Seymur Baycan beynəlxalq ədəbiyyat festivalında

Seymur Baycan beynəlxalq ədəbiyyat festivalında
16 may 2016
# 10:12

Qafqazın yeganə beynəlxalq ədəbiyyat festivalı olan ikinci Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalı başlanır. Festivalın hər günə bir neçə tədbir olmaqla gur proqramı var.

16 mayda açılış mərasimi keçiriləcək, sonra Almaniyada yaşayan gürcü yazıçı Nino Haratischvili ilə görüş, Avstriyadan gəlmiş yazıçı Ludwig Laher ilə görüş, Poeziya və caz gecəsi, həmçinin Gənc gürcü şairləri arasında yarış tədbiri olacaq.

17 mayda yazıçılar Tamta Melashvili (Gürcüstan), Hasmik Simonian (Ermənistan), Ester Naomi Perquin (Niderland) arasında müzakirə olacaq.

Həmin gün ispan, İsveç və gürcü dillərində poeziya axşamı olacaq, Sergio Badilla Castillo (Çili) və Kristian Carlsson (İsveç) şeir oxuyacaqlar. Bundan əlavə, Britaniyadan yazıçı DBC Pierre ilə görüş olacaq.

Həmin axşam keçiriləcək başqa bir poeziya tədbirində Yuri Andrukhovich (Ukrayna) və Tadeusz Dąbrowski (Polşa) öz şeirlərini oxuyacaqlar.

Mayın 18-də Sergio Badilla Castillo (Çili) Tbilisi Dövlət Universitetində gürcü tələbələrlə görüşəcək. Universitetin Skandinaviyaşünaslıq Mərkəzində isveçli yazıçı Kristian Carlsson ilə tələbələrin görüşü olacaq.

Həmin axşam Yasuhiro Yotsumoto (Yaponiya) və Ester Naomi Perquin (Niderland) ilə poeziya tədbiri keçiriləcək. Bundan əlavə, Lia Sturua (Gürcüstan) şeirlərini oxuyacaq və şeir kitabını təqdim edəcək. Bundan əlavə, Dimitry Bıkov (Rusiya) ilə şair Shota Iatashvili'nin moderatorluğu ilə görüş olacaq.

19 mayda yapon şair Yasuhiro Yotsumoto ilə Tbilisi Azad Universitetində görüş olacaq.

"Qafqaz axşamı" adlı tədbirdə Hasmik Simonian, Azərbaycandan Seymur Baycan və Gürcüstandan Lela Samniashvili arasında müzakirə keçiriləcək.

Həmin gün yazıçı DBC Pierre kitab evində univesitet tələbələrilə görüşəcək.

Həmin gün "Sovet mirası və Post-sovet ədəbiyyatı" panelində Yuri Andrukhovich (Ukrayna), Dmitri Bıkov (Rusiya), Seymur Baycan (Azərbaycan) və Levan Berdzenishvili (Gürcüstan) müzakirə aparacaqlar.

"Düşmənlər layihəsi" adlı poeziya axşamında Zura Jishkariani, Lia Likokeli, Zaza Koshkadze, Steven J Fowler, Eley Williams, Luke Kennard şeir oxuyacaqlar.

Mayın 20-də Sadik Yalsizucanlar (Türkiyə) ilə Yazıçılar evində görüş olacaq.

Başqa bir tədbirdə Susan Shillinglaw (ABŞ) John Steinbeck'in yaradıcılığı haqda çıxış edəcək. Həmin gün Etgar Keret (İsrail) ilə şair Dato Turashvili'nin moderatorluğu ilə görüş olacaq. Günün sonunda Yazıçı Evində poeziya gecəsi keçiriləcək.

21 mayda Uşaqlar üçün Şekspir mövzusunda tədbir gözlənilir. Sonra gürcü yazıçı Giorgi Kekelidze gənc oxucularla “Ədəbiyyat kimi şəxsi təcrübə" adlı görüş keçirəcək. Poeziya axşamında Alexander Galper (ABŞ) şeir oxuyacaq.

Festival Yazıçılar Evinin bağında qısa film çəkilişi ilə tamamlanacaq.

Azadliq.org

# 1679 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #