Kafir, haqq yolçusu, yoxsa sadə bir şair – Mövlana kimdir?

Kafir, haqq yolçusu, yoxsa sadə bir şair – Mövlana kimdir?
1 may 2020
# 12:47

Kulis.az Emin Mustafanın “Mövlana və neyin fəryadı” yazısını təqdim edir.

Dinlə, bu ney hekayət edir,
Ayrılıqları şikayət edir.

Dünyanı özünə valeh etmiş Mövlana! Əslində haqqında cild-cild kitablar yazılıb. Hədəf və ideyaları mütəfəkkirləri uzaq üfüqlərə aparmış, amma yenə də fəth edilməmiş qütb ulduzu kimi parlamaqdadır. İlahi eşq fədaisi olan Mövlana haqqında tarix kitabları müxtəlif sözlərlə zəngindir. Kimisi onu kafir, kimisi haqq yolçusu, kimisi sadə şair kimi tanımışdır.

Şəxsiyyətinin ən möhtəşəm göstəricisi olan “Məsnəvi”nin ilk beytini şərh edib onu oxucuya az da olsa tanıtmaq istərdim.

Əslində, “Məsnəvi”ni müsəlmanların müqəddəs kitabı olan Qurani-kərimin söz möcüzəsinin ən dəyərli meyvələrindən saymaq olar. Mövlana özünü Həzrəti Muhəmmədin muridi bilib və özünü tamamilə onun həyat amallarına yönəltmişdi. “Dinlə” deyərək başlayan “Məsnəvi” sanki Qurani-kərimin “iqrəə” (oxu) əmrini xatırladir. Sanki Mövlana “oxu” əmrini daha məsul bilib, Quranın əzəmət həddini anlayaraq, daha asan - “isməə” (dinlə) əmri ilə başlayır.

Ədəb həddini həyatının ana xətti hesab edən Mövlana “Bu qədər oxudun, dərs dedin nəyi bildin?” sualına “Həddimi!” deyə cavab verir.

Ney simvolu Mövlananın əsərinin ana xəttini təşkil edir. Ney əsərdə arif insanı təmsil edir, 7 dəliyi insanın 7 əzasına işarədir. Sarımtıl rəngdə olan ney ariflərin xüsusi rəngini təmsil edir. Çünki onlar oruc və sükut halında çox olduqları üçün zəif və solğun olurlar. Əslində Mövlanəyə görə neyin yanıqlı səs çıxarıb inləməsi bir həsrəti anladır. Şair burada neylə kamil insanı tərənnüm edir. Neyi qamışlıqdan kəsdiklərinə görə, o, vətəninə görə həsrət çəkir, hey sızıldayır, hey inləyir.

Bəs kamil insan?

Onunla neyin nə əlaqəsi?

Əslində, kamil insan bir növ neyin taleyin yaşayır. Axı kamil insan cənnətdən yerə enib, mənəvi eniş onu sarsıdıb və insan “O”dan “hubut” məqamına düşüb. Nədir hubut? Ərəbcədə enmə, düşmə anlamı verən bu söz mənəvi lüğətdə həqiqətdən faniliyə düşməni ifadə edir.

Bura qədər biz məsnəvinin ilk beytini və əsərin ana xəttini təqribi anladıq. Sual oluna bilər: niyə Şərq toplumu bu incə hisslərin və inkişafın davamını gətirə bilmədi? Əgər Şərq aydınlarını təsnifatlaşdırsaq, onları 2 dəstəyə ayıracağıq.

1. Ağıl gücü verənlər

2. Ruh gücü verənlər

İbn Rüşd, İbn Sina, Farabi, Kindi kimi alimlər ağıl gücünü inkişaf etdirənlərdir. Dayanmadan gecə və gündüz ağıl və dünya üzərində düşünür, Şərq toplumunun inkişafına töhfə verirdilər.

Mövlana, İbn Əttar, İbn Ərəbi, Nizami kimi alim və ədiblər isə ruh gücünə töhfələr verir, onu inkişafa aparırdılar. Bu mənəvi məsuliyyəti dərk edənədək onların dünya üzərində bir mədəniyyət və inkişaf diktəsi var idi.

Ruh və ağıldan məhrum olan insanda ruhun yerini tamahkarlıq, ağılın yerini hiylə tutdu.

Şərqin inkişafı bununla kasadlaşdı.

# 5601 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #