Klintonun inaqurasiyasında poemasını oxuyan şairənin şeiri

Klintonun inaqurasiyasında poemasını oxuyan şairənin şeiri
19 iyun 2013
# 09:56

Maya Anqelu 1928-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri ştatında doğulmuşdur. Anqelu məşhur şairə, yazıçı, dramaturq, rejissor, aktrisa və insan haqları müdafiəçisidir. Kitabları bestseller olan Maya Anqelu 1993-cü ildə Bill Klintonun bütün dünyaya yayımlanan inaqurasiyası zamanı “Səhərin nəbzi üzərində” adlı poemasını oxumuşdur. Anqelu “Corciya, Corciya” filminə yazdığı ssenariyə görə ABŞ-da ssenarisi əsasında film çəkilən ilk afroamerikan qadındır.

Fenomenal Qadın

Qəşəng qadınların fikri-zikridir mənim sirlərim,

Gözəl deyiləm, modellərinkinə uyğun deyil ölçülərim.

Amma bunu onlara deyəndə

Düşünürlər yalandır dediklərim.

Deyirəm

Bu mənim çiyinlərimin enində,

Ayaqlarımın uzunluğunda,

Addımlarımın böyüklüyündə,

Dodaqlarımın incəliyindədir.

Mən qadınam

Fenomenal olaraq.

Fenomenal qadın

Mənəm.

Otağa girirəm

Nazla, ədayla

Kişiləri görürəm

Ya qalxırlar ayağa,

Ya da diz çökürlər qarşımda.

Sonra dolanırlar başıma

Bal arıları kimi.

Deyirəm

Bu, gözlərimdəki oddur-alovdur,

Dişlərimin parıltısıdır,

Belimin hərəkətidir,

Ayaqlarımın şən yerişidir.

Mən qadınam

Fenomenal olaraq.

Fenomenal qadın

Mənəm.

Heç bilmirlər kişilər

Ki məndə nə görürlər,

Nə qədər çalışsalar da,

Toxuna bilmirlər

İçimdəki müəmmaya.

Bunu göstərməyə cəhd etsəm də,

Anlamırlar heç bir şey yenə.

Deyirəm

Bu mənim kürəyimin cizgisində,

Gülüşümün günəşində,

Döşlərimin tərpənişində,

Görünüşümün zərifliyindədir.

Mən qadınam

Fenomenal olaraq.

Fenomenal qadın

Mənəm.

Daha indi anla

Niyə başım deyil aşağı,

Niyə sevmirəm mənasız danışıqları,

Çığırıb-bağırmağı.

Yanından ötdüyüm an

Məni görüb fərəhlənməlisən.

Deyirəm

Bu, dikdabanlarımın taqqıltısında,

Tellərimin dalğasında,

Əlimin ovcunda,

Qayğıma ehtiyacındadır,

Çünki mən qadınam

Fenomenal olaraq.

Fenomenal qadın

Mənəm.

İngiliscədən tərcümə: Svetlana Turan

# 2074 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər