Tənhalıq təqlidi

Tənhalıq təqlidi
19 noyabr 2012
# 15:39

Şüurlu olaraq tənhalığı seçmiş adamlar özünü əzabdan və iztirablardan təcrid etmədən yaşamağı bacarır, bu əzabı, iztirabı, depressiyanı yaradıcı məhsula çevirə bilirlər.

Tənhalığı seçmiş adamların bu dünya və insanlarla bağları qalsa da, bu bağlar çox cüzi və çox zəifdir.

Tənhalıqdan kamilliyə yol tapan insan bu dünya ilə bağlarını qoparmış halda da yaşaya bilər.

Necə ki, inzivaya çəkilmiş dərvişlər dünyanın bütün nazü-nemətindən imtina etməyi, imtinadan sonrakı təslimiyyətdə də yaşamağı bacarır...

Gündəlik əyləncələr, həyata keçirməli olduğumuz çox vacib yaşam prosedurları bizim sadəcə zamanımzı alır.

Tənha adamlar, yaşam prosedurlarını azaltmağı bacarır.

Təklikdəki möhtəşəmlik insana gündəlik qayğıları unutdurur.

Bəlkə də, ona görə Allah yaratdığı insanları unudub...

Yatmaq, yuyunmaq, işə getmək, paltar geyinmək, ayyaqabının iplərini düyünləmək, toya geyinəcəyin paltarı seçmək, qalstuk bağlamaq, saç daramaq, təraş olunmaq, TV-yə baxmaq və bu kimi minlərlə həm lazımlı, həm də lazımsız yaşam prosedurları sadəcə bizim zamanımızı alır.

Oysa, bir dağda, bir mağara küncündə də təbiətin verdiklərindən istifadə edib, insanlardan uzaq kamilliyi qazanmaq və xoşbəxt olmaq mümkündür.

İnsanların içində də, bu cür tənhalıq mühiti yaradıb o BÖYÜK YOLÇULUĞA başlamaq olar.

Oysa, içmədən, çəkmədən, narkotik istifadə etmədən sərməst olmaq, “yüksək dozalı tənhalıq”la sərxoş olub, bütün acılardan arınmaq mümkündür.

Tənhalıq elə bir ruh halıdır ki, onu imitasiya etmək mümkün deyil.

Tənha insan obrazı yaratmaq istəyən aktyor hər zaman uğursuzdur.

Son vaxtlar “tənhayam”, “yalqızam”, “təkəm” deyib imitasiya edənlərin çoxaldığı cəmiyyətdə insan öz tənhalığından utanır.

30 ildir təklikdən, tənhalıqdan yazan, özünü milyonların içində yalqız hiss etdiyini bəyan edən bir şairimizin(?) doğum günündə 250 nəfərdən artıq populyar sima yığışmışdı.

Başını “JEEP”-in sükanına söykəyib tənhalıq haqqında danışan bu adam necə də cılız görünürdü.

Və o gün anladım ki, “Milyonlarla insanın içində də tək qalmaq mümkündür” deyib özünə haqq qazandıran bu adam nə qədər sıradan, adidən-adi biridir.

Bilmirəm, bəlkə də “tənha insan” rolunu oynayan bu insanlar, tənhalığın iztirabının nə olduğunu bilməyən belələri insanları tənhalıqdan diksindirir.

Amma inanın ki, imitasiya olunmayan tənhalıqda insanı başqa aləmə aparan qəribə bir hüzur, doyumsuz bir xoşbəxtlik var.

Tənhalığın iztirablarına boyun əyməyi bacarın, o sizə qucağını açacaq...

Tənhalığı imitasiya etməyin, lütfən!

# 3499 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər