İki üstəgəl iki dörd eləmir

İki üstəgəl iki dörd eləmir
5 mart 2015
# 10:59

Somerset Moem məşhur “Ay və qara şahı” əsərində yazır ki, asfaltı zanbaq yetişdirmək ehtirası ilə yorulub usanmadan sulamaq üçün ya gərək şair olasan, ya da mömin...

İş orasındadır ki, yaradıcılıq asfaltı zanbaq bitirmək ehtirası ilə yorulub-usanmadan sulamaqdır elə.

Bura, bilgi və məntiqə imkanın qədər yiyələnəndən sonra ulaşdığın bilgisizlik, məntiqsizlik məkanıdır.

Ənənəvi desək, yaradıcı müstəvidə iki üstəgəl iki dörd eləmir.

Əgər ciddi bir əsəri dörd ayağı üzərində dayanan hər hansı bir həndəsi fiqura bənzətsək, bu fiqurun ən azı bir ayağı havada, boşluqda, izah olunmayan, məntiq işləməyən naməlumluqda yellənir.

Əgər dörd ayaq da bizə bəlli olan nöqtələr üzərindədirsə yaradıcılıq yoxdur deməkdir.

Yazıçı nə qədər məntiqli düşünsə də mətni bir az da oluruna, axarına buraxmalıdır.

Türklər musiqidə buna yorum deyirlər, biz improvizə.

Yəni, eyni musiqini müxtəlif sənətkarlar ifa edir, ancaq hərəsi fərqli biçimdə, fərqli interpretasiyada...

Yaradıcılıq isə bəlli təcrübələrə ayaq qoyub başlı-bütünlü yorum yapmaqdır.

Qaranlıq evdə qara pişik axtarmaqdır.

Hətta o pişik o evdə olmasa belə.

Pişiyin evdə olduğunu da, olmadığını da axtarandan sonra müəyyən etmək olur.

Hətta pişik evdə ola bilər, sən də onun evdə olduğunu görmüş ola bilərsən – yenə də axtarmalı, tapmalı, tutmalı və göstərməlisən.

Ən azı buna çalışmalısan.

Bir zen ustası pişiyin evdə olduğuna əmin olandan sonra əsla narahatlıq keçirməz.

Kim görür görsün, kim görmür görməsin.

Zen ustasının onu gördüyünü kiməsə sübut eləmək ehtiyacı da yoxdur.

Əsas odur ki, pişik ordadır, qaranlığın içindədir və sən buna əminsən.

Tutmaq, tutmamaq vacib deyil.

Bir sufi də oxşar düşünə bilər.

Amma yaradıcılıq məhz pişiyin orda olduğunu bilsə də, bilməsə də onu axtarmaqdır.

Onu axtaranlar sadə sənətkar, tapanlar böyük sənətkar, hamıya göstərə bilənlər isə dahi olur.

Eyni zamanda asfaltı israrla sulayan sadə şair, orda zanbağı görən böyük şair, hamıya göstərməyi bacaran dahi şairdir.

...Məsuliyyət hissini itirmədən yazmaqdan qorxmayın!

Çünki o zanbağın, o qara pişiyin kimin qismətinə çıxacağını heç kim əvvəlcədən bilmir.

# 2173 dəfə oxunub

Oxşar xəbərlər

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər