Bakıda Beynəlxalq film festivalına əsər qəbulu başlanıb

 Bakıda Beynəlxalq film festivalına əsər qəbulu başlanıb
14 may 2019
# 16:20

Oktyabrın 18-dən 21-dək Bakıda növbəti “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı baş tutacaq.

Qalibləri “Qızıl qayıq” mükafatı gözləyir.

Festivalın təsisçisi Rəşid Ağamalıyev bildirib ki, artıq film və ssenarilərin qəbulu başlayıb.

“Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Məhz buna görə də festivalın şüarı "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən edilib. Həmçinin bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”, – deyə R.Ağamalıyev qeyd edib.

R.Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verərək deyib: “Bu kateqoriyalara “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari”lər daxildir.

Vurğulanıb ki, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

R. Ağamalıyev onu da xüsusilə nəzərə çatdırıb ki, bu il, həmçinin uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

Qeyd edilib ki, festivala artıq 35 ölkədən 67 müraciət qəbul olunub. Müraciətlərə iyulun 31-dək baxılacaq. /azertag.az/

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

16:00 13 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər