Bir dəfə Şekspiri oxumaq bəs edir ki...

Bir dəfə Şekspiri oxumaq bəs edir ki...
7 sentyabr 2013
# 07:30

Kulis.Az ABŞ şairi Silviya Platın 1962-ci ildə verdiyi müsahibəni təqdim edir.

- Silviya, necə oldu ki şeir yazmağa başladın?

- Bilmirəm. Lap kiçik yaşımdan yazıram. Deyəsən ibtidai sinifdə oxuyanda yazdığım şeirlərdən xoşum gəlmişdi və onların eynisini yazmağı düşünmüşdüm. İlk şeirim dərc olunda 8 yaşım vardı. “Boston Traveller”də çıxmışdı. Zənnimcə, sonra daha professional oldum.

- Başlanğıcda nələr haqqında yazırdın?

- Deyəsən, təbiət haqda. Quşlar, bahar, payız və haqında o qədər də böyük təcrübəsi olmayan bir nəfərə göydəndüşmə sayıla biləcək bütün mövzular haqda. Baharın gəlişi, başımızın üstündəki ulduzlar, ilk qar - bunların hamısı bir uşaq, bir şair üçün ən gözəl mövzudu.

-O illərə qayıtsaq bir şair olaraq xüsusilə diqqətini çəkən, haqqında yazmaq istədiyin mövzu varmı?

- Bəlkə çox amerikanvarı olacaq, amma məsələn, Robert Lovelin “Life Studies” kimi cığır açan işlərindən olduqca təsirlənirəm. Bu cür işlər olduqca ciddi, çox fərdi və duyğusal təcrübələrdir, bunlar mənə qismən tabu kimi gəlir. Robert Lovelin ruhi xəstəxana barədəki şeirləri marağımı çox çəkir. Amerika şeirində belə maraqlı, fərdi və tabu mövzulu şeirləri son zamanlar kəşf etməkdəyəm. Xüsusilə qadın şair Ann Sekstonun öz analıq təcrübələrini yazması maraqlıdır. Şeirlərinin duyğusal və psixoloji dərinliyi də var. Mənə olduqca yeni və həyəcanverici gəlir.

- Bir şair və Atlantik okeanının hər iki tərəfində yaşayan biri olaraq səni amerikalı saymaq olarmı?

- Bir az qəribə gələcək, amma təbii ki, ola bilər.

- Yaxşı daha çox amerikalımı, yoxsa ingiltərəlimi?

- Məncə dil məsələsinə gələndə amerikalıyam. Danışıq tərzim, aksentim amerikansayağıdır. Köhnə dəbdə danışan bir amerikalıyam. Bəlkə də bu səbəbdən İngiltərədə yaşayıram və həmişə burda olacağam. Ən çox heyran olduğum şairlər də amerikalıdırlar. Bəyəndiyim ingilis şairləri çox azdı.

- Silviya amerikalıyam deyirsən, amma “Ata” şeirində Daxau, Osvensim, “Mayn Kampf”dan danışırsan. Məncə bu şeir bir amerikalının yazacağı şeir deyil. Çünki bunlar okeanın o biri tərəfində o qədər dərin məna kəsb etmir.

- Mənimlə sıradan bir amerikalıyammış kimi danışırsan. Halbuki, mənim köküm alman və avstriyalıdır. Dolayısı ilə həbs düşərgələrinə marağım çoxdur. Həm də digər tərəfdən mən siyasi bir adamam və bir tərəfimdən də buna görə diqqətimi çəkir.

- Deməi şair olsanız da tarixə marağınız var deyə bilərik?

- Təbii ki, tarixçi deyiləm. Amma getdikcə tarixlə daha çox maraqlandığımı hiss edirəm. Daha çox tarix kitabları oxuyuram. Napoleonla daha çox maraqlanıram, müharibələrlə də. Birinci Dünya müharibəsində Geliboluda olmuş müharibələrlə maraqlanıram. Məncə yaşım artdıqca tarixlə daha çox maraqlanmağa başlamışam, heç iyirmi yaşımda bu qədər marağım yox idi.

- Bəs sənə təsir edən, sənin üçün önəmli olanlar yazıçılar kimlərdi

- Çox azdı. Həqiqətən saymaqda çətinlik çəkirəm. Məktəbdə oxuyanda müasirlərdən çox təsirlənirdim. Tomas Dilan, Uilyam Batler Yeyts, Oden kimi. Hətta Odenə bayılıram. Yazdığım hər şey Oden stilində idi. İndi isə geri qayıdıram. Məsələn, Bleykə baxmağa başlamışam. Bir də təbii ki, kiminsə Şekspirdən təsirlənmişəm deməyi çox həyasızlıq olsa da belədir. Bir dəfə Şekspiri oxumaq bəs edir ki, təsirinə düşəsiz.

- Şeirdən yazmaqdan başqa elədiyin nəsə var? Ya da eləmədiyin üçün peşman olduğun nəsə var?

- Əgər başqa peşə seçəsi olsaydım, həkim olardım. Amma yazarlığa tamamilə zidd bir peşədir. Amma uşaqlıqdakı ən yaxın dostlarım sonrada həkim oldular. Ağ xalat geyinib gəzərək doğulmuş uşaqları, ya da yarılan meyitləri görə bilərdim. Çox təsirlidi. Amma yaxşı bir həkim olmaq üçün lazım olan distiplin məndə yoxdu. o nöqtəyə getmək üçün vacib olan rahatlığı qazana bilməzdim.

- Bəsit bir şey, şeir yazmaq sənin ən çox xoşuna gələn işdi, deyilmi?

- Məncə yazmasam yaşaya bilmərəm. Mənə görə su, ya da çörək kimi bir şeydi, tamamilə həyati bir məsələdi. Şeir yazarkən, ya da yazdığım zaman özümü bütövləşmiş, tamamlanmış hiss edirəm. Yazandan sonra da sürətlə bir şair, istirahət edən şair obrazına keçir. İkisi də eyni şey deyil. Məncə şeir yazmaq möhtəşəm bir duyğudur.

# 2771 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

15:15 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər