Şərif Ağayarın imza günü keçiriləcək

Şərif Ağayarın imza günü keçiriləcək
3 dekabr 2015
# 12:06

5 dekbar saat 18-19 arası Fəvarələr bağında Şərif Ağayarın yeni çapdan çıxmış “Gülüstan” romanının imzalanma mərasimi keçiriləcək.

Kulisin verdiyi xəbərə görə, “Qanun” nəşriyyatının kitab yarmarkası çərçivəsində keçirilən tədbirdə yazıçının qələm dostları, yazarlar, media nümayəndələri iştirak edəcək.

Həmçinin oxucular Ş.Ağayarın “Qanun” nəşriyyatında çap olunmuş digər kitablarını da endirim qiyməti ilə əldə etmək fürsəti qazanacaqlar.

Xatırladaq ki, “Gülüstan” romanı Gülüstan qəsəbəsində baş verən sosial-siyasi hadisələrdən bəhs edir. Eyni zamanda qəhrəmanın yaddaşıyla keçmişə, hətta tarixə eksurs olunur. Əsərdə sevgi və detektiv xətt də vardır. Müəllifin sözlərinə görə, “Gülüstan” həm klassik, həm də çağdaş nəsr prinsiplərinə uyğun işlənib və istər mövzu, istər dil və üslubu, istərsə də bədii keyfiyyət baxımından oxucuları razı salacaqdır.

# 1807 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər