“Yarımçıq əlyazma” Yaponiyada nəşr olunacaq

“Yarımçıq əlyazma” Yaponiyada nəşr olunacaq
4 avqust 2016
# 14:31

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək. Kulis.azın məlumatına görə Yaponiyanın məşhur “Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib.

Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.

“Yarımçıq əlyazma” Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl yazıçı yapon oxucuları ilə “Sehrbazlar dərəsi”ndə görüşüb. Yaponiya nəşriyyatlarının Azərbaycan ədəbiyyatına olan marağı Yaponiya-Azərbaycan ədəbi əlaqələrinin yeni və daha yüksək əməkdaşlıq mərhələsinə adladığının göstəricisidir.

“Suisei-sha” nəşriyyatı 2005-ci ildə Yaponiyanın Müqayisəli Ədəbiyyat Assosiasiyasının mükafatçıları siyahısındadır. Nəşriyyat indiyə qədər Spinoza, V.Hüqo, M.Prust, Nitsşe, A.Sent–Ekzüperi, Q.Flober, E. Jabes kimi görkəmli ədiblərin əsərlərini yapon oxucusuna təqdim edib.

# 2269 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər