Nənəsi yaşda sevgilisi olan gənc

Nənəsi yaşda sevgilisi olan gənc
27 iyun 2018
# 16:20

Orxan Saffari

Məktəbdə oxuduğum dönəmlər idi.

11-ci sinfin axırları.

Qanımın qaynayan, ürəyimin gündə birini sevən vaxtlarından danışıram.

O ərəfələrdə bir dostum hərbi xidmətə yollanacaqdı. Elimizin-obamızın adətlərindədir, bilirsiniz. Əsgər gedən mütləq yaxşı bir qonaqlıq təşkil etməli, qohum-əqrəbanı, qonum-qonşunu, tanış-tunuşu (yeri gəlmişkən, əqrəba, qonum, tunuş adları çox maraqlıdır. Hərçənd, nə üçün, niyə deyildiyini belə bilmirəm) yığmalıdır ora.

Artıq məktəb bağlanmışdı. Mən universitet imtahanına hazırlaşırdım. Yadımdadır, həmin dostum da iyulun ortalarında hərbi xidmətə yollandı.

Getməmişdən bir-iki həftə əvvəl isə əsgər məclisini təşkil etdi.

Şəhərdə çox da böyük olmayan, balaca həyət və iki VİP otağı olan bir yerdə idi qonaqlıq. Təxminən, 20-25 nəfər də dostlar gəlmişdi. Yaxşıca içkilər düzülmüşdü masaya. Sözsüz, içkisiz olmazdı.

Biz məclis başlayandan yüksək səslə musiqilər dinləyir, dostumuza sağlıqlarda vətənə-millətə xeyirli övlad olmasını arzu edirdik. O da abu-havaya köklənib, “şəhid olmaq ən böyük arzumdur” kimi söhbətlər edirdi.

Həmin restoranda da ofisiant xadimə işləyən yaşlı bir qadın idi. İçəri ilk girəndə ona baxıb kövrəlmişdim hətta. Ki, bu yaşlı, saçlarını dən bürümüş qadın ehtiyac üzündən burada içkili adamların hər cür sözünü eşidir, onlara xidmət edir. İndi bilmirəm o qadın sağdır, ya yox. Çünki üstündən illər keçib. Mən isə onu sonuncu dəfə həmin gündən bir il sonra görmüşdüm. Onda da o qədər gümrah deyildi. Həmin qonaqlıqda da 67 yaşının olduğunu öyrənmişdim.

Sözümün canına sağlıq.

Həddindən artıq çox, daha doğrusu, ömrümdə ilk dəfə idi ki, o qədər çox içmişdim. Sözlər ağzımdan çıxmamışdan əvvəl qəzaya uğrayır, əlaqəsiz cümlələri bir-birinin ardınca düzüb-qoşurdum elə.

Anlamışdım ki, içki içəndə dünyanın ən çirkin qadını belə gözlərimdə dünya gözəli olur.

Açığı, dumanlı xatırlayıram, bilmirəm necə oldu, niyə oldu, amma bir də onda ayıldım ki, o 67 yaşlı qadınla gözdən iraq bir otaqda lüt vəziyyətdəyəm.

Qadın gözəlliyi paltarını soyunana qədər imiş. Hərçənd, bu yaşda qadında gözəllik də axtarmazlar. Dərisi büzüşmüş, gəncliyi alma boyda olan sallaq döşlərinə sığışmışdı.

İlk təklifi o etmişdi, ya mənmi etmişdim, dəqiq bilmirəm. Heç cür yadıma sala bilmirəm ki, biz bu yerə necə gəldik? Həqiqət isə o idi ki, nənəm yaşında biri ilə intim münasibəti qurmuşdum.

Mənə elə gəlirdi ki, onun da könlünə xoş idi, ürəyindən imiş.

Heç vaxt xatirimdən çıxmaz. Hətta hər dəfə xatırladıqca içimə qəribə bir üşütmə də düşür.

Nənənin birdən-birə protezlərini çıxartması. Kədərli anlar idi. Tam təsvir etməkdə də çətinlik çəkirəm.

O, yaşlı qadını bir il sonra həmin restoranın yanında mindiyi avtobusda görmüşdüm. O da qalxıb, “buyurun nənə” deyə yer verdiyimə görə. Məni tanımasa da, mən görən kimi tanıdım. Həm belə bir hadisəni necə yadımdan çıxarda bilərdim ki?

İndi hərdən dostlarla yığışanda da o hadisə yada düşür, hamı bir ağızdan ən azı o hadisə qədər iyrənc zarafatlar edir.

Mən isə düşünürəm...

...Unuda bilmədiyim tək qadın, o nənə olacaq....

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #