Bura muzey olacaq, amma hələ ki, donuzlar kef edir

Bura muzey olacaq, amma hələ ki, donuzlar kef edir
15 avqust 2014
# 09:53

Məşhur ingilis yazıçısı Corc Oruellin Hindistanda doğulduğu ev muzeyə çevriləcək.

“1984”, “Heyvanıstan” kimi məşhur romanların müəllifi həyatının ilk illərini burda keçirib.

İndi burda səliqəsizlik hökm sürür, hər yerdə ev heyvanları dolaşır. Həyətdə donuzlar uzanıb, bir küncdə əldən düşmüş iki qoca at, digər künclərdə isə çoxlu toyuq, qoyun və keçi var.

Дом-музей Джорджа Оруэлла

Corc Oruellin İngiltərəyə köçməzdən əvvəl yaşadığı evin qarşısında böyük anbar yerləşir. Əvvəllər isə bu anbarda tiryək saxlanılırdı.

Həmin illərdə Hindistanın şimal şərqində tiryək becərilirdi və yazıçının atası yerli Britaniya administrasiyasında tiryəkin Çinə göndərilmədən öncə saxlanılmasının təşkili ilə məşğul olurdu.

Və 100 ildən artıq vaxt keçəndən sonra onların yaşadığı ev muzeyə çevrilir. Bu evdə indi 4 ailə yaşayır. Yeni qərarla bağlı onlar köçürülür. Bu ailələrdən biri dövlət qulluqçusu Aditya Abişek, anası və kiçik qardaşıdır. O, bu evdə 29 il əvvəl doğulub:

Дом-музей Джорджа Оруэлла

"Bizi Corc Oruellə o birləşdirir ki, ikimiz də eyni evdə doğulmuşuq. O, məşhurlaşdı, amma mən yox”.

Abişek bu evdən köçdüyünə görə kədərlənir: “Bu evlə bağlı çox xatirələrim var. Valideynlərim burda evlənib. Burda böyümüşəm”.

Onun atası yerli məktəbdə müəllim olub və həmin evdə yaşayıb. Çünki dövlət qulluqçusu sayılırdı.

Oruellin yaşadığı ev Neapolla sərhəddə, Motihari şəhərciyində yerləşir.

Дом-музей Джорджа Оруэлла

Motihari Bihar ştatının ən kasıb rayonlarından biridir. Yerli əhalinin çox az qismi ingiliscə bilir, Oruell haqda isə daha az məlumatlıdırlar.

Şəhərdə kitab mağazası yoxdur, ona görə burda Oruellin də kitablarını tapmaq çətindir. Amma Motiharidə yerləşən kollecdə ingilis dili və ədəbiyyatı kafedrası var.

Kafedranın professoru İkebal Hüseyn və yeganə əməkdaşı kabineti bir neçə dahi ingilis yazıçısının portreti ilə bəzəyib.

Oruellin portreti də burda yer alıb.

- Dahi yazıçılar bütün dünyaya məxsusdur – professor deyir-Oruell təkcə Britaniyaya yox, Hindistana məxsusdur. Bütün ömrü boyu imperializmə qarşı mübarizə aparıb.

Onlar yazıçının oğlu Riçard Blerlə əlaqə quraraq, yazıçının əlyazmalarının surətini almağa ümid edirlər.

Bihar ştatının hökuməti muzeyin yaradılması üçün 150 min dollar ayırıb.

Дом-музей Джорджа Оруэлла

Artıq bu birmərtəbəli evdə təmir işləri başlanılıb.

# 2447 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər