Günəşi itirmişəm-Alikin YENİ ŞEİRLƏRİ

Günəşi itirmişəm-Alikin <span style="color:red;">YENİ ŞEİRLƏRİ
17 noyabr 2014
# 12:25

Kulis.az şair Alik Əlioğlunun yeni şeirlərini təqdim edir.

Biz onun adına sevgi deyirik

O an ki hər şey düzələcək

O an ki adamlar güləcək

O an ki uşaqlarımız

Əllərində qırmızı şarlar

Sıraya düzüləcək

Biz onun adına sərhəd deyirik!

Mənim uşaqlarım sərhəd istəmir.

Mən istəmirəm

Atam da istəmirdi...

Biz qəfəsdə öldük.

Biz yaşadığımız bu dar küçədə

Yekə papaqlı qoca bir adam

Ac qalmış quşlara yemək səpəcək

Yolu keçmək istəyən cavan bir adam

Qəfil əyilib dilənçi uşağın başından öpəcək.

Biz onun adına sevgi deyirik.

Mənim uşaqlarım sevgi istəyir

Mən istəyirəm

Atam da istəyirdi.

Biz sevgisiz ölürük...

Mən bütünlüklə

Atılmış körpələrəm,

Afrikada ac qalan uşaqlaram,

Nadan övlad böyütmüş

Kədərli qocalaram,

Peşman olmuş fahişələrəm.

Elə istəyirəm yekə bir adam

Lap yekə, ev boyda nəhəng bir adam

Bizim hamımızı bağrına bassın

Desin ki, ağlamayın,

Gəldim, Allaham!

Yeni kino: "Qaraçı qadının günəşi"

Yer palçıq, hava soyuq

Mən yeni kinoyam

"Qaraçı qadının günəşi"

Əvvəlimdə payızdır,

Adamlar xoşbəxt...

Qəzet oxuyur, bağ belləyir,

ağac əkirlər...

Qaraçı qadını var,

Adamları tutur bir-bir

Deyir

Günəş mənimdir...

Sevgi də var...

Janr: dramma

...

Amma...

...

Adamlar təkdir...

Yeni kinoyam

davamım ümidsiz

sonum kədərli...

amma möhtəşəm:

Qaraçı qadını ağlayır:

"günəşi itirmişəm..."

# 3612 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər