"Asəf Zeynallının məzarına Fəxri Xiyabanda yer yoxdur" - Onun adı musiqi kollecindən də götürülüb

"Asəf Zeynallının  məzarına Fəxri Xiyabanda yer yoxdur" - Onun adı musiqi kollecindən də götürülüb
18 yanvar 2024
# 12:45

“Asəf Zeynallının məzarının baxımsız halda olması ilə bağlı sosial şəbəkələrdə paylaşım edəndən sonra gəlib məzarın üstünü və ətrafını təmizlədilər. Bu hal ötən il baş verib. Amma başdaşı, məzar yenə də baxımsız vəziyyətdədir. Az qalır ki, sökülüb-tökülsün. Biz onun ailəsi olaraq Asəf Zeynallının məzarının 1-ci Fəxri Xiyabana köçürülməsini istəyirik. O vaxt dayılarım Mədəniyyət Nazirliyinə müraciət etmişdilər. Xəbər gəlmişdi ki, 1-ci Fəxri Xiyabanda yer yoxdur. 23 yaşında dünyasını dəyişən dahi bir bəstəkarın məzarı baxımsız vəziyyətdədir”.

Kulis.az xəbər verir ki, bunu Moderator.az-a Asəf Zeynallının yaxın qohumu Elşanə Ağasıyeva deyib.

“Asəf Zeynallı mənim babamın kiçik qardaşı, anamın isə əmisi idi. Onu cavan yaşda itiriblər. Bu bizim ailədə köz bağlamamış yaradır. Ölümü müəmmalı olub. O vaxt ailəsinə də demişdilər ki, deyərsiz ki, tif xəstəliyindən dünyasını dəyişib. İz itirmək istəyiblər. O çox sağlam adam idi. Anam danışırdı ki, dənizə gedəndə kilometrlərlə üzürdü. Mən deyərdim ki, 1937-ci il repressiyası elə 1932-ci ildən başlayıb. İlk qurban da Asəf Zeynallı olub. Ailəni çox qorxutmuşdular, ona görə də uzun müddət ölümü müəmmalı qalmışdı. Onu aradan götürmüşdülər. Sovet illərində bunu sirr kimi saxlamışdılar. Amma indi artıq o sirlərin açıldığı bir zamandayıq. O, səfərdə olanda su verib zəhərləmişdilər. Özü də suyu içəndə deyib ki, acı dadır. 23 il yaşamasına baxmayaraq, Azərbaycan mədəniyyəti üçün misilsiz işlər görüb. Bəlkə də, çox yaşasaydı, böyük layihələrə imza atardı. Onun bir tək “Ölkəm” romansı kifayətdir. O, Qara Qarayevə, Tofiq Quliyevə, Cövdət Hacıyevə və s. bəstəkarlara dərs deyib. Tofiq Quliyev hər zaman deyirdi ki, “mən pianist olmaq istəyirdim, Asəf Zeynallı məni bəstəkar kimi yetişdirdi”.

Elşanə Ağasıyeva bildirib ki, Asəf Zeynallının adı musiqi kollecindən də götürülüb:

“O vaxt indiki Bakı Musiqi Akademiyası Asəf Zeynallının adını daşıyırdı. 1952-ci ildə Üzeyir Hacıbəyov dünyasını dəyişəndən sonra bizim ailədən icazə alıb, konservatoriyaya onun adını vermişdilər. Musiqi kollecinə isə Asəf Zeynallının adını. Faktiki bu gün kollec Asəf Zeynallının adını daşımır. Artıq 20 ildir. Amma yenə də soruşanda hamı bir ağızdan “Asəf Zeynallıda oxuyuram” deyir. O adı heç olmasa, kollecə qaytarsınlar. İndiyə qədər bu ad yaşayır. Bizim ailəmiz bunu çox istəyir və aidiyyatı qurumlardan xahiş edir”.

# 4778 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər