AYB-də “Kolxoz” qalmaqalı

AYB-də “Kolxoz” qalmaqalı
21 iyul 2017
# 17:30

Kulis.az “Ədəbiyyatın kulisi” layihəsindən Murad Köhnəqala ilə Qəşəm Nəcəfzadənin başına gələn bir əhvalatı təqdim edir.

AYB-nin qurultay qabağı məşhur məruzələri olur. Bu məruzələrdə ilin yekunu haqqında tanınmış şair, yazıçılar hesabat verirlər.

Məruzəçilərdən biri də şair Qəşəm Nəcəfzadədir. Nə vaxtın söhbətidir, bilmirəm, amma orası dəqiqdir ki, qurultay qabağıdır. Bir neçə aydan sonra yekdilliklə Anar müəllimə səs veriləcək və bununla da çıxışlar, tədbirlər, məruzələr başa çatacaq.

Tanınmış şair, Kəramət Böyükçölün atası Natəvan klubunda əlində kağız məruzəsini oxuyurmuş. Məruzə nədəndir? Azərbaycanda uşaq ədəbiyyatı. Qəşəm müəllim ehtirasla mətni oxuyurmuş, Natəvan klubunda ölü sükut varmış, hamı əli qoynunda şairə qulaq asırmış. Kimlər yox idi ki orda? Anar müəllim başda olmaqla Yazıçılar Birliyinin tanınmış bütün simaları.

Image result for murad köhnəqala

- Uşaq ədəbiyyatı müasir ədəbiyyatımızda... – Qəşəm müəllimin səsi otağı doldurub. – Bizim uşaq ədəbiyyatındakı nümunələrə baxsaq, müasir dövrdə Murad Köhnəqalanın şeirlərini misal çəkmək...

Bir balaca arayış verək, indicə qayıdırıq Natəvan klubuna. Deməli, o zamanlar Azad Yazarlar Ocağı ilə AYB-nin “qanlı” davaları gedirdi. Və bu davaların başında da Murad Köhnəqala dururdu, əlində qılınc, atın üstündə hücum çəkirdi birliyin binasına. Düzdü, Dayandur Sevginin məharətli müdafiəsindən sonra geri çəkilirdi, ancaq “bostana” daş atmaqdan da yorulmurdu. O biri AYO üzvləri Dayandurun qorxusundan hərdən öz tənqidlərinin üstündə təbəssüm qondururdular. Murad isə o təbəssümü eləmişdi şaqqanaq çəkib gülmək. Ona görə Muradla araları yoxdu...

Hə, elə ki, Qəşəm müəllim Murad Köhnəqalanın uşaq şeirlərinin bədii-estetik həllindən danışırdı...

Nə olsa yaxşıdır?

Bu dəm Murad Köhnəqala şəxsən özü təşrif buyurdu. Elə bil sehrbaz papağından çıxmışdı.

Hamı şokdadır təbii. Bu cümləni heç yazmasaq da olardı. Baxışlar Murada ox kimi sancılıb.

Murad Köhnəqala geri durarmı?

- Ə, nədir? Yenə nə kolxoz açmısınız? Bəsdirin, dəəə!!!

Image result for qəşəm nəcəfzadə

Və qapı “şarrap” bağlanır, növbəti abzas Natəvan klubundakı donmuş yazıçı, şairlər.

Hamı bir-birinə baxır. Qəşəm təzədən mühazirəni oxumağa girişir.

Üstündən illər keçəndən sonra bu əhvalatı danışan Murad Köhnəqalanın dediyinə görə, Qəşəm Nəcəfzadənin həmin an ondan bəhs etdiyini bilməyibmiş.

Deyir, mərhum dostum Şaiq Vəli ilə üçmərtəbəli binanın dördüncü mərtəbəsinə vurmağa getmişdik, düşəndə gördüm Natəvan klubundan hənirti gəlir, dedim, şair, bir dəqiqə gözlə görüm, burda nə edirlər?

Tərs kimi həmin tədbirdə AYB rəhbərliyi də varmış. Öndə oturduqlarından Murad onları da görməyib. Deyir, qapını açanda eləcə gözümə Vaqif Yusifli sataşdı.

Qəşəm də... Yazıq Qəşəm... AYO-nu söyüb AYB rəhbərliyinin yanında xal qazanmaq istəyən adamların gözü qarşısında Muradın adını çəkmək AYB ölçüləri ilə qəhrəmanlıq sayılırdı.

Muradsa...

Olur belə şeylər deyəcəkdim, amma oxşarını tapmadım.

# 4062 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər