Salam Sarvan: "O ziyanın yarısından qayıtmalıdır"

Salam Sarvan: "O ziyanın yarısından qayıtmalıdır"
27 iyul 2013
# 17:13

Son günlərdə Kamal Abdulla ilə Əsəd Cahangir arasındakı qarşıdurma sona yaxınlaşır. Kulis.Az Salam Sarvanın qısa müsahibəsini təqdim edir.

- Bir gəncin yazdığı status böyüyüb, az qala, münaqişəyə çevrilməkdədər. Siz də məsləhət görmüşdünüz ki, Emin üzr istəməlidir.

- Söhbət Eminin yazdığı ilk statusdan getmirdi ki... Sonradan onun guya bu statusa görə ölümlə təhdid olunduğu barədə hay-küy qaldırıb Kamal Abdullaya qarşı təhqiramiz ifadə işlətməsindən gedirdi söhbət.

Təhqirə qarşı kim dözümsüz deyil? Bu təhqir başqalarına yönələndə də mən dayana bilmirəm. Tək Kamal müəllim məsələsi deyil ki... Mətbuatda Anar müəllimin də, Ramiz Rövşənin də şəxsiyyətinə yönəlik nəsə gedəndə dəfələrlə açıq münasibət bildirmişəm. Təhqirə qarşı sərt davranmaq lazımdır. Amma özünüz baxın da, Eminin “qorxulu” saydığı Kamal Abdulla ona qarşı necə təmkin göstərdi. Məsələn, Eminin “ölüm təhdidi”yə bağlı qaldırdığı hay-küydən sonra Kamal müəllimin özü şəxsən Eminin təhlükəsizliyinin təmin olunmasıyla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Araşdırılanda məlum olacaqdı ki, bu, böhtandı, şantajdı. Yəni, nəticə Eminçün cinayət məsuliyyəti səviyyəsində arzuolunmaz olacaqdı. Uşaqlar çox şeyi düzgün anlamırlar, elə bilirlər, kimi istəsən təhqir edə bilərsən və buna görə cavab vermək lazım gəlməyəcək. Emini tanıyıram, pis oğlan deyil, niyə belə səhv elədi, başa düşmürəm. Və niyə mənim məsləhətimə qulaq asıb üzr istəmədi, bunu da başa düşmürəm.

- Sonra isə Əsəd Cahangir Kamal Abdullanı onun romanı haqqında yazı yazacağı ilə hədələdi. Bunu gözləyirdinizmi?

- Yox, bunu gözləmirdim, çünki, bu, biabırçılıqdı. Əslində, istənilən ədəbi polemika faydalıdır. Kamal Abdullayla Əsəd Cahangirin polemikası da faydalı ola bilərdi. Lap Xətaiylə bağlı da, lap Dədə Qorqudla bağlı da... Amma bu polemikada Əsəd tonu düzgün seçməyib: Əsəd dava-dava deyir. Davranışlarında panika hiss olunur. Ona görə də, hər açıqlamasında özünü “açıb-tökən” dəhşətli səhvlər buraxmaqdadır. Doğrudanmı, onun siyasi donosçu xarakteri də varmış. Doğrudanmı, o, şantajçıymış?

- Əsəd Cahangir “Kaspi” qəzetinə müsahibədə bu məsələni AYB-BSU qarşıdurması kimi təqdim etməyə çalışıb. Deyib ki, Kamal Abdulla AYB-dən narazıları ora toplayıb, Yaradıcılıq Fakultəsinin tələbələrində AYB-yə qarşı nifrət aşılanır...

- Yəqin o nifrəti burda dərs deyəndə Əsədin özü aşılayırmış. Bu heç, bu zarafatdı.

Nə deyim vallah... AYB-dən narazılar deyəndə Əsəd yəqin məni nəzərdə tutur. Çünki, indi Slavyan Universitetində işləyən yazarlardan təkcə mən AYB haqqında tənqidi yazılar yazmışam. Yəni, özünü AYB-ni çox istəyən kimi göstərən bəzi AYB işçilərindən fərqli mən bunu açıq eləmişəm. Orda-burda qeybət eləməmişəm. Və gülməli də orasıdır ki, AYB-ni özünü üzdə bu qurumun, onun rəhbərliyinin təəssübkeşi kimi göstərən bəzi işçilərindən həmin “orda-burda” müdafiə etdiyim məqamlar da olub. Bu isə yarızarafatdı.

- Sizcə, Əsəd Canahgirin bu qarşıdurmanın adını belə qoymaqda məqsədi nədir?

- Əsədin yerinə bir başqası, məsələn, Əlifağa olsaydı belə deyərdim: yəqin, Əlifağa Kamal Abdullayla üzbəüz dayanmaqdan çəkinib özünə tərəfdarlar düzəltməyə çalışır. AYB-BSU qarşıdurması kimi qələmə verir ki, AYB-nin müdafiəçisi rolunda görünsün. Kamal Abdullanın romanına yanaşmasını “hökümətin Xətaiyə münasibəti” müstəvisinə çəkir ki, özünə hökümətdən dayaq düzəltsin. Kamal Abdullanın romanındakı Dədə Qorquda yanaşmasını milli təəssübkeşlik müstəvisinə çəkir ki, özünə millətdən, ictimai rəydən dayaq düzəltsin. Nə isə, yəni deyərdim ki, bu Əlifağa allahın bəlasıdı, çoxbilmişdi. )

Amma burda Əlifağa yox, Əsəd olduğundan bunları deməyə dilim gəlmir. Çünki Əsədi qorxaq obrazda qəbul eləmək istəmirəm. Bu obrazı ona yaxın buraxmaq istəmirəm.

Ümumən, bu proses Əsədin xeyrinə getmədiyindən, ziyanın yarısından geri qayıtması lazımdı.

- Amma o, yeni bir açıqlama yayıb, Kamal Abdulladan öz yazısına cavab istəyir. Orda belə bir cümlə də var: “Əgər gücünüz və haqqınız çatırsa, özünüz mənə cavab yazın ki, romanınız barədə son yazımı yazım və bununla da məsələ xətm olsun”.

- Vallah, Əsədi başa düşə bilmirəm. Kamal Abdulla məqaləsində dedi ki, yaz da. Bəs Kamal Abdulla nə etməlidi? Əsəddən iraq, söyüş qoymalıdı ki, yazmayan belə-belə olsun?!

Mənsə fikirləşirəm ki, Kamal müəllim bundan sonra bu məsələylə bağlı heç bir yazıya cavab verməməlidir.

# 2937 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər