Fahişələri asanda niyə arxasında dayanırdılar?

Fahişələri asanda niyə arxasında dayanırdılar?
28 mart 2013
# 12:44

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları kultroloq Aydın Xan və şair Narıgüldür. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan balla qiymətləndirilir. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. Heminquey hansı yazıçıya dəfələrlə məktub yazaraq ona pul yollamasını xahiş edib? (5 bal)

A) Qabriel Qarsiya Markes
B) Pablo Neruda
C) Vladimir Nabokov
D) Frensis Skott Fitscerald
E) Cek London

Aydın Xan - D

Narıngül - D

Doğru cavab - D

2. Adı çəkilən yazıçılardan biri həm də süpürgəçi olub. (3 bal)

A) Andrey Platonov
B) Cek London
C) Joze Saramaqo
D) Məhəmməd Hadi
E) Mixail Bulqakov

Aydın Xan - A

Narıngül - A

Doğru cavab - A

3. “Qədr gecəsi” şeirinin müəllifi kimdir? (6 bal)

A) A. S. Puşkin.
B) N. Nekrasov
C) İ. Bunin
D) Y. Yevtuşenko
E) Əbu-Sədr Səfani

Aydın Xan – A

Narıngül – C

Dogru cavab – C

4. Ümumdünya cazibə qanuna uyğun gələn bu misralar: “Göyə atılan daş yerə tez düşər, bu qısa müddətdə işlər dəyişər” Nizamini hansı poemasındandır? (7 bal)

A) “Yeddi gözəl”
B) “Leyli və Məcnun”
C) “İqbalnamə”
D) “Şərəfnamə”
E) “Sirlər Xəzinəsi”

Aydın Xan – C

Narıngül – C

Dogru cavab – C

5. F. Dostoyevski hansı əsərini “Karamazov qardaşlı”na gedən yol, dini başlanğıc sayırdı? (6 bal)

A) “Cinayət və Cəza” romanı – cəzalar labüddür ideyasına görə
B) “Oxşar” povesti – Hər kəs özünü özündə tapdığı kimi özünü “özündə” itirə də bilir ideyasına görə
C) “Şeytanlar” romanı şeytan dəyişdirir, amma Tanrı idarə edir mesajına görə
D) “Bəyaz gecələr” povesti – məğlubiyyət də qəbul edilir, sonda hər şey xatirəyə çevrilməyə məcburdur ideyasına görə
E) “Alçaldılmış və təhqir edilmiş insanlar” romanı – mərhəmət məğlub edilmir düşüncəsinə görə

Aydın Xan – C

Narıngül – C

Doğru cavab: B

6. Pablo Pikasso nəyə görə yaradıcılığını “rənglər dövrünə bölmüşdü?” (5 bal)

A) Hər rənglə mənzərələrin itirilmə və kəşf prinsipini tapırdı
B) Hər rəngdə öz üslubunu yoxlamağa çalışırdı
C) “Rənglər dövrü”nü bitirmək istəyirdi
D) Rənglərin fəlsəfəsini aşkarlamaq istəyirdi.
E) Heç biri

Aydın Xan – B

Narıngül – B

Doğru cavab: B

7. İntibah dövrünə qədər Avropanın bəzi vilayətlərində fahişə qadınları asanda niyə hamı ondan arxada dayanırdı? (7 bal)

A) Məhkəmə hökmünə görə onu simasız sayırdılar
B) Onlar daha cəmiyyətə baxmaq istəmirdilər
C) Qarşı tərəfdən paltarları cırdıqlarına görə
D) Utancaqlıq hissinə görə
E) Ərləri ilə göz-gözə dayanmamaqdan ötrü

Aydın Xan – B

Narıngül – E

Doğru cavab – B

Toplam:

Aydın Xan: 27 bal

Narıngül: 21 bal

Ümumi ballara əsasən budəfəki “Yazıçı rinqi” layihəsinin qalibi Aydın Xandır.

# 5481 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər