Bu gün Xanəmirin doğum günüdür. Kulis bu münasibətlə şairə xoş arzularını bildirir və onun yeni şeirlərini təqdim edir.
kərbalayi hacı xanəmir bağdadi
qar indi
ey dili qafil fil faili məchul fani f...
padişah oturan yerdə siçan var...
gözümü açınca sabahın səhrasında
dağlarımıza qar endiyini gördüm
üzümdə rəngiylə bir adı yazdırırdı bəlkə unudulmuş bəlkə unudulacaq
dörd yanımda gövdəmdən qurtulammırdı kölgəm
ağlar qarlar oturmuşdu səhərlə birgə dağlarımızda
mənə bir ismarıcı olduğunu düşünürəm
düşmənləri təmizlədiyinə şər ruhları arıtdığına əmindim indi
indi bir xəyal süvarisi iz açınca mənim yorğunluğumda mənim yaxınımda
qar yağdığında yorğunluğumu tanıyıram bir az genəlir əcəmiliyim
bir az kövrəlir bürcümdə mənim əski can bölgəm
şəhər tənhalaşır
kənd sağollaşır
uzaqda qaralan adam bollaşır
gözümmü çəpləşdi uzanıb gedən bu ağlıq üzərindəki mavilikdən
hidayətə erənlərin iliyində haqqın mülkü ballaşa-ballaşa baharlar aşır
qar dağlarımızı tutmuş gecədən
bir quşdan can alıb mənlə dərdləşir qar
elə bil qayıblardan nəsə axır qəlbimin sakitliyinə
nəsə axır nəsə axır
nəsə axır qəlbimmi dərinləşir qədərimmi dəyişir
ya qəlblərmi dəyirmiləşir dağlara yağan qarın ayrılığından
ya bilməzdim ayrılığın belə dəyirmilik gətirdiyini
hamını hər kəsi başına topladığını ətrafına yığdığını bilməzdim məxəzdən
sabahın soyuqlarına qarışır gözlərimin tutub da buraxmadığı aydınlıq
irilir sofunun duasındakı kimi ağlığın hüznlərimə işlədiyi yanıq
oyanıq tavrıyla bəs pənbə gülümsəyişlər dirildir ağzın tutumunda sükutumu
qalxıb yerimdə qıl yazıram azğınca
çünki qarın bəyazlığında pozuram yazılmayan oxunmayan ağ səhifəli kitabımı
eşq
ey dili qafil fil faili məchul fani f...
qoy padişah da and içsin
mən taxt quracaq
səltənət yönəltəcək
xilafətə xilaf çıxmayacaqdım
Məhəmmədin qənşərində şeir oxuyacaqdım şeir oxuyacaqdım
mən onun bir cüt qayba çalan gözlərini görəcəkdim
bir səltənət quracaqdım
uzaq panetlərə elçilər göndərib çaparlar salacaqdım
ulduzlarla ən parlaq yanıb sönən sönüb yanan ulduzlarla
imzalanmış dostluq paktını təzələyəcəkdim
günəşin işığındakı bütün şərtləri ruhuma
gözlərimi yumaraq qəbullanıb möhürümü yenidən isladacaqdım
göylərin önündə yazdığım sözlərin sırasını yoxlayacaqdım
bir hökmüdar-hökmdar mənə deyilənləri sızdıracaqdım ümmətimə
meydanda toplaşmış milyonlardan üzərimə yağan gül dəstələrinə
olan ehtiramımı gecə düşüncə göylərə ilətəcəkdim
illah ilətəcəkdim
ayı başım üzərində lal dinməz görüb insanların haqqında dərdləşəcəkdim
nurunu damızdırdıqca içimə
çəkilib inzivama çiləmdə bir görünüb bir itəcəkdim
onunla əzəl anlaşmamızı mən belə mən belə təzələyəcəkdim
xilafət....
səltənət ...dövlət...
taxtu-tacumun baxdığı bayrağımdakı hilalın tiyəsi
aləmlərdən caynağına keçirib gətirdiyi rəhmət giləsi
gözlərimin dibində çağlayıb durduqca ötəsi
bu dərdin harasında sızlar həbəş məcnunu bəyaz leylası
xilafət ..
səltənət...
taxtu-tac...
Muhəmmədin gözləri çəkilməyib üzərimdən
ona görə hələ də bitməyir
içimin tufanları ruhumun vəlvələsi
küfr edirəm vatikana
ey dili qafil fil faili məchul fani f...
padişahi bir arı sancmış
arılardan danışma (danışsan ayrılıq yaradır yaxınında)
uçuşuyla bir isidər havanı bir qora bişirən gəlir
bütün yaşılların çiçəkləri arıları uzaqdan ha uzaqdan duyur
dişlərimi dişlərimə sıxıram alt kirpiyimdən üst kirpiyimə şaxıyıraqm
arılardan öyrəndiyim mdəniyyət qarşısında itirib tabımı
günlüklərimi yandıran səhifələrimi hörümçəklərdən əsirgəməyən
vatikana küfr edirəm o bağlayan kitabımı
uşaqlığımdan arı balıyla böyüdüm
arı şanının qoxusuyla dönüb durdu qafam şan şan qafam
şüurumda min illərin yaşanmış xəritəsində dağlar çöllər çıxardı qarşıma
şərlə danışmadım sözlərim hələ də adam doğurur adət dağıdır bu sarıdan
sular nə aydınlığı varsa ruhuma keçirdi kainatın sirləri məndə saklı
kainat amanatını varlığımda görüb bir açılır bir açılır acılar ürəkdən sildirir adını
gül baxır ona
sübh baxır ona
göz baxır ona
nə adətlər almaz olur kainatın sorağında açılanlar qapananlar... açılanlar
varlığım bir arı uçuşudur gülə çiçəyə doğru aya doğru (ayı doğrayan)
kainat bütün əzalarıyla ayılır oyanır dirilir dərilir (dillənir xatirimə)
arının neştəriylə dərilir külli aləm dərilir ötələr
sinirlərim üzərində şan -şandır günəşin işıqları adı şah
üzümü qibləyə çevirib salama tuturam gülləri çiçəkləri
ağaclar koğuşlarında saxlayır hələ də baldan tutduğumuz genləri
ona görə istiqanlıyam gözü nəmliyəm bu kainata sözüm bayatı
mənə buta verilib bu kainatın hər ulduz doğan yeri
hər qarışqa qaynayan hər balıq qıvrılan yeri də buta verilib mənə
indi onu arayaıram indi onu gözləməkdən baxdım canım nə çoxdu
səpələnib aləmlərin hər nöqtəsinə - məni görən yeri quçuk- quçukdur
hahamlar nə iş görür
papalar iblislik edir
bunun natosu da lotudu bunun avropası da bunun bmt-si də
sinaqoqlar kilsələr qarışıb bir birinə neft tanrılarına dua edirlər
yalayırlar çəkmələrini şeytanın üst-başına sehir duası oxuyurlar ibarnicə şeytanın
kainatın sonsuz nöqtələrində pardaqlanan sevdamızın bağrı qaralır
milyon il ötsə də miyoldayan bir varlığa dönürəm gözləri bərəli meşşan
kainatın məcazının mumiyası mənəm
kainatın ən diri toxumudur geni ballı canlılar
yer-göy məndə nəfəs alır mələklər də kitablar da hesabıma sağ qalır
qırılan bəndimlə bir sel kimi aşıb daşır yayılıram canına aləmlərin
iblis yuvası deyirəm vatikana
zamanı gələndə sökəcəm onun həyat xalısındakı ilmələrini
mənim xalım elə naxışlarla çeşnilərlə vurulub
Tanrıdan başqa tapılmaz sökə bilən hər ilməsindəki Məkkələrini
qarşıda durma
ey dili rəna qəfləti həngamə failliyində fillər veyillənən
O odur
sən sənsən
mən mənəm
amma sən kim mən kim.... üz-üzə durduqca əksimiz... bir-birimizə yaraşan bir qırğınımız var
səndəki bu mal-mülkün çoxu mənim olsun....
bir az da dağların ucalığından mən danışım.... başındakı qarın qat kəsmiş soyuğuyla tanış olum
günəşin işığı bir az da məni isitsin misralarımı...bir az da mənim bostanımda tərəvəzdə yaşıla dönsün
qapımdakı ağacımda yarpaqlansın budağında meyvələnsin boyunda bayılsın işıq
nə demək sənə olar mənə olmaz... olarla olmaza kim vermiş qərar
bax bu yola istəyirəm mən də ayağımı basam... bir az yürüyəm
addımlarımı azalda bilmərəm ... nəfəsimdən nədən kəsib azaltmalıyam...
ürəyimin döyüntülərində qovrulur aləm... tup-tubları... gup-gupları söndürməkmi peşəm....
gözümün qarşısında dənizin bu sonsuz hüsranı bir rəhmanlıq təntənəsidir ... bir rəhmanlıq təşnəsidi
bu yerin göyün önündə susmağım bir bir ayrılıqdan başqa bir ayrılığa kəramətini üsulla daşımağım bilirəm
bu yerin bu göyün önündə sükutum matı-qutu qurumuş durmağım varlıqda görünən təsəllimdi
uzağı bu bir əxlaq həngaməsidir
... bu mənim sənin qarşında götürdüyüm öhdəlikdir....
mən eşq əhliyəm
eşq səltənətindən buralara atılmış bir can sızıltısayam... əlim ayağım da mənim duamdır duam
mənə verilən mülküm əmanətdi böləməm... onu sadəcə yansıta billəm...
onu paylarsam qalmaz hissəm... mən ki bu ədavətə gəlməmişəm... mən ya varam ya yoxamladır kisəm
mülkümə dikilən gözlər Tanrının qəzəbini arıtlamadıqca adı üzərindədir kilsə...
mənə qarşı savaş açmış o ölümsaçan silahları hüceyrələriylə öyüdən şər cəbhəsi
hansı planetdə dünyanı yox etməyin oyununu qurub da gəlirsiniz ... yerdə işlərimizə qarışır...sınız
unutmayın içinizdə yerdə doğulmuş adamlarımız var... sizə vuracağımız zərbələrdən dəyişir iqlim
dəyişir havalar
günəşdə partlayışlar
ayının üzünü tutan pərdələr sinəmizə (sinənizə) yığılan hikkələr.... bir yanda qalmış
kərbəlalar... kimsəsizlik çəkən məkkələr... oturub gözləməyi qıvramış mələklər...
bir də sizdən yer üzünə durmadan gələn kələlər...
halımızı görüncə əncam çəkməyə hazırlanan fələklər... donub qalıb şərinizin taxtında boy verən iblislərə
iblislərə hitlerə lirlərə ay lirlərə...
bəlkə sözümdən tutub yeni bir qarşıdurmayla mərasim düzənləyib deyəsiniz mayyalara asteklərə hithitlərə
hithitlərə...
yox mən heç öz ölkəmdəki şər tarnıçalarının axıtdıqları qanları durdurmamışm
yox mən heç ölkəmdəki şər tanrıçalarının xalq adlı o davamın axıtdığı gözündən yaşın soyumamışam hərarətindən
ama sizə başqa planetlərdən yerdəki ritmi pozmağa gələnlər sizə qarşıyam
dağların tənhalıq yükləyən hədəsini
dəryaların nəhayətsizliyindən əhvalıma yansıyan hiyləsini ... üstəlik axar suların hekayəsini
meşələrin qələmlərdə qalmış yaddaşını, o qələm uclarında donmuş tufanını... Nuhunu
heç unutmadığım... bir övliyanın səmərqənddən qalxan tavrını... hələ Quranın canımızda cilalanan və tutub gəldiyim cığırını
alıb arxama üzərinzə gəlirəm... yandırdığınız ürəyinzə bir az da gülürəm... şeir yazdıqca sizi öldürürəm...
sözləri ritmə salıb sözləri hökumətlərə doldurub ön xəttə çıxıram .... hiddətinizi unutmuram...
bizdə uyğuya dalan... gəlişinizdən xəbəri olmayan milyonların əsarətini üsyanımdan qovuram
mən sizinlə... iblislə... vuruşuram... vuruşuram...