Nobel almağına inanmayan Patrik Modiano

Nobel almağına inanmayan Patrik Modiano
10 oktyabr 2014
# 11:14

Fransız yazıçısı Patrik Modiano Nobel mükafatı aldıqdan sonra ilk müsahibəsini verib. Kulis.Azın məlumatına görə yazıçı deyib ki, o, bu xəbəri Parisdə gəzərkən telefon vasitəsilə qızından eşidib: “Heç vaxt düşünməzdim ki, mənimlə bu, baş verə bilər. Bu, məni mütəəssir etdi”.

Modiano onun yaradıcılığı haqda məlumatsız olan oxuculara sonuncu kitabını tövsiyə etmək istəyib.

Yazıçı dekabrda təqdim ediləcək mükafat mərasiminə ailəsi ilə birlikdə qatılacaq.

İsveç Akademiyasının daimi katibi Peter Enqlund yazıçını dövrümüzün Marsel Prustu adlandırıb: “Onun əsərləri exo kimi bir-biri ilə səsləşir və insanı zaman, öz həyatı haqda düşünməyə məcbur edir”.

Demək olar ki, bütün əsərləri avtobioqrafik olan yazıçı “Mond” qəzetinə verdiyi müsahibəsində “Mənim süjetim zamandır” deyir.

Modiano vətənində klassik sayılsa da xaricdə az tanınır. Onun əsərləri ingiliscədən çox İsveç dilinə tərcümə edilib.

Doğma qardaşı Rudinin on yaşında ölməsi ona dərin sarsıntı yaşadıb. O, 1967 -1982-ci il arasında yazdığı bütün əsərlərini ona, ailəsinə həsr edib. İşğal vaxtı və İkinci Dünya Müharibəsindən sonra ailəsinin yaşantıları onun yaradıcılığından qırmızı xətt kimi keçir. Əsərlərində eyni zamanda yəhudi və antisemitizm motivləri yer alır.

Özünün ilk kitabını 20 yaşında yazan Modiano Nobel alan 15-ci fransız yazıçısıdır. Fransa ədəbiyyat üzrə Nobel alan ölkələrin başında gedir. Modianodan öncə bu mükafatı Sartr, Andre Jid, Anatol Frans, Romen Rollan, Le Klezio və başqaları alıb.

# 2493 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər