"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar
8 aprel 2026
# 18:38

Kulis.az Qautama Buddanın hikmətli kəlamlarını təqdim edir.

İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.

Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.

Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.

Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.

Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.

Oxatan oxların düz olmasına diqqət edir, müdrik insan dağınıq düşüncələrini yığışdırıb istiqamətləndirir.

Çayın o biri tayına keçə bilən çox az sayda insan var. İnsanların əksəriyyəti çayın qırağında gəzişirlər.

Ağlınla və sağlam zehninlə uzlaşmayan heç nəyə inanma, onu mən demiş olsam belə.

Dərdin varsa, dərman tapmağa çalış, tapa bilmirsənsə də, onu dərd etmə.

Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur.

Bu dünyanı yaradan, zehninizdir.

Sizi özünüzdən başqa heç kim qurtara bilməz. Özünüz özünüzə işıq olun.

Nə ana, nə ata, nə də hər hansı bir qohum insana yaxşı idarə olunan ağıldan daha çox fayda verə bilməz.

Kiməsə yol göstərməmişdən əvvəl öz gedəcəyin yolu öyrən.

Qəzəbi sevgi ilə, pisliyi yaxşılıqla məğlub et. Acgözlüyü əliaçıqlıqla, yalanı həqiqətlə məğlub et.

Damı bəsit qurulmuş evə yağış necə dolursa, dərin düşünməyən beyinə də ehtiras elə dolar.

Göydən qızıl da yağsa, insanın arzuları bitməz. İstəklərin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər