"Qızım Aynurun da dekanı olub"

"Qızım Aynurun da dekanı olub"
23 sentyabr 2013
# 16:06

Bu gün professor Nizami Cəfərov ömür sarayının 55-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən də qoşuluram.

Oqtay Rza

Ucalıq

Tükənməz sevgiyə, sayqıya layiq

Möhtəşəm Atatürk Mərkəzindəyik;

Bura-yığıncaqlar, tədbirlər yeri,

Sorağı, şöhrəti gəzir hər yeri.

Gələn qonaqları qarşılayır kim?

Ocağın rəhbəri – Nizami Cəfər!

O həm müdavimdir, həm böyük alim,

Xalqa ərmağanı – neçə yüz əsər.

Bir kiçik şeirlə borc ödəyirəm,

Çox azdır söyləmək afərin, əhsən!

Qəlbində – Nizami, əlində – qələm:

Poema yaradıb Nəriman Həsən...

Sürür arabanı görkəmli rəssam,

Gülür üzümüzə qədim oba, el

Nə olar, adları qısaca saysam:

İbrahim İlyaslı, Sənəm Səbayel...

Təravət qarışıb təmiz havaya,

Təbiət ecazkar, duyğu, hiss lirik.

Gedirik Qazaxdan Ağstafaya,

Zəlimxan adlanan kəndə gedirik.

Uzaqdan çağırır doğma ocaq, ev,

Sədət bulağından sərin su içib;

Xasiyyət kökündən özünə keçib,

Tutarlı kəlmələr tapammıram, heyf!

İlk addım atdığı həyət bax, budur,

Yurdunu daha da şöhrətləndirən,

Dədə məskənini pirə döndərən

Şəxsiyyət – Nizami Quluoğludur!

Salam gətirmişik Savad anaya –

Mərd oğul bəxş edib bizə, dünyaya.

Öpür üzümüzdən Məleykə nənə,

Bakıya dönərkən kövrəldim yenə.

...İgid ölkəsini Ərzə tanıdır,

Bir günü həftəyə tən olan səfər.

Mənim də nəğməmin qəhrəmanıdır –

Müdrik, alicənab Nizami Cəfər.

Narahat xəyalın qanadları var,

Yuxu da keçmişi nura bələyir;

Görürəm – Nizami, dahi sənətkar

Nizami Cəfərə uğur diləyir...

Biri dəyişdirib eyləməz iki,

Millətin köməyə tez gələnidir;

Cavanşir, Koroğlu, Qorqud aşiqi

Ana dilimizin baş bilənidir.

Böyük adamların qayğısı min-min...

Haray eşidəndə hay verən insan!

Ayrılıq günündə Akif Səmədin

Sözünü əmələ çevirən insan!

Yandırıb bağrını, içini tez-tez,

Güney Azərbaycan dərdi ağırdır.

... Ədalət – ləngiyər, amma əyilməz!

Yolumuz əbədi haqqa doğrudur.

Oqtay, ötənlərdən hərdən söhbət et,

Neçə fəaliyyət meydanı olub;

Daim qəlbindədir Universitet,

Qızım Aynurun da dekanı olub.

Aləmə ilk dəfə göz açıb burda

Alim, akademik, millət vəkili;

Möhtəşəm nəsildən yadigar yurda

Bağlıdır ömrün hər uşaqlıq ili.

Sanki danışacaq portreti də –

Ustadın elə bil özüdür, özü!

Gəzib dolaşmışam neçə qitədə,

Mən bu tərənnümdə acizəm düzü.

Cəfər – xoş baxışlı, on yaşlı oğlan,

Ulu babasının şagird adaşı;

Bir əsr əvvəli soruşdum ondan,

Mahal alqışlasın belə yurddaşı!

Zaman dilləndirir könül tarımı,

Günlər yaşayırıq sanki aya tən.

Nizami haqqında yazdıqlarımı

Oxusun məmləkət, dinləsin Vətən!

525-ci qəzet

# 2469 dəfə oxunub

Oxşar xəbərlər

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər