Fransız yazıçının nəvəsinə məktubu

Fransız yazıçının nəvəsinə məktubu
27 yanvar 2016
# 17:14

Kulis fransız yazıçı Stefan Esselin nəvəsinə məktubunu təqdim edir.

Əzizim Daniel, budur! Nəhayət, Mariya dünyaya gəldi, məni ulu baba etdi. Artıq bir aydır ki, mən bu haqda fikirləşirəm və bu haqda səninlə danışmaq istəyimə müqavimət göstərirəm. Nə isə bir şey, başıma patriarx papağı qoyan bu vədə vaxtının qarşısında məni qorxudur.

Sənin üçün həqiqətən, yaxşı bir baba ola bilmədim: sənin musiqi, səyahət, tanışlıqlar, uğursuzluqlar və zəfərlərlə aşıb-daşan həyatında daha yaxından iştirak etməli idim, qarışmalı idim. Artıq çox uzun olan, daha çox təəhhüdlərlə dolu həyatım axıb gedir. Bizim əlaqələrimiz meditasiya deyil, sevinc, nəvaziş, zarafatlarla keçən anlardan ibarət olmuşdur.

Bu doğuluş meditasiya tələb edir, təkcə şən oyanış deyil. Bəlkə də sənə öyüd-nəsihət verən birisi kimi görünəcəyəm. Bu, mənim xasiyyətim deyil. Amma bəlkə də sənin qazandığın və hərdən mənim belə qısqandığım təkanın əhəmiyyətini nəzərə almırsan.

Sən özün artıq çox milliyyəti özündə cəmləndirən bir yaradılışsan. İki babandan biri Berlindən, digəri Şinondan, onların əcdadları isə Sankt-Peterburqdan, Londondan və Tüldən gəlirlər. Amma sənin yoldaşın Leylanın, bu uşağa verdiyinin qiyməti yoxdur: Şərq qaraçıları və Mavritaniya Afrikası. Beləcə, Mariya əsl metis meyvəsi olacaq. O, bir bərəçi olacaq və mən belə fikirləşirəm ki, sən onda bu keyfiyyəti, onun yaradılışında olan bu milliyyətlər fərqliliyi ilə fəxr etməsini inkişaf etdirməlisən. Hələ gənc olan, bununla belə artıq mürəkkəbləşmiş əsrin gedişatında onun bundan istifadə etməyə və faydalanmağa fürsəti olacaq.

Bir gün iyirmi yaşı olanda, o, nə qədər uzaq olsa da yenə tarixə düşmüş qırğınlarla zəngin və tarixçilərin bir tarixi- 1944-cü ili və müharibənin tam ortasında müharibədən sonrakı dövr haqqında fikirləşən və Milli Müqavimət Hərəkatı adlanan gizli orqanı xüsusi qeyd edəcəkləri XX əsr Fransasının tarixini öyrənən bir yoldaşla tanış olacaq. 2024-cü ildə Mariyanın iyirmi yaşı olacaq və Milli Müqavimət Hərəkatı proqramının səksəninci ili olacaq. Artıq uzun müddətdən bəri, həmin dövrü yaşamış heç kim qalmayacaq. Lakin son dərəcə inkişaf etmiş tarixi arxivlərin köməyi ilə, kompüterə toxunmaq və Müqavimət Hərəkatı iştirakçılarından ibarət bir qrup tərəfindən yaradılmış mətni aşkarlaya biləcək yaxşı bir tədqiqatçı olacaq.

Və fərz edək ki, rəfiqəsi ona deyəcək: “Mən görürəm ki, sənin baban bu müraciəti imzalayıb, o bir müqavimətçi olub.

O, sənə tərəf çevriləcək və bunun nə demək olduğunu soruşacaq. Ona elə bir cavab verməyini istəyərdim ki, bu söz onda bir maraq oyatsın. Çünki, mənim fikrimcə, bu XXI əsrin gənc bir qadını üçün çox qiymətli bir sözdür, o qız üçün ki, dünən Leylanın qara və geniş əlləri arasında yatmış gördüyümüz zərif və aciz bir qız idi.

Fikrimcə, əgər o sənə belə bir sual verərsə, sən ona bu cavabı verə bilərsən: sənin ulu babanın çox böyük bir şansı var idi. Onun iyirmi yaşı olanda dünya bir ideologiya, bir irq və ya bir anlayışın zəfər çalması uğrunda müharibə etmək kimi iyrənc bir vərdişindən yaxa qurtara bilmirdi. Bütün irqləri ari irqlərinin (XX əsr tarixini öyrənərkən sənin nədən danışdığını anlayacaq) əsarətinə almaq istəyən axmaq bir təhlükə ilə üz-üzə qalarkən babam nəyin və kimin uğrunda müqavimət göstərəcəyini bilmək üçün heç bir tərəddüd etmədi. Necə sualı isə qalsın. Əgər sənin rəfiqən ondan bir müqavimət hərəkatçısı kimi danışıbsa, döyüşə səfərbər olmaqda o, təsadüflərdən və bəxtindən yararlanmışdır. Bir çox digərləri də buna qoşulmaq istəsələr də onlara imkan verilmədi. Bir çox digərləri isə bu işə qoşulmadıqlarından çox razı idilər. O riskə getdi, ölümün bir addımlığında qaldı, düşmənə satılacaqdı, amma sağ qalmağı bacardı.

Çalışacaqsan bunu Mariyaya elə təmkinlə danışassan ki, o burada gözəl bir əfsanə görəcək (sən bunu daha da gözəlləşdirəcəksən ki, o dinləyərkən çox da darıxmasın).

Amma sonra sən ona “müqavimət” haqqında əsl suallarını verəcəksən: “Bəs sən, sən özün nə uğrunda müqavimət göstərməyi arzu edərdin?”

Cavab verərkən ona çox da bələdçilik etmə. Burax, poetik instinkti, yeniyetmə hissləri danışsın.

Əlbəttə ki, Mariyanı nəyin hiddətləndirdiyini, nəyin ilhamlandırdığını, kimin və nəyin uğrunda müqavimət göstərmək istədiyini müəyyənləşdirmək nə sənin, nə də mənim işimdir.

Və mən sənin diqqətini bura-sürətə yönəldirəm, dünyanın məsələləri hansı sürətlə inkişaf edir, yenilənir, dəyişir və 2024-cü ildə hansı çağırışların olacağını əvvəlcədən görmək necə də çətindir (qeyri-mümkündür!)

Çox yaxşı hiss edirik ki, texniki, elmi və bəlkə də əxlaqi partlayışlar baş verməkdədir-və daha pisi-gözləmədədir. Səbirsizliklər. Şiddətli şirnikləndirmələr. Kütləvi qıcolmalar, bunlar ən pisidir.

Həmçinin insan, onun vəhşiliyinin yox edilməsi sahəsindəki səbirli və cəsarətli irəliləyişlər-bəlkə də, franko-britaniyalı böyük yazıçı Kenneth White bu geopoetik çiçəklənmənin peyğəmbəridir.

İyirmi ildə dünya tamamilə dəyişəcək.

Beləliklə, Mariyanın nəyə müqavimət göstərməli olacağına, daha doğrusu, istəyəcəyinə qərar vermək olmaz. Amma əmin ol ki, gənc qadın olaraq Şimalın, Cənubun, Şərqin və Qərbin uşağı öz seçimlərini ölçməyi bacaracaq.

Elə isə, ona ulu babasının adından sadəcə bunu de ki, o, yalnız o zaman özü olacaq ki, o zaman xoşbəxt və güclü olacaq ki, onun üçün qaçılmaz olan bəzi şeylərə boyun əyməkdən və ya onu şok edən, amma bunun heç bir çarəsinin olmadığı söylənilən vəziyyətə öz axını ilə getməsinə izn verməkdən imtina edəcək. Tarixin küləyinin əsməsinə şərait yaradacağı hər hansı bir istiqamətdə Mariya cəsarətli üsulla öz yelkənin açacaq və o, bu yelkənin şturmanı olacaq və bu zaman ona əsl həqiqi müqavimətçi deyəcəklər. Hər şeydən yüksəkdə duran məhəbbət ilahəsi ona bütün müdafiəsini sərf edəcək. Amma budur, əziz Daniel, həmin bu küləyin məni götürüb aparmasına izin verirəm.

Məni bağışla: mən müqavimət göstərməli olacaqdım.

Stefan Essel

Tərcümə: Sədəf Baqiyeva

# 920 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #