Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı
19 oktyabr 2017
# 16:34

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi yaradılıb. Şair Allahverdi Təkləli bölmənin rəhbəri təyin edilib.

Bu barədə Kulis.aza Allahverdi Təkləlinin özü məlumat verib. Onun sözlərinə görə, Gürcüstan Yazıçılar Birliyində ilk dəfə Azərbaycan bölməsi açılıb: “Bizim üçün çox xoşdur ki, bu qərar məhz ARNK yanında Tərcümə Mərkəzinin Tbilisidə keçirilən tədbirində açıqlandı. Gürcüstan Yazıçılar Birliyinin akt zalında tədbir baş tutdu. Burda Gürcüstanın baş nazirinin birinci müavini, mədəniyyət məsələləri üzrə müşaviri, Azərbaycan səfiri iştirak edirdi. Tədbirdə bölgənin tanınmış şairlərindən də iştirak edənlər vardı. Açılışı Gürcüstan Yazıçılar Birliyinin sədri Baqatır Arabuli açdı. O, məni yeni açılan Azərbaycan bölməsinə rəhbər təyin etdi”.

Daha sonra şair Allahverdi Təkləli bunları söylədi:

"Bizim üçün bu çox böyük hadisədir. Gürcüstan Yazıçılar Birliyinin tərkibində mütləq Azərbaycan bölməsi olmalıydı və nəhayət mənim təşəbbüsümlə bu baş tutdu. Gələcək üçün bir çox planlarımız var. Azərbaycan yazıçılarının gürcü dilinə tərcüməsi məsələsi var. Eyni zamanda, burda Gürcüstan Yazıçılar Birliyi ilə müştərək ədəbi-bədii tərcümə jurnalı buraxacağıq. Yarısı Azərbaycan, yarısı gürcü dilində çap olunacaq”.

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər