Fikrət Qoca Əkrəm Əylisli DAVASI BAŞLADI

Fikrət Qoca Əkrəm Əylisli DAVASI BAŞLADI
9 iyun 2014
# 11:25

“Bu, Əkrəm Əylislinin əxlaqıdır. O heç nədə daimi ola bilmir. Elə dostluqda da...”

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Xal Şairi Fikrət Qoca deyib.

O, əlavə edib ki, Əkrəm Əylisli küləyin istiqamətinə uyğun olaraq dəyişən adamdır.

Xatırladaq ki, yazıçı Əkrəm Əylisli xalq şairi Fikrət Qocanın son müsahibəsində onunla dostluğu və qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yazıçı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, F.Qocanın söylədiklərinə cavab vermək nə mənim şəxsiyyətimə, nə də xarakterimə uyğundur:

“Bəzi adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha, nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu dünyada müqəddəs bir şey qalıbmı ki? Ona münasibət bildirmək mənə əksiklik gətirər. “Daş yuxular” əsərimi isə artıq il yarımdır ki, müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə niyə bu qədər danışırsız?”

# 3618 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər