Heminqueydən sərxoş yazmaq məsləhəti

Heminqueydən sərxoş yazmaq məsləhəti
23 yanvar 2013
# 08:15

Məşhur yazar olmaq üçün nə lazımdır? Əlbəttə, yollar müxtəlifdir. Amma hər şeyi təcrübədən çıxarmaqdansa, lüzumsuz sınaqlara əmək sərf etməkdənsə məşhur yazarların hazır tövsiyələrinə əməl etmək doğru olardı.

Kulis.az məşhur yazarların yazmağa yeni başlayanlara tövsiyələrini təqdim edir.

Sol Bellou (müasir Amerika yazıçısı, Nobel mükafatı laureatı)

“Gecənin bir vaxtı ayılıb yazdığınız heç bir şeyi dəyişdirmək məcburiyyətində deyilsiniz”

Rey Bredberi

“Az yazsanız, işiniz bitib deməkdir.”

Kurt Vonnehut

“Oxucularınıza mümkün olduğu qədər qısa bir vaxtda bütün məlumatı verin; qeyri-müəyyənliyi kənara qoyun. Oxucuların nəyin, harada və necə baş verdiyini bilmələri vacibdir. Əgər qəfildən sonuncu səhifələri böcəklər yesə belə hekayəni oxucu özü sona çatdıra bilsin.”

Oskar Uayld

“Əsaslılıq xəyal gücü olmayanın son dayanacağıdır.”

Ernest Heminquey

“Sərxoş olanda yaz, ayıq olanda düzəlt.”

“Əgər bir yazarın lüğətə ehtiyacı varsa heç yazmasa daha yaxşıdı. Əksinə, yazmağa başlayana kimi ən azı üç dəfə o lüğəti oxuyub ehtiyacı olan kiməsə bağışlamalıdı. Sadəcə bir neçə uyğun söz və bənzətmələr ( lüğətimi gətirin) var ki, onlar da qüsurlu bir silah anbarı kimidir (bu an üçün düşündüyüm yalnız budu).”

Corc Oruell

“Normal görməyə öyrəşdiyimiz metaforaları, təşbehləri, ya da hər hansı bir təsvir vasitələrini qəti şəkildə istifadə etməyin.”

“Qısa bir söz işlətmək mümkün ikən, uzunun söz işlətməyin.”

Leonard Elmor (amerikalı yazar, ssenarist)

“Xarakterləri, məkanları və başqa şeyləri bütün detalları ilə açıqlamaqdan yan keçin.”

Robert Enson Haynlayn (Amerika yazıçısı, fantast)

“Redkatələr xaric təkrar yazmaqdan yan keçin.”

Henri Miller

“Qoşqu atı kimi olmayın! Sadəcə zövq üçün yazın.”

Cek Keruak (“bit nəsli”nin ən məşhur yazıçısı)

“Hər zaman üçün bir dahisiniz siz!”

Riçard Ford (Amerika qısa hekayələr yazarı)

“Uşaq sahibi olmayın.”

Uill Self (ingilis jurnalist və yazar)

Bədii əsər oxumayı tərgitin, nə də olsa hamısı yalan-palandı, onsuz bilmədiyiniz bir şeyi söyləməzlər (keçmişdə çoxlu kitab oxuduğunuzu düşündüyüm üçün deyirəm, belə olmasaydı zatən yazar olmazdız).

# 3184 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər