Umberto Ekonun kitabı çıxdı

Umberto Ekonun kitabı çıxdı
26 oktyabr 2016
# 17:34

Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından növbəti kitab işıq üzü görüb. Kulis.azın məlumatına görə görkəmli italyan filosof, yazıçı Umberto Ekonun “Gənc romançının etirafları” adlı mühazirələr toplusu Azad Məmmədovun və Nərminə Zərgərovanın tərcüməsində işıq üzü görüb.

Tərcüməçilərə akademik Kamal Abdulla kömək göstərib və öz tövsiyələrini verib.

Kitab müəllifin ABŞ-ın Emori Universitetində oxuduğu mühazirələrindən ibarətdir. Bu mühazirələr XX əsr ədəbiyyat nəzəriyyəçisi Riçard Elmanın (1918-1987) xatirəsinə həsr olunub. Kitabdakı dörd fəsil alimin müasir ədəbiyyat nəzəriyyəsi haqqında düşüncələrini əks etdirir.

“Soldan sağa yazı” adlanan birinci fəsildə yaradıcı yazı ilə elmi yazı arasındakı fərqə yeni və özünəməxsus bir yanaşmadan bəhs olunur. İkinci fəsil “Müəllif, mətn və şərhçilər” adlanır. Burada mətnin öz müəllifindən ayrıldıqdan sonra yaşadığı müstəqil həyat təsvir olunur. Mətnin bu həyatı sonsuzluğa qədər davam edir. Müəllif “Bədii surətlər haqqında bəzi qeydlər” adlandırdığı üçüncü fəsildə müxtəlif janrlarda yazılmış bədii əsərlərdəki surətlərin semiotik təhlilini aparır. O, həyatda yaşamış və yaxud yaşayan real insanlarla bədii surətlər arasında gözə görünməz əlaqələri ustalıqla şərh edir. Nəhayət, kitabın “Siyahılarım” adlanan dördüncü fəsli sadalama nümunələrinin heyrətamiz bir tədqiqidir. Burada müəllif fərqli janrlara aid siyahıları qələmə alaraq, diqqəti onların insan həyatında oy nadığı rola yönəldir.

Bu əsər yalnız müasir ədəbiyyat nəzəriyyəsi üzrə ixtisaslaşmış araşdırmaçılar üçün deyil, həmçinin filosoflar, dilçilər, psixoloqlar və orta əsrlərlə maraqlanan mütəxəssislər üçün də çox faydalı olacaq.

Kitabın redaktoru Sərraf Balaxan və Şaban Hüseynovdur.

# 1939 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər