Moldovada həbs edilən inqilabçı-yazıçı

Moldovada həbs edilən inqilabçı-yazıçı
29 iyun 2011
# 15:55
Son günlər Azərbaycan əsilli Rusiya yazıçısı Eduard Bağırov hər kəsə tanış bir imzaya çevrilib. Lakin yazdıqlarına görə yox, Moldovada həbs olunmasına görə. Həbs olunduqdan sonra onun adını burda tez-tez eşitməkdəyik.

Eduard Bağırov kimdir?


Wikipedia-nın məlumatlarına inansaq, Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Milli mənşəniyə görə Türkmənistadan bir çox problemlərlərlə üzləşən Eduard ordu sıralarından qaçaraq Moskvaya yollanıb. Burada yükdaşıyan, kiçik ticarətçi, şəxsi tikinti idarəsinin rəhbəri kimi işlərdə çalışıb.

2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının hüquq fakultəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub.
2005-2007-ci illərdə alternativ ədəbiyyat saytı "Litprom.ru" nun yaradıcısı və baş redaktoru olub.

2007-ci ildə yüz min tirajla çapdan çıxmış “Qastarbayter” ("Гастарбайтер") kitabı ilə məşhurlaşıb.

E.Bağırov “Qastarbayter” romanını həm özünün, həm də başqalarının həyatından götürdüyü əhvalatlar əsasında yazıb, Rusiyaya "çörək dalınca" gedən şəxslərin talelərindən bəhs edib.
2007-ci ildə onun “Segililər” romanı çapdan çıxıb. “Sevgililər” romanı, bir növ, birinci romanın davamıdır. Ancaq özlüyündə müstəqil sujetə malikdir.

2010-cu ildə isə “İdealist” romanının tirajı birincidən çox az, cəmi 15 min olub.

Azərbaycanlı yazıçı niyə həbs olunub?

Eduard Bağırov iyunun 16-da Moldova polisi tərəfindən saxlanılıb.
Bağırovu 2009-cu ildə kütləvi iğtişaşlarda iştirakçı olmaqda ittiham edilib.

O zaman kommunistlərin seçkidə qələbəsinə etiraz olaraq liberal müxalifət küçələrə axışmış, bundan sonra baş vermiş iğtişaşlar parlament binası və prezident iqamətgahına hücumla nəticələnmişdi.

Moldova Baş Prokurorluğunun mətbuat katibi Maria Vieru Bağırovun kütləvi iğtişaşlarda iştirak ittihamı ilə saxlandığını və 30 günlük həbs cəzası aldığını təsdiq edib.

Bağırov saxladığı Kişinyovdakı istintaq təcridxanasında ona təzyiq edildiyini bildirib.

“Mənə güclü təzyiqlər var. Mənim işimlə bağlı Moldova Baş Prokurorluğunun iki prokurorundan, Təhlükəsizlik Nazirliyinin üç əməliyyatçısından ibarət istintaq qrupu yaradılıb. Məni hətta respublika prokurorunun müavini də dindirib. Şərait pisdir, məni heyvan kimi saxlayırlar, eni-uzunu 5 addımlıq kameradayam, unitaz axıdır, su gəlmir, görüş olmaz, mənə sovqat ötürmək qadağandır. Harasa aparanda mənə zirehli jilet və maska geydirirlər. Məni hədələyirlər və tələb edirlər ki, respublikanın ali vəzifəli şəxslərinin adını çəkim”.

E.Bağırovun öz vəkili vasitəsilə göndərdiyi ismarıclarını onun dostu, yazıçı Sergey Minayev “Live journal”dakı bloqunda yerləşdirib (AzadlıqRadiosu).

Bağırov dostuna onu da çatdırıb ki, təzyiqlərə baxmayaraq sınmayıb.

Nigar Köçərli: “Azərbaycan Yazıçılar Birliyi bu məsələyə münasibət bildirməlidir”

Eduard Bağırovla dost olan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərli Kulis.az dərgisinə açıqlamasında deyib ki, Bağırov Rusiyada kifayət qədər tanınmış yazıçıdır: “Onun ilk romanı “Qastarbayter” Rusiyada qalmaqalla qarşılanmışdı. O çox maraqlı yazıçıdır. Eduard Bakıda olarkən onu mənimlə rəhmətlik Anar Məmmədxanov tanış etmişdi. Çox istərdim ki, Azərbaycan Yazıçılar Birliyi bu məsələyə münasibət bildirsin”.

Samir Əliyev: “Azərbaycan Yazıçılar Birliyinin susması vicdansızlıqdır”

Onun digər azərbaycanlı dostu yazıçı Samit Əliyev isə bildirib ki, Eduard Bağırov Azərbaycan vətəndaşı olmasa da, hər yerdə özünü azərbaycanlı hesab edirdi: “Mən onu baş redaktoru olduğu “Litprom” saytından tanımışam. Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Konqresinin bu məsələdə bitərəf mövqe göstərməsi vicdansızlıqdır. Avropanın tərkib hissəi olmaq istəyən Moldova yazıçını həbs edir. Bəyəm Hitlerin dövrüdür? Yoxsa bura Afrikadır?”

Bəs AYB-dən nə deyirlər?

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Kulis.az saytına açıqlamasında bu məsələdən xəbərsiz olduqlarını bildirib: “İstənilən halda bir yazıçının, söz adamının həbs olunmasını pisləyirik”.

Elmin HƏSƏNLİ
# 1519 dəfə oxunub

Oxşar xəbərlər

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

"Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir" - İlahə Səfərzadə

15:30 18 iyul 2025
Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

15:03 16 iyul 2025
"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

18:39 15 iyul 2025
Fraqmentar təfəkkür - Nizami Bayramlı

Fraqmentar təfəkkür - Nizami Bayramlı

19:00 14 iyul 2025
"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

10:00 13 iyul 2025
Nizaminin "Sirlər xəzinəsi"ndə  ölüm məqamları - Fərid Hüseyn

Nizaminin "Sirlər xəzinəsi"ndə ölüm məqamları - Fərid Hüseyn

09:00 11 iyul 2025
#
#
# # #