Kitab sərgisi

"Azdrama"da premyera olacaq

"Azdrama"da premyera olacaq
1 oktyabr 2015
# 16:09

Oktyabrın 2-də Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə Erik Emmanuel Şmitdin eyni adlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı) çıxış edirlər.

Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir.

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

Oğuzdakı alban kilsəsinin reyestrə salınması məsələsinə baxılacaq

Oğuzdakı alban kilsəsinin reyestrə salınması məsələsinə baxılacaq

16:43 23 sentyabr 2025
“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər