Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?
21 oktyabr 2024
# 16:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bizim ədəbiyyatçılar da kefdilər e, vallah. Ədəbiyyatətrafı söhbətlərlə günlərini keçirdirlər.

Hərdən darıxanda sayt açırlar. Bir-birinin fəaliyyətini tənqid edirlər. AYO-AYB söhbətləri də duzu-istiotu. Zövqə görə.
Hərdən lap qabağa gedib, AYO-dan istefa da verirlər.

Hansı AYO-dan? Faktiki olaraq on ildir mövcud olmayan, funksionallığını isə hələ mövcud olduğu illərdə itirən qurumdan.

İstənilən məsələdə AYB-nin adını hallandırmaq da bir ayrı komediyadır e. Yazıq AYB. Oturub yerində, öz işində-gücündədir. Hələ bir dəfə olsun o tərəfdən – AYB cəbhəsindən bu tərəfə - AYO və ya bitərəflər cəbhəsinə söz atıldığını, nəsə deyildiyini, edildiyini görməmişəm. Hər şeyi edən elə bu tərəfdir – AYO və bitərəflər cəbhəsi.

Özlərindən çıxırlar, aləmi qatırlar, AYB-nin adını hallandırırlar, hirsləri də bir müddət sonra öz-özlüyündə soyuyub gedir. Növbəti hücuma qədər.

Yəqin, AYB-də də daxili çəkişmələr-filan var. Üzə çıxartmasalar da, olmamış olmaz. O boyda qurumdur. Həm də orda ortada maddi maraq da var. Pis-yaxşı, ev verirlər, təqaüd verirlər. Bunların uğrunda mübarizə aparmağa dəyər.
Bəs bitərəflərə nə deməli?

Ümumiyyətlə, siz nə edirsiz? Nə etməyə çalışırsız?

Bir-birinizi didməyə sərf etdiyiniz gücü yazmağa sərf etsəydiniz, çoxdan uğur qazanardınız.

Niyə öz uğursuzluğunuzu uğursuz və faydasız mübahisələrlə ört-basdır etməyə çalışırsız?

İllərdir heç bir əsər ədəbi hadisə olmur. Ola bilmir. Çünki ədəbi əsərləri sərf edilməli enerji başqa şeylərə sərf edilir.
Və illər gedir öz axarı ilə.

Bəlkə, ümumiyyətlə, ədəbiyyatı ləğv edək? Onsuz da ortada heç nə yoxdu.

Hamı yazır, heç kim oxumur.

Heç yazanlar da bir-birini oxumur.

Oxusaydılar, 200-300 tirajla çap olunan kitablar illərlə mağaza vitrinlərində qalıb toz basmazdı.

Əvvəllər heç olmasa bir az ümid vardı ki, nələrsə düzələcək, nələrsə yaxşı olacaq.
Artıq o da yoxdu.

Məncə, kənd təsərrüfatı ilə məşğul olmaq lazımdır. Haçana qədər geni dəyişdirilmiş meyvə-tərəvəz, hormonlu toyuq yeyəcəyik?

Vallah, buraxın bu AYB-nin, AYO-nun başını. Xeyir torpaqdadı.

Ədəbiyyata xeyriniz dəymədi, insanların beynini doyura bilmədiz, heç olmasa, qarnını doyurun.

# 4208 dəfə oxunub

Oxşar xəbərlər

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər