyalı – <span style="color:red;">Markesin həyat hekayəsi
6 mart 2018
# 21:00

Bütün Latın Amerika ölkələri onu Qabo kimi tanıyır. Roman, hekayə müəllifi olan kolumbiyalı Qabo XX əsrin ən önəmli yazıçılarından biri hesab edilir.

Həyatı

Məşhur yazıçı, jurnalist və siyasi xadim Qabriel Qarsiya Markes 1927-ci ilin 6 martında Kolumbiyanın Arakataka şəhərində dünyaya göz açıb. O, 16 övladı olan teleqrafçı ailənin ən böyük uşağı idi. Markes balaca olanda valideynləri başqa şəhərə köçüb. Bu səbəbdən Qabriel nənəsi və babasının yanında böyüyüb. Onun babası 1899-1903-cü illərdə vətəndaş müharibəsində iştirak edən təqaüdçü polkovnik Nikolas Rikardo Markes Mexia İquara idi.

Yoxsul ailənin övladı olan balaca Qabriel Montessori təhsil modelini mənimsəyən məktəbdə təhsil alıb. 18 yaşında babasını itirən Qabriel 1936-cı ildə doğulduğu şəhəri tərk edərək internatda oxumaq üçün Sapakari şəhərinə gəlib. Elə ilk dəfə şeirlər yazmağa da burada başlayıb.

İki il (1940-1942) Barrankiledə San Xose məktəbində oxuyan Markes ilk əsərini məktəbin qəzeti üçün yazıb. Oranı bitirdikdən sonra təhsilini Sikapiredə yerləşən milli kollecdə davam etdirib.

1947-ci ildə gənc Qabriel Boqotada yerləşən Milli Universitetin Hüquq fakültəsinə daxil olub.

Image result for Markes

Karyerası

Yazıçı kimi Markesin ilk əsəri “Üçüncü sadəlik” “El Espektador" adlı qəzetdə dərc olunub. O, “La tercera resignacion” adlı bu əsərini Kafkanın təsiri ilə yazıb.

1948-ci ildə jurnalistika fəaliyyətinə başlayan Qabriel Kartagena, Barrankilo və Boqotada çalışıb. İki il sonra Boqotada faəliyyət göstərən və ilk əsərinin işıq üzü gördüyü “El Espectador” adlı gündəlik qəzetin Roma və Paris müxbiri olub.

1950-ci illərin əvvəllərində Markes çalışdığı “El Espectador” qəzeti üçün oçerklərdən ibarət "Mənim macəralarım haqqında həqiqətlər" adlı seriyalarını yazmağa başlayıb.

Bu oçerklərdən birini o dövrdə hakimiyyətdə olan diktator Qustavo Roxas Pinilyo oxuyub və çox qəzəblənib. Bu səbəbdən Markes öz vətənini tərk edərək Avropaya gəlib. Romada jurnalist işlədiyi dövrdə Markes rejissorluq kurslarında iştirak edib.

1958-ci ildə Kolumbiyaya geri dönən Qabriel yenə jurnalistika fəaliyyəti üçün Karakasa gedib.

1959-1961-ci illərdə Kuba xəbər agentliyi olan “La Prensa” üçün Kolumbiya, Havana və Nyu-Yorkda fəaliyyət göstərib.

1960-cı illərdə Meksikada ssenari yazarı və jurnalistika ilə məşğul olub və bir agentlikdə işləyib.

Image result for Markes

1961-ci ildə jurnalistikanı tərk edərək daimi yaşamaq üçün Meksikaya gəlməyə qərar verib.

Yazıçının “Arzuolunmaz saat” romanı 1962-ci ildə İspaniyada "Esso" mükafatına layiq görülüb.

Onun “Sadə qəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi” adlı nağıllar məcmuəsi 1962-ci ildə çap olunduqdan sonra Markesin bütün yazıları üzərində güclü tədqiqatlar aparılmağa başlayıb. Elə həmin il yazıçı beynəlxalq Romulo Qaleqosa mükafatına layiq görülüb.

1962-1965-ci illərdə Meksikada jurnala rəhbərlik edib. Bundan əlavə, yazıçı ssenarilər yazmağa davam edib. Markes eyni zamanda ən böyük və məşhur əsərlərindən biri olan “Yüz ilin tənhalığı” romanı üzərində çalışmağa başlayıb.

1967-ci ildə yazıçı yeni romanını kitabsevərlərin ixtiyarına verib. Romanda Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks olunub. Əsər demək olar dünyanın bütün dillərinə tərcümə olunub. Tənqidçilər və oxucular da romanı sevərək oxuyub, haqqında məqalələr dərc ediblər. Amerikalı yazıçı Uilyam Kennedi romanı “İncil”dən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab edib. Romandan sonra, Latın Amerikasında Qabriel Qarsia Markesi magik-realizmin banisi adlandırıblar. Yazıçıya Kolumbiya Universitetinin fəxri doktoru adı verilib.

1970-ci illərdə Barselonaya köçən Markes yenidən Meksikaya geri dönüb. Markes ən məşhur əsərlərindən biri olan “Patriarxın payızı”nı 1975-ci ildə oxucularının ixtiyarına verib. Əsər hətta bu gün də bütün dünyada satış rekordları qırır.

Image result for Markes

1975-1981-ci illərdə Markes daha çox ədəbi yox, siyasi yazılara üstünlük verib.

1980-ci ilin əvvəllərində solçu fikirlərinə görə bəzən ölkəsi Kolumbiyada və ABŞ-da səyahət məhdudiyyəti ilə qarşılaşıb.

1981-ci ildə yazıçı “Gözlənilən bir qətlin tarixçəsi” romanını yazıb. Romanda 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edilir.

Əsər 27 il sonra bu hadisəni araşdırmaq üçün həmin şəhərə qayıdan müəllifin danışığı ilə verilib. Yazıçı həmin il Fransanın fəxri ordeni olan Legionla təltif edilib, bir il sonra isə ədəbiyyat üzrə Nobel mükafatı qazanıb.

Sonrakı illərdə yazıçının “Vəda günlərində eşq” romanı (1985), “Öz labirintində olan general” (1989), “İyirmi səyyahın nağılı” (1992), “Sevgi və başqa şeytanlar” (1994), “Qaçırılma haqqında məlumat” (1996) kitabları dərc olunub.

2002-ci ildə Markesin “Anlatmaq üçün yaşamaq” adlı ilk memuarı işıq üzü görüb.

2004-cü ildə isə yazıçı “Mənim hüznlü fahişələrim” romanını yazıb.

Image result for gabrielmarguez

Ölümü

Markes 1999-2000-ci illərdə ABŞ və Meksikada limfasında olan xərçəng xəstəliyindən müalicə olunub.

87 yaşlı yazıçı 2014-cü il 17 apreldə Meksikadakı evində vəfat edib.

Ölümündən sonra Kolumbiya prezidenti Xuan Manuel Santos onu “Bu günə qədər yaşamış ən böyük kolumbiyalı” adlandırıb.

2015-ci ildə “The Washington Post”un tapdığı arxivə görə, FBİ 24 il ərzində (1961-ci ildən 1985-ə qədər) Markesi izləyib.

Yazıçının şəxsi arxivi ölümündən sonra ailəsi tərəfindən Amerikanın Austin şəhərində olan Texas Universitetinə satılıb. Arxivdə Markesin kitabları, əl yazısı ilə orijinal nüsxə və Qraham Qrin, Günter Qrass və Karlos Fuentes kimi yazıçılarla yazışmaları var.

Texas Universiteti açıqlamada bildirib ki, arxiv üçün 2,2 milyon dollar ödənilib.

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #