Kulis.az gənc şair Ulucay Akifin sevgi mövzusunda yeni şeirlərini təqdim edir.
Səndən sonra
Səndən sonra
müharibədən çıxmış
şəhərləri xatırladıram...
indi, ürəyim
zəlzələ episentri,
beynim xarabalıq kimidir.
ağaran saçlarımsa -
ölümə qaldıracağım
ağ bayrağın işartısıdır.
Səndən sonra
müharibədən çıxmış şəhərin
xarabalığını xatırladıram, amma...
amma
ümidliyəm,
hər səhər doğan
Günəş kimi ümidli...
çünki
üzərimdə
xəyanət yox,
sevgi qələbə çaldı.
Sevgi…
Gecə duası
Bir gecəlik də
uzaqlaşaram keçmişimdən,
bir gecəlik də artar xatirələr...
Bircə necə olduğumu soruşma məndən,
Ölümə gedən yolda bir az dincəlirəm.
Əlimi uzatsam
tutacaq qədər yaxındır ay.
Bu gecə də beynimin küçələrində
boş-boş veyllənirəm...
Bir gecəlik də
uzaq düşürəm keçmişimə,
Bir gecəlik də artır xatirələr...
Mənsə,
təkcə sənin dodaqlarından
adımı eşitmək istəyirəm...
Bir gecəlik də
çürüyür bədənin,
çürüyür mən toxuna bilmirəm deyə...
Mənsə,
Səni düşünürəm,
Yəni ibadət edirəm.
Mən:
- Səni düşünürəm.
O:
- Allah qəbul etsin!
Allah:
- Eşidirəm...
19:45 qatarı
(Bu şeiri Rəvan Cavidlə birgə yazmışam)
Bir gün
əllərin əlimdən üzülər,
bir gün notlardan yox,
xatirələrdən ibarət olar
dinlədiyin bütün musiqilər.
bir gün
şəkildəki
hamı unudular,
hər yer yadından çıxar...
lap axırda da sən!
bir gün
anlamsız gələr
qatarların gediş-gəliş cədvəli,
Məsələn,
19.45 qatarı -
Bakıdan gedən.
çıxarsan "xruşovka" evinin eyvanına,
bir siqaret yandırarsan,
elə bilərlər, dincəlirsən.
Bir gün
boylanarsan eyvandan şəhərə,
gedən hər kəsi səsləyərsən,
hər səslənişdə sənin adını çəkərəm...
- hey, sən, eşidirsən?!
Türkcə iki şeir
1. Mavi vapur
İlk kez o zaman kesmiştin saçlarını.
Ben de darılıp sana
hiç bakmamıştım yüzüne.
Anlam verememiştin sen de
aslında biraz, aslında
hak da vermiştin bana.
Martılar sinsiydi, martılar kurnazdılar,
halime kahkaha atan o kuşlar
çöplükte ağlamazdılar.
Martılar sinsiydi, martılar kurnazdılar,
kanatlarını balıklara satan o kuşlar
hayaller kurmazdılar.
İlk kez o zaman kesmiştin saçlarını
Üsküdardan mavi vapurlar
üzgün bir sesle kalkıyordu karşıya.
Kesmiştin hırçın dalgalara
benzeyen saçlarını…
Yani,
biraz üzmüştün herkesi
biliyorum, saçların değil,
umutların yıpranmıştı kesin…
Dalgalar sinsiydi, kurnazdı dalgalar,
biliyor musun, dalgalar hiç senin gibi
şu sahil için ağlamazdılar…
Dalgalar sinsiydi, kurnazdı dalgalar,
biliyor musun, içinde şu sahil olan
hayaller kurmazdı dalgalar…
İlk kez o zaman kesmiştin saçlarını
öylece oturmuştun tüm taraflarımda.
Unutmuştun bardakta tavşan kanı çayını.
Yani,
biraz kırmıştın herkesi,
herkes de soğumuştu sana.
Bense ağlamıyordum,
su döküyordum arkandan
yolcu ediyordum sanki
yolcu ediyordum seni.
Yolcu ediyordum kendimden
yolcu ediyordum başkasına…
Üsküdardan kalkan mavi vapurlar gibi.
İnsanlar sinsiydi, kurnazdı insanlar.
biliyor musun, içinde sen ve ben olan
hayaller kurmazdı insanlar.
İlk kez o zaman kesmiştin saçlarını,
Biliyor musun, saçların da kurnazdılar…
Bakü
On sene evvel,
on iki yaşımızdayken,
milattan üç bin sene önce olanları
ezberimizde tutuyorduk ilkokulda.
Mısır piramitlerini diyorum, ya da Mezopotamyayı, hatırla.
Mesela,
milattan üç bin sene önce
insanlar kağıt yapmayı biliyorlardı.
Bence şiir yazmasını bilenler de vardı aralarında.
Şimdi
millattan üç bin sene sonra
öpüşüyoruz seninle eski şehrin duvarları arasında
Biliyor musun,
bundan bin sene önce atalarımız
bu eski şehrin surlarında şehit olmuşlar…