Qadının gözəlliyi inkubator baxışlarında deyil

Qadının gözəlliyi inkubator baxışlarında deyil
1 iyul 2013
# 10:02

Kulis.Az Svetlana Turanın tərcüməsində Meksika şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pazın şeirini təqdim edir.

Klişelərdən uzaq olaq

Gözəl çöhrə

Qızçiçəyitək ləçəklərini günəşə açar,

Sən də eləcə

Açırsan üzünü mən səhifələri çevirdikcə.

Bir valehedici təbəssüm

Və bütün kişilər sehrinə düşəcəkdir.

Ah, bu jurnal gözəlliyi.

Sənə neçə poema həsr olunub?

Neçə Dante yazdığını ithaf edib sənə, Beatriçe?

Sənin bu unudulmaz xəyalına

Sənin bu sənayeləşmiş gözəlliyinə.

Lakin bu gün daha klişe yazmayacağam,

Və şeirimi sənə həsr edəcəyəm.

Gəl klişelərdən uzaq olaq.

Bu şeir o qadınlara həsr olunur ki,

Onların gözəlliyi şarmındadır,

Ağlındadır,

Xarakterindədir.

Amma inkubator baxışlarında deyil.

Bu şeir qadınlar üçündür

Şəhrizad kimi yuxudan qalxan

Hər gün yeni bir nağıl ilə.

Elə nağıl ki, dəyişikliyə səsləyir

Döyüşlərə ümid verir:

Birləşmiş ətlərin sevgisi üçün döyüşə,

Yeni günün gətirdiyi həvəslər üçün döyüşə,

Məhəl qoyulmayan hüquqlar üçün döyüşə,

Yaxud bircə gecəlik sağ qalmaq uğrunda döyüşə.

Bəli, sizə, əzablar dünyasında yaşayan qadınlar,

Sənə, bu tükənən kainatın parlaq ulduzu,

Sənə, min bir savaşın döyüşçüsü,

Sənə, qəlbimin dostu.

Bundan sonra baxışlarım jurnallara sancılmaqdansa

Əbədi qaranlığa

Onun parlaq ulduzlarına qərq olsa yaxşıdır.

Beləliklə, gəlin klişelərdən uzaq olaq.

# 2603 dəfə oxunub

Oxşar xəbərlər

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər