Azərbaycan mədəniyyəti Meksikada

Azərbaycan mədəniyyəti Meksikada
23 noyabr 2017
# 09:50

Meksikadakı səfirliyimizdə Azərbaycan mədəniyyəti və milli mətbəxinin təqdimatı keçirilib.

Tədbirdə ACD təşkilatının (Asociación de Cónyuges Diplomáticos) çoxsaylı üzvləri, həmçinin yerli KİV-lərin və bir sıra turistik şirkətlərin nümayəndələri iştirak ediblər.

1982-ci ildən fəaliyyət göstərən ACD Meksikada akkreditə olunmuş səfir və diplomatik missiya nümayəndələrinin rəhbərlərinin həyat yoldaşları, burada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin Meksikanın nüfuzlu qadın rəsmiləri, siyasi və ictimai xadimləri, səfirləri, yerli QHT nümayəndələri və s. öz sıralarında birləşdirir. Assosiasiya xeyriyyəçilik məqsədləri üçün istifadə edilən fonda malikdir. Təşkilat uşaq evlərinə, ailələrində zorakılığa məruz qalmış uşaq və qadınlar üçün yaradılmış mərkəzlərə, həmçinin təbii fəlakətlər nəticəsində evsiz qalmış insanlara yardım edir. Bu təşkilat onun fəaliyyətinə görə dəfələrlə Meksikanın müxtəlif rəsmi qurumları tərəfindən təqdir edilib.

Qonaqları salamlayan Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, Azərbaycanın regionda tarixən proqressivliyi ilə seçildiyini və məhz Azərbaycanda Şərqin ilk demokratik dövlətinin yarandığını deyib. Azərbaycan diplomatı 26 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb.

Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin daşıyıcılarının bir yerdə yüzillərlə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən nümayəndəmiz ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib. O, Azərbaycanın öz mədəniyyəti, qonaqpərvərliyi, rəngarəngliyi, tarixi abidələri, incəsənəti, memarlığı, musiqisi, ləziz milli mətbəxi, təbiətin unudulmaz gözəllikləri və Yanar Dağ, palçıq vulkanları və s. kimi möcüzələri ilə ildən ilə daha çox turistin diqqətini cəlb etdiyini qeyd edib. Bundan əlavə ölkədə turist infrastrukturunun sürətlə inkişaf etdiyini vurğulayıb, həmçinin bu ildən fəaliyyətə başlamış “ASAN Viza” sistemindən danışıb.

Sonra məşhur “National Geographic” kanalının “Hidden Cities Revealed” proqramının Bakıya həsr olunmuş filmi nümayiş edilib.

Nümayişdən sonra, filmi böyük maraqla izləyən tədbir iştirakçılarının ölkəmiz barədə çoxsaylı sualları cavablandırılıb.

Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, “Dolma”, “Ləvəngi”, “Səbzi Plov”, “Qutab”, “Kükü”, şirniyyatlardan “Şəkərbura” və “Paxlava”nın hazırlanması barədə məlumat verilib, Azərbaycanın milli mətbəxi ilə bağlı kitablar paylanılıb.

Tədbir iştirakçıları Azərbaycanla daha yaxından tanış olmağa böyük maraq göstərib, bir çoxları ölkəmizə səyahət etmək arzusunda olduqlarını söyləyib.

# 2538 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

15:00 7 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər