Qapı

Qapı
23 sentyabr 2014
# 13:08

Günəş ona rahat ölümü də çox görmək niyyətində idi. Özüdə inanmışdı buna. Nədən ki, o öləndə gün günortayerindəydi. Günəşin şüaları ağ nazik pərdəni dəlib keçir, oxkimi onun bəbəklərinə sancılırdı. Onunçün də var gücüyləgecəyə qədər dözməyə çalışırdı (Öləcəyini bilirdi). Qaranlığısevirdi. Qaranlıq onu, onun bütün əzablarını gizlədirdihamıdan – ən məhrəm sirdaşıydı...

... Günəş qalibanə təbəssümlə zenitə çatanda o, sonuncudəfə həyata gözlərini açdı – bir daha qapamamaq şərtiylə...Və heç nə görmədən. Zatən, insanlar bu dünyaya kor gəlib,kor da gedirlər. Nəsə gördüyünü iddia edənlərsəboşboğazdırlar sadəcə....

... Öldüyünü ilk bilən hər səhər və axşam onu yoluxmağagələn, süni şit təbəssümüylə zəhlə aparan həkim oldu.Həkim yatağa yaxınlaşıb nəbzini tutdu. Öldüyünə əmin olubgülümsədi.

Amma bu dəfə təbəssümü lap təbii alındı. Palatadan çıxmaq istəyəndə gözü çarpayının yanında yerə düşmüş dəftərçəyədəydi. Hiyləgər təbəssümündən bu dəftərçəyə maraq göstərdiyi bəlli olurdu. Dəftərçəni götürüb etinasız bir hərəkətlə meyitinyanındaca oturdu və dəftərçəni vərəqləməyə başladı. Yazılar qarmaqarışıq idi, çoxu oxunmurdu. Nəhayət, vərəqləməkdən vazkeçib sonuncu yazını oxumağa başladı...

lll

“Yenə uçurdum. Səmada süzmək, üzümü yalayan, saçlarımı oxşayan küləyi hiss etmək xoş idi mənimçün. İndiyədək beləyüksəyə qalxmamışdım. Bütün bədənimlə yüksəkliyi duyur, bundan həzz alırdım. Nə vaxtdan uçduğumun fərqində deyildim –bir saatmı, günmü, aymı?! Bilmirdim. Səfərimin başlanğıcını xatırlamağa çalışdığım müddətdə qəfil nəsə yumşaq bir şeyətoxunub dayandım... Qabağımı bulud kəsmişdi. Buludu yarıb keçmək istədim, amma o, çox elastik idi və dağılmırdı. Yavaş-yavaş anlayırdım nə baş verdiyini – kainatın sonuna çatmışdım, bura son idi.

Lap mahnıdakı kimi:

Burdan ötede köy yok,

Burdan öte bir yol yok.

Yanındaysa, göz yaşın

Bundan iyi vakit yok...

Dodağımın altında zümzümə edə-edə ətrafa göz gəzdirdim. Heç nə görünmür, kimsə gözə dəymirdi. Yəqin, belə də olmalıydı,amma mən maraqlıydım hər künc-bucağı yoxlamaqda. Burnumu az qala hər dəlmə-deşiyə soxmuşdum. Axır ki, bir yarıqtapdım. Bir adamın rahat keçəcəyi böyüklükdə idi. Lap qapıya oxşayırdı, kənarları şüşə kimi hamardı. Oraya girdim, elə bilkandardaydım, otağa keçdim. Bura göz işlədikcə uzanan qəribə bir yer idi. Havadan hansısa, xoşladığım ətir duyulurdu.Deyəsən, “Hermes” idi. Çox təəccüblüydü: bu ətir haradan gələ bilərdi?! Bilmirdim hələ ki... Rənglər də qeyri-adiydi. Sankibütün rəngləri qarışdırmışdılar və vahiməli bir rəng alınmışdı. Ətrafa baxa-baxa xeyli irəlilədim. Lap uzaqda qaraltı görünürdü.Deyəsən, ağac idi. Yanına tələsdim. Uçuş sürətim artmışdı. Ağırlığım yox idi elə bil. Üzümə külək vurmurdu, amma tam tərsiolmalıydı. Ən azından fizika qanunları bunu diktə edirdi... Axır ki, ağaca çatdım. Nəhəng gövdəsi vardı. On adam əl-ələtutsaydı, yenə ağacın gövdəsini dövrələyə bilməzdi. Qəribəydi ki, ağacın kökü heç yerə bitişməmişdi, eləcə havadan asılıydıağac. Rişələri göz işlədikcə boşluğa uzanırdı. Gövdəsi cadarlanmış, qupquru qurumuşdu. Yaşıllıq nişanəsi kimi ən aşağıbudaqda bircə yarpağı vardı. O da amanabənd idi...

Yaxınlaşıb ağacın ətrafına dolanmağa başladım. Gəldiyim yola əks tərəfdə böyük bir koğuş vardı. Koğuşa boylandım, içəriqaranlıq olsa da, orda kiminsə olduğu bilinirdi.

– Ey, kim var içəridə? – deyə səsləndim.

Koğuşdakı tərpəndi və yavaş-yavaş bayıra çıxdı. İndicə çox qorxulu varlıq görəcəyimi zənn etiyimdən bir ayağımı qaçaraqqoymuşdum... Hə, bağışlayın, qaçmaq üçün torpaq gərək, odur ki, bir əlimi uçaraq saxlamışdım (uçmağı bacarsam da,qanadlarım yox idi – lap düşük filmlərdəki gicgicə supermenlər kimi). Amma qorxuma rəğmən koğuşdan ortayaşlı, ucaboy,yaraşıqlı, üzü tərtəmiz təraş olunmuş bir kişi çıxdı. Ağzım açıla qalmışdı, amma dəqiq bilirdim ki, onu haradasa görmüşəm.Kişinin gülümsədiyini görüb özümü yığışdırdım. Üzündən görürdüm ki, məni ələ salır – təsəvvür edirdim sifətimin nə haladüşdüyünü. Birtəhər özümü ələ alıb:

– Kk-iim-siizz, – soruşdum.

Yeni tanışım səssizcə, ancaq ürəkdən gülərək, səhnədə monoloq söyləyən aktyor kimi pafosla:

– Tanrı, – dedi. Və səsi o qədər inandırıcı çıxdı ki, inandım ona.

– Bəs, burada nə edirsiz? Bir də, axı, Tanrı gözə görünməz...

– Bura mənim oylağımdır. Gözə görünməmək isə boş sözdür. İnsanlar tanımadıqları kəslər, görmədikləri məfhumlar haqqındaəfsanələr yaratmağı xoşlayırlar. Buna görə də sizlərdən kənar gəzirəm. Əvvəllər insanların ürəyindəydim, indisə, görürsən,kainatın son nöqtəsindəyəm.

Bir xeyli susduq. Haçandan-haçana:

– Deməli, mən düz fikirdəyəm – Tanrı insanın özüdür, onun açdığı yoldur, seçdiyi yox, məhz açdığı – həyatda hazır yollarolmur çünki. Onu özün açmalısan.

Dinmədi. Sadəcə gülümsədi, çöhrəsindən məmnunluq yağırdı.

Üzündəki ifadəni dəyişmədən, qəfil:

– Xəbərim var, məni döyüşə çağırırsan, mənim absurdluğumu, zəifliyimi sübut etmək istəyirsən. “Cənnət və cəhənnəm yoxdur.Tanrı, Tanrının yolu yoxdur”, – deyirsən, sübut tələb edirsən. Yadda saxla: Tanrını beyinlə yox, ürəklə, ruhla anlamaq lazımdır.Tanrının varlığı sübut tələb etmir.

Mənim gülümsədiyimi görüb bir anlıq sükutdan sonra davam etdi:

– İnanmırsan... Bəs, sən bura gələndə ən sevdiyin şeylərlə qarşılaşmadın? “Hermes” ətri, bir qədər qaramtıl-bənövşəyi bozrəng, sevdiyin mahnını xatırladan məkan. Bunlar hamısı sənin ürəyində kök salan məfhumlardır. Bura sənin ürəyindir, – hə,mənim sənə tanış gəlməyim də, səncə, təsadüfidir? – məni tapdığın yer də ürəyinin ən dibdəki hissəsidir. Ora heç kəs girmiricazəsiz, girə bilmir. Ancaq sən sərbəst girə bilərsən. Bir də mən – Tanrı. Amma sən mənə üsyan etdin, məni dandın. İndi mənburadan getməliyəm, burada mənə yer yoxdur – çünki sən məni qovdun...

Bunları deyib dərindən nəfəs aldı. Sanki ağır bir yükü çiynindən atmışdı. Mənsə özümü çox pis hiss etməyə başlamışdım. Eləbil böyük günah işlətmişdim, amma etiraf edə bilmirdim. Bu günahın cəzası da yox idi. Cəzaya gəlmirdi günahım...

Tanrının səsi fikrimin axınını qırdı:

– Hə, di gəl, döyüş çağırışını qəbul edirəm, – dedi və necə elədisə, əlində dümdüz, iri, yəqin ki, xeyli də ağır qılınc peyda oldu.Qılınc elə bil büllurdan tökülmüşdü. Çaşıb qaldım, amma o, hücum etmədi. Nəyisə gözləyirdi sanki. Birdən ağacın rişələrindənbiri mənə tərəf uzanmağa başladı. Rişənin ucunda bir qılınc görünürdü. Rəngi qapqara idi. Qara brilyant kimi par-par yanırdı.Heyrətdən susub durmuşdum. Rişə yanıma çatıb dayandı. Qılınc sinəm bərabərindəydi. Karıxdığımdan onu rişədən alabilmirdim.

Tanrının gur səsi yenə məni diksindirdi:

–Götür qılıncı! Özünü müdafiə et! Sübut elə ki, dediklərin həqiqətdir! Görürsən bu ağacı? O, sənin ruhundur. Bax! Diqqətləbax! O, sənə görə Tanrıya qarşı çıxır. Sənsə, ruhundan hər vəchlə imtina etməyə çalışırsan.

Qara qılıncın qara parıltısı gözlərimə keçmişdi. Gözlərimin ağı da qaraya çalırdı elə bil. Tanrının səsi qapı arxasından gəlirdisanki. Qılınca baxdıqca kəsib-doğramaq, qan tökmək həvəsi doğurdu məndə...

Qılıncı götürdüm, rişə qılıncın qəbzəsini buraxıb yerinə çəkildi. Qılıncı sağa-sola hərlədim, bir az ağır olsa da, rahat idi. Havadamüvazinətimi tarazlayıb qılıncı möhkəm sıxdım. Sıxdıqca da ondan soyuqluq, rahatlıq, özünə əminlik axdı içimə.

İlk hücum edən o oldu. Birinci həmlədən anladım ki, mən girən kol deyil. Çox güclü idi və həddən artıq rahat vuruşurdu. Mənimdaha bir çətinliyim dayaqla bağlıydı. Uça bilsəm də, hər şeydən əvvəl torpağın övladıydım. Bununçün də heç yerə tutunmadandöyüşmək çox çətiniydi. Belə çox davam edə bilməzdi. Açıq-aşkar ölüm idi bu vuruşun sonu. Amma vəziyyət heç gözləmədiyimhalda dəyişdi. Tanrı növbəti həmləni edəndə yana çəkildim. Zərbə çox güclü alındığından o, bir anlıq müvazinətini itirdi.Fürsətdən istifadə edib qılıncı onun çiyninə endirdim. Çiynindən parlaq, göz qamaşdıran maye fışqırdı. Və çox güclü gurultuqopdu. Olduğumuz yer qaranlıqlaşdı. Təkcə biz durduğumuz yer projektorla işıqlandırılmış kimi aydınlığıydı. Amma bu işartıaçıq-aşkar zəifləyirdi. Qəfil Tanrının mənim ruhum adlandırdığı ağacdan “Ah” nidası eşidildi, yeganə yaşıl yarpağı qopdu,fırlana-fırlana dibsiz boşluqda gözdən itdi. O an hiss etdim ki, ürəyim daha vurmur...

Tanrı əlindəki qılıncı az qala gözümə sancaraq, yüzlərlə topun yaylım atəşinə bənzər səslə:

-Hə, sən istədin bunu! Sən Tanrını öldürmək istədin! Əslində bu sənin ölümündür. Qalan sonuncu yarpağı da qopardın. İndi,sən, yalnız, kölgəsən. Başqa heç nə... Mən səni bircə göz qırpımında məhv edərdim. Amma etmədim. Əvəzində etdiklərinəbax! Deməli, sənin kölgənin belə, yaşamağa haqqı yoxdur, – deyib qılıncı sol çiynimə endirdi. Macal tapıb öz qılıncımı qabağaverdim. Ancaq qılıncım zərbdən iki bölündü və Tanrının qılıncı çiynimə işlədi...

lll

... Otağımdaydım. Çarpayıda uzanmışdım. Buna sevindim: deməli, yuxu imiş hər şey... Qalxmaq istədim, çiynimdən qopan ağrıməni yatağa mıxladı. İndi gördüm, yaralanmışdım, bütün yataq qana boyanmışdı. Gözlərimi hərləyib döşəməyə düşmüş qaraqılınc qırığında saxladım. Qılıncın qırılmış tiyəsində qurumuş, par-par yanan maye ləkəsi görünürdü, döşəmədə də eyni izlərvardı...

Yaramdan axan qan hələ dayanmamışdı, amma birtəhər özümü toplayıb yataqdan qaldım, səndələyə-səndələyə həyətəçıxdım. İzlər bir qədər irəlidə yoxa çıxırdı. Amma həyətə kölgə salan talvara dırmanmış meynənin yarpaqları qana boyanmışdı.Aydın idi, O, öz məkanına qayıtmışdı. Sevindim, deməli, ölməyib. Deməli, mən hələ də öz halımdayam – canlı insanam, qurukölgə yox. Amma nədənsə ürəyimin döyüntüsünü eşidə bilmirdim. Özümə təskinlik verdim – yaralıyam, qan itirmişəm, ona görə ürəyim zəifləyib.

Özümü az da olsa, inandırıb yenə çözələnən fikirlərimə qayıtdım:

– Deməli, hələ heç nə itirilməyib, oraya yenə gedib, Tanrıya sülh təklif edə bilərəm...

... Birdən arxa tərəfimdə nəsə guppultu ilə yerə düşdü. Geri çevrilməyə ürək eləmədim. Gözümün qabağına həyat ağacındanqopan sonuncu yarpaq gəldi – fırlana-fırlana dibsiz boşluqda gözdən itməkdəydi... Haradansa, burnuma “Hermes” ətri dəydi.Və haradasa, Emre Aydın oxuyurdu:

Burdan ötede yol yok,

Burdan öte bir köy yok,

Yanındaysa göz yaşın,

Bundan iyi vakit yok...

Qəfildən xəyal da yoxa çıxdı, ətir də çəkildi. Emre Aydın da daha oxumurdu. Sükunət qulaq dəlirdi. Ürəyimin vurmadığını dəqiqbildim indi... Qurtardı!!! Hər şey bitdi... Bitdi!..”

lll

Dəftərçəni örtüb ayağa qalxdı. Meyitə lap yaxın gəlib onun donuq üz cizgilərinə tamaşa etməyə başladı. Pəncələri üstündəyellənə-yellənə, fitlə hansısa mahnını səsləndirərək, bir xeyli beləcə qaldı. Elə bu vaxt qapı səssizcə aralandı, xəstə baxıcısı –gənc qız palataya girdi. Həkim bu vəziyyətdə yaxalandığı üçün pərt oldu. Fitini kəsdi, karıxdığından qıpqırmızı qızarmışdı.Dillənəndə kəkələdi:

– Ooo... ooradaa öölüb...

Tibb bacısı bir xeyli key- key ona və meyitə baxdı, güclə özünü qapının yanındakı kətilə yıxdı. Heç nə ifadə etməyən gözləriniçarpayıda uzanan adamın göyərmiş, bir qədər də dartılmış kimi görünən sifətinə zillədi. Handan-hana qalxıb meyitin əl-ayağınınizamladı. Sonuncu dəfə bir anlıq onun gözlərinə baxdı və qorxurmuş kimi tələsik gözlərini bağlayıb mələfə ilə üzünü örtdü.Mələfəni düzəltmək üçün əyiləndə bir damla yaş yanağından qopub, mələfənin üzərinə – ölünün göz çuxurunun üstünə düşdü.

Sonra hər ikisi, sözləşiblərmiş kimi, səssizcə qapıya yönəldi. Çıxarkən qız qapını var gücüylə çırpdı. Qapıya bərkidilmiş,üzərində 13 rəqəmi olan lövhənin bir tərəfi qopub sallandı. Gedənlərin dalınca əl edirmiş kimi yellənirdi 13...

# 2140 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #