Azərbaycanda Bilik Günü qeyd olunur

Azərbaycanda Bilik Günü  qeyd olunur
15 sentyabr 2026
# 09:50

Azərbaycanda sentyabrın 15-i Bilik Günü qeyd olunur. Yeni tədris ili ilə əlaqədar Azərbaycanın ümumi təhsil müəssisələrində ilk dərs günü başlayır.

APA xəbər verir ki, 2026–2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon nəfər təhsil alacaq. Onlardan 1,7 milyondan çoxu ümumi təhsil müəssisələrinin şagirdləri olacaq.

İşğaldan azad edilmiş ərazilərdə 15 məktəb fəaliyyətə başlayır

Bu il işğaldan azad edilmiş ərazilərdə də yeni təhsil müəssisələri fəaliyyətə başlayır. Həmin ərazilərdə 15 təhsil müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bakıda 500 mindən çox şagird dərsə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, paytaxtda yeni tədris ilində 500 mindən çox şagird məktəbə gedəcək. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 504 mindən çox şagirdin təhsil alacağı bildirilib. Onlardan 39 mindən çoxu birinci sinif şagirdləridir.

İlk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Yeni dərs ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Məktəblərdə ilk zəng çalınacaq və minlərlə uşaq ilk dəfə məktəb həyatı ilə tanış olacaq.

# 491 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər