Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
15 sentyabr 2026
# 16:54

...Maestro Fuad İbrahimov Üzeyir Hacıbəylinin "Uvertürası" ilə başlayıb, Qara Qarayev, Fikrət Əmirovun bəstələrinə keçir, "Sarı gəlin"lə davam edir... Sonra Alim Qasımov "Qaragilə" ilə gəlir, ardınca Yusif Eyvazov, Murad Hüseynov, İsfar Sarabski, Sevda Ələkbərzadə, Samir Cəfərov...

Maestro simfonik orkestrlə Niyazinin "Rast"ını ifa edir, Rüfət Xəlilzadənin yetirmələri eyni səhnədə canlı rəqs edirlər.

İsveçrənin fransızdilli kantonunun bənzərsiz mədəniyyət şəhəri Montrö iki gün Azərbaycan musiqisi ilə yaşayır. Qərbin şeir dili ilə danışanlarını Şərqin maestrosu öz sehrli çubuğu ilə ayağa qaldırır. Maestro sehrli çubuğunu tərpədəndə nəfəsini içinə çəkən zal kəsilən musiqi ilə oyanır, alqışlayır, yeni sehr istəyir...

***

Montrö Klassik Musiqi Festivalının 80 illiyi çərçivəsində təşkil edilmiş Azərbaycan Mədəniyyət Günlərində iştirak edən nümayəndə heyətinin tərkibindəyəm. Yaradılışdan rəsm əsəri olan bu şəhər bizi günəşli hava ilə qarşılayır.

Azərbaycan Dövlət Rəqs Ansamblının konsertindən sonrakı gün qala gecəsində simfonik orkestrimizin çıxışı ilə “Auditorium Stravinski” səhnəsinin zalı dolur.

Bu şəhərə özünü 2009-cu ildə Montrö Caz Festivalındakı qələbəsi ilə tanıdan İsfar Sarabski, Şəhriyar İmanov və Sevda Ələkbərzadə isveçrəlilərə “musiqi qonaqlığı” verir. Hələ İsfar Sarabski, İlkin Dövlətov və Şəhriyar İmanov üçlüyünün səhnə performansı... Piano, tar, muğam...

Dinlədikcə düşünürəm.

Müharibələr xalqlardan təkcə torpaq almaq, adam öldürmək üçün başlanmır. Müharibələr həm də ənənələri qırmaq, mədəniyyəti məhv, dəyərləri yox etmək üçündür. Düşmən ənənələri qırıb, mədəniyyəti məhv, dəyərləri yox edəndə torpaq da əbədi unudulur, işğal da rəsmiləşir...

Biz unutmadıq, çünki ənənələri qırılmağa qoymadıq, dəyərləri qoruduq, mədəniyyətə sahib çıxdıq. “Auditorium Stravinski” səhnəsini sehrli çubuğu ilə vəcdə gətirən Fuad İbrahimov, səsi Montrö sahillərinə dalğa-dalğa yayılan Samir Cəfərov, Yusif Eyvazov, ifası ilə heyrətləndirən Ceyla Seyidova, Elvin Hoca, Murad Hüseynov onlarla musiqi adamı, sənət insanı işğal dövründə yetişdirilib, oxutdurulub, Heydər Əliyev Fondunun dəstəyi ilə böyük səhnələrə çıxıb. Biz Niyazini, Bülbülü, Soltan Hacıbəylini, Fikrət Əmirovu Şuşada qoyub gəlmədik.

Biz dəyərlərimizi yox olmağa qoymadıq, ənənələri qırmadıq. Çünki torpaq adamdı, dövlət dəyərdi, mədəniyyət ənənədi.

Biz ona görə qalib gəldik, ona görə qayıda bildik ki, bu Qələbənin Memarı ənənəni qırılmağa, dəyəri yox olmağa qoymadı. Bu Qələbənin Memarı heç vaxt mədəniyyətin məğlubiyyətinə imkan vermədi...


Bunları düşünürəm, Murad Hüseynov Fikrət Əmirovdan ifa edir. Mənə elə gəlir, “Auditorium Stravinski” səhnəsində, onun pianosunun ətrafında dahi Üzeyir, Soltan Hacıbəylilər, Niyazi, Bülbül, Fikrət Əmirov... və kimlər-kimlər dayanıb. Muradın böyüklüyü bundadı, müasir olduğu qədər milli, təvazökar olduğu qədər böyük...

Konsert bitir, Montrönün sərin küçəsinə çıxırıq. Hələ qulağımda Alim Qasımovun səsi cingildəyir:

"Təbrizin küçələri dolanbadolan..."

Vüsalə Mahirqızı

Bakı-Montrö-Bakı

# 137 dəfə oxunub

Oxşar xəbərlər

“Emmi” mükafatı rekordlarla yadda qaldı

“Emmi” mükafatı rekordlarla yadda qaldı

17:30 15 sentyabr 2026
Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi

17:00 15 sentyabr 2026
Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

16:36 15 sentyabr 2026
“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

16:30 15 sentyabr 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

16:00 15 sentyabr 2026
Netanyahu rejissorları ölkəyə xəyanətdə günahlandırdı

Netanyahu rejissorları ölkəyə xəyanətdə günahlandırdı

15:30 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər