“Açarımı itirmişəm"

“Açarımı itirmişəm"
6 dekabr 2012
# 08:45

İki gün öncə məşhur rus yazıçısı Vasili Belov vəfat edib. Adı Şukşin, Rasputin kimi yazıçılarla yanaşı çəkilən Belov əsərlərində rus kəndinin kaloritini, rus insanının obrazını bənzərsiz boyalarla əks etdirib.

Vasili Belov Qorki adına Ədəbiyyat İnstitutunda Xalq Yazıçısı Əkrəm Əylisli ilə bir vaxtda oxuyub. Onlar dost olublar.

Bu barədə Kulis.az internet jurnalına açıqlama verən Əkrəm Əylisli deyir ki, instituta eyni ildə daxil olublar: “Bir yerdə oxumuşuq. Çox yaxın dostluğumuz olub. Onunla nə qədər desən xatirəm var.

Belov rus həyatına, rus xalqının taleyinə bağlı, rus xalqını qəlbən sevən, onun əzabını qəlbən görən qüdrətli bir söz adamı idi. O, Moskvanı o qədər də sevmirdi. Elə kənddə yaşayırdı. Amma Moskvaya gəlib-gedirdi. SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü idi. Biz onunla tez-tez görüşürdük.

Bir dəfə mehmanxanada mənim nömrəmdə oturmuşduq. Bir azdan otağına gedib zəng elədi ki, mənim açarım sənin otağında qalmayıb ki?

Dedim, Vasya, sənin açarın mənim otağımda qalsaydı, sən indi otağından mənə zəng edə bilməzdin. Güldü.

Bir dəfə isə az qala əngələ düşəcəkdik. “Rossiya” mehmanxanasında qalırdıq. Kremlin yanında keçəndə başladı Lenini ucadan söyməyə. Xeyli içmişdi. Təzəcə gəlib mehmanxananın foyesində oturmuşduq ki, mülki geyimli bir nəfər bizə yaxınlaşdı. O gün yaxamızı güclə qurtardıq o adamdan. Yoxsa aparıb döyəcəkdilər yəqin”.

Əkrəm Əylisli bildirir ki, son beş-altı ilə qədər Belovla məktublaşırmış:”Sonra əlaqəmiz kəsildi. Onun məndə xeyli məktubu, “otkrıtka”sı var. Vasyanın uşağı olmurdu, hardasa əlli yaşından sonra bir qızı oldu. Onda xeyli sevindi.

Vasili Belov, Vasili Şukşin, Valentin Rasputin, Viktor Astafyev - bunları rus ədəbiyyatında “kənd qvardiyası” adlandırırdılar. Əsl xalq yazıçıları idilər. Özündən demək çıxmasın, rus mətbuatında mənim də adım həmin kənd nəsrinin nümayəndələri arasında sıralanırdı. O dövrdə Rusiyada Buninin ruhundan doğmuş böyük bir sənət məktəbi var idi.

Vasili Belovla xatirələrim olduqca çoxdur. Onun haqqında xatirələrimi toplasan bir kitab olar”.

Mirmehdi Ağaoğlu

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər