Sevgili nəvazişindən daha yaxın sol döşündəki xərçəng

Sevgili nəvazişindən daha yaxın sol döşündəki xərçəng
6 avqust 2013
# 10:10

Kulis.Az Xatirə Nurgülün şeirlərini təqdim edir.

Tənha göyərçin yuvası

Susma, danış.

Heç olmasa dalaş,

heç olmasa ağla,

ağlat,

tək olmadığımı anlat mənə,

aldat məni.

İndi mən

savaş gedən ölkədə

dünyaya gələn körpə qədər ümidsizəm,

çarəsizəm,

ya da tərk edilmiş

göyərçin yuvası qədər kədərli...

Susma "səni sevirəm" de.

Lap "sevmirəm" de

"nifrət edirəm",

lap "danışmıram" de.

Amma danış, qurban olum,

susmağın öldürmür məni,

danış, heç olmasa ölüm

Səmra üçün həyat düsturu

Pəncərəmdə payızdı-

saralan yarpaqları sayıram bayaqdan...

sən də sayırsan,

acılarla keçirdiyin günləri.

Üzülmə

acılar insanı öldürmür, Səmra.

acılar insanı böyüdür...

Unut, ağladığın sözləri,

ağladan nəğmələri,

zalım adamları...

unut...

Unut, Səmra

dünyanın nə seviləsi

nə tüpürüləsi üzü qalmayıbsa.

Sevgilər çox vaxt tərk etmək,

ümidlər çox vaxt heç olmaq üçünsə...

arzular puç olursa bir-bir

unut...

Sol döşündəki xərçəngin ağrısı

sevgilinin nəvazişindən daha yaxınsa sənə

unut yaşadığın hər şeyi, hər kəsi...

Sonra dünyanı unut,

sonra zamanı,

sonra yolları,

adamları...

sonra bu şeiri...

sonra məni də unut,

özünü də...

Yerdə qalan nə varsa onu yaşa, Səmra

yəni ən gözəlini

ən ümidlisini yəni.

“yaşamaq ümidli bir işdir” Səmra

yaşamaq daha gözəl bir iş...

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər