Zülfünü bas yarama... – ƏN GÖZƏL MİSRALAR

Zülfünü bas yarama... – <span style="color:red;">ƏN GÖZƏL MİSRALAR
29 noyabr 2016
# 08:30

Kulis.az Azərbaycan poeziyasının ən yaxşı misralarından bir neçəsini təqdim edir.

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

***

Səni bu hüsni-cəmalü, bu kəmal ilə görüb

Qorxdular həq deməyə, döndülər insan dedilər!

İmadəddin Nəsimi

Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,

Göylərə açılmasın əllər ki, damanındadır.

***

Əskik olmaz qəmimiz, bunca ki bizdən qəm alıb,

Hər gələn qəmli gedər, şad gəlib yanımıza.

Füzuli

Mətahın keçməyən yerdə

Satma, qardaş, kərəm eylə

Yol daşını ytol quşuna

Atma, qardaş, kərəm eylə

Xətai

Gecə-gündüz qan ağalaram

Artıbdı fərağım mənim

Başımı alıb gedərəm

Tutduqca ayağım mənim

Abbas Tufarqanlı

Sınıq səbudə mey tutmaz qərar, su durmaz

Şikəstə könlümə, məhvəm ki, qan ilən doludur...

***

Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma məni qan aparır...

Seyid Əzim Şirvani

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr ət mənə, ah etmək imkan olmasın!

Sabir

Dağa dersən eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Şəhriyar

Aynabənd evlərin eyvanı sərin,

Yuyunur qoynunda al şəfəqlərin.

Hər batan axşamın, doğan səhərin

Hüsnü salamlayır min pəncərəni,

Səadət ilhama çağırır məni!

Səməd Vurğun

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?

Mikayıl Müşfiq

Qayıt, yerinə qoy Ayı, Günəşi -

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı.

Əli Kərim

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından,

- bu yaz gecəsində ölməyə nə var?!

Ramiz Rövşən

Alnıma toxundum, gördüm tərləyib,

Dodağıma baxdım, uçuqdu, gördüm.

Bütün darvazalar gördüm bağlıdır,

Sizin darvazanız açıqdı gördüm.

Eldar Baxış

Demirəm, sən uca bir dağsan, əyil

Demirəm, əlacım qalıbdır sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm, əl açım sənə.

Nüsrət Kəsəmənli

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

Nəriman Həsənzadə

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Ələkbər Salahzadə

...Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

Məmməd İsmayıl

Elə üşüyürəm o da yoxdu ki

Gəlib əllərini sərə üstümə...

Salam

...Qapı da divar idi

Xaneyi-hikmətə

Şəmsin nuru gəlməyincə...

Həmid Herisçi

Bu zülmət gecəyə ya həbib allah

Nə qurşun işləyər, nə yol yürüyər...

Etimad Başkeçid

Sübhün budağında quş səsi...

Xanəmir

Qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda

şəkillərə ata deyən bir uşaq böyüyür

Aqşin

Allaha deyirəm ki,

günəşə görə çox sağ ol

Şəhriyar del Gerani

# 4041 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #