“Seymurla Əli Əkbəri birləşdirsən, yaxşı bir yazıçı alınar”
16 iyun 2011
18:00
Yazıçı Şərif Ağayarın Kulis.az-a müsahibəsi...
- Gənc yazarlardan Aqşinin, Seymur Baycanın, Nərmin Kamalın və digərlərinin romanları çıxıb. Siz roman yazmağa niyə belə gec başladınız?
- Romana həmişə çox ciddi yanaşmışam və çağdaş romançılığı öyrənməyə çox vaxt sərf etmişəm. Hələ də öyrənirəm desəm, yalan olmaz. Yəqin ki, bununla bağlıdır. Bəlkə adını çəkdiyin yazarlar məndən daha cəsarətlidir ona görə! (təbəssüm) Aqşinin kitabını oxudum, ona roman demək olmaz, məncə. Amma, bir dəfə də demişəm, çox yüksək istedadla, güclü nəfəslə yazılmış uzun bir yazıdır. Bir az Həmid Herisçinin təsirini gördüm. Ancaq bəlkə də bu təsirdən daha çox bəhrələnmə idi. Mənə belə gəlir ki, o cür “naqruska” ilə roman yazmaq olmaz. Aqşinin kitabında nəinki mətn, hətta sanki vərəqlər belə obrazlı və uzun cümlələrin ağırlığı altındadır. Mətn orqanizm kimidir, o, nəfəs almalıdır. O ki qaldı struktura, bu barədə danışsam, həssas qəlbli şair məndən inciyə bilər. Seymurun nəsr səriştəsi var. “Quqark” əsl ədəbiyyat, əsl nəsr hesab olunacaq situasiyalarla doludur. Xahiş edirəm diqqət edəsiniz, mən cümlələr yox, situasiyalar dedim. Ancaq “Quqark”da da bütöv roman, yazıçının yaratdığı hər hansı fərqli quruluş görə bilmədim. Olsun, belə də qəbul etmək olar. Ancaq romanda “dı, di” şəkilşilərinə söykənən o qədər sadə-geniş cümlələrdən istifadə olunub ki, oxuduqca başım danqıldayırdı. Məncə Seymur köşə yazılarındakı özəlliyi və hünəri nəsrə gətirə bilməyib hələ. Ona görə ordakı oxucuları da arxasınca ədəbiyyat körpüsündən keçirə bilməyib. Nəsrdə cümlə material, mətn isə tikilmiş evdir. Yaxşı cümlə yazan – yaxşı bənna, yaxşı mətn yazan – yaxşı memardır. Nərmin Kamal bənnalıqda Aqşin və Seymura uduzsa da, memarlıqda xeyli qabaqdadır. Bir məsələ də var ki, bənnalığı yaxşı olmayan memarın evi etibarsız olur.
Mən indiyə qədər dünayda sturukturu olmayan romana rast gəlməmişəm. Əgər roman struktursuzdursa, budra struktursuzluğun bir forma kimi qəsdn seçildiyinə işarələr vurulmalıdır. Nərminin “Aç, mənəm” kitabını strukturu öyrənmək baxımından nəzəri kitab kimi qəbul etmək olar. Təəssüf ki, dostumuz İtaliyadan baha qiymətə aldığı gəlinlik paltarını Bakıda əyninə geyindirməyə bir adam tapa bilməyib və manikenə geyindirmək məcburiyyətində qalıb. Yəni əsəri əsl ədəbiyyat səviyyəsinə yüksələ bilməyib və sxematik səciyyə daşıyıb.
- Əli Əkbərin “Amneziya” romanı necə?
- “Amneziya”nı “Ən yeni ədəbiyyat” seriyasından çıxan ən uğurlu romanlardan biri hesab edirəm. Bu, doğrudan da romandır. Sadəcə, Əli Əkbərin mətnlərinə ürək döyüntüləri arzu edərdim. Yazıçının əsas mənəvi marşrutu həyatdan kitaba olduğu halda, Əli Əkbərdə əsasən kitabdan kitabadır. O, romanında çox ağıllıdır və ağıllı müəllifin situasiyaları öz bildiyi kimi idarə etməsi açıqca hiss olunur. Əli Əkbərin dilində quruluq və üslubunda quramaçılıq var. Bir sözlə, Seymurla Əli Əkbəri birləşdirsən, yaxşı bir yazıçı alınar.
Bununla belə, “Amneziya”nı uğurlu əsər saymaq olar.
- Şeir, hekayə və roman... Azərbaycan ədəbiyyatında bir çoxları bu mərhələni keçib. O cümlədən siz də. Sizcə, bu normaldırmı?
- Mənim ilk şeirlərim aşıq şeirləri olub. Sonra epik şeirlər yazmışam. Özümü daha rahat ifadə etmək üçün nəsrə gəlib çıxmağımı təbii sayıram. Bu gün hansısa bir poetik ifadə məndə gülüş yaradır. İndi poetik ifadələrlə yalnız zarafat etmək olar. Azərbaycanda həyat o qədər dramatikdir ki... Lirikanın kövrək çiyinləri bizim gerçəklərə tab gətirə bilməz. Şeir – təbiət hadisəsidir, nəsr – cəmiyyət. Biz şəhərdə yaşayırıq. Urbanistik həyatla poetik ifadələr biri-birinə uyuşmur. Şeirə indi sadəlövhlük kimi baxanlar da var. Məsələn, öz dövründə Məmməd Arazın “Atı bazarında özündə baha, Mən belə dünyanın nəyindən küsüm...”- misraları hadisə sayılırdı. Bu gün hər şeyin öz adıyla çağıldığı bir dövrdə bu misra kimin üçün maraqlı olar bilər? Adətən, deyirlər, şeir yaza bilməyən nəsrə keçir. Ancaq mən əksini düşünürəm: istedadlı adam üçün ədəbiyyatşünaslıq nəsrdən, nəsr isə şeirdən çətindir. Nəsr yazmaq – it əzabıdır. Bu əzaba hələm-hələm adamlar qatlana bilməz. Həm də nasirlik şairlikdən fərqli olaraq peşədir. Yəni hər gün işləməli, mütaliə etməlisən. Ən azı redaktələr və s. Nəsr bütün həyatını ona həsr etməyi tələb edir. Azərbaycanda isə bu çox çətindir. Çünki sən, tərs kimi, həm də yaşamalısan! Üstəlik, ailə-uşaq...
- Bəziləri son bir ili ədəbiyyatda “roman epidemiyası” dövrü adlandırırlar.
- Mən də bir yazımda bunu “roman bumu” adlandırmışdım. Şübhəsiz, bir roman xəstəliyi var. İnşa səriştəsi olmayan adamın roman yazmağı qəribədir. Roman bir az dəb halını alıb. Ümumi götürdükdə prosesin yaranması sevindiricidir. Heç nə yazmamaqdansa, alınmayan kitablar yazmaq daha yaxşıdır. Hər halda ortalıqda nələrinsə olmağı vacibdir. Bir də ki hər kəsin yazmaq və çap olunmaq hüququ var. Biz heç kimə deyə bilmərik ki, niyə yazırsan. Peşəkarların işi bunların içindən yaxşıları seçib cəmiyyətə təqdim etməkdir.
- Yaxşılar seçilirmi?
- Biz seçməyi bacarırıq, amma bunu oxucular da etməlidir. Məncə kütlə ilə bizim aramızda keçilməz bir divar yaradıblar. Xalq onun dərdindən yazan adamlardan bixəbərdir. Sanki kimlərsə bu divarın getdikcə qalınlaşmasını istəyir. Gənc ədəbiyyatın auditoriyaya çıxmağına mane olan, hətta bundan qorxanlar var.
- Kimlərdir onlar?
- Ədəbiyyatda avtoriteti olan, onu idarə etmək və inhisara almaq istəyən adamlar!
- “Aftafalı antrakt” son illərin ən yaxşı hekayə kitabı idi. Amma satışı yaxşı təşkil olunmadı. Qaraqan isə 2000-3000 kitab satır...
- “Aftafalı antrakt” 500 tirajla çıxıb. Onun hardasa 300-ü satılıb, yüzə yaxınını hədiyyə etmişəm, qalanları kitab mağazalarındadır. Son üç-dörd ayın hesabını bilmirəm... Nəzərə alsaq ki, bura daxil olan hekayələr az qala bir-bir çap olunaraq müəyyən rezonans doğurub, saytlarda yayınlanıb, qəzet və jurnallarda çap olunub, çoxlu tənqidi yazılar yazılıb. hətta kitabdakı “Kərpickəsən...” povesti ayrıca kitab kimi nəşr edilib, o qədər də pis göstərici deyil. Amma təbii ki, bu 3 milyonluq şəhər üçün gülməli rəqəmdir.
Qaraqan repden ədəbiyyata gəlir və öz auditoriyasını da oxucu kimi arxasınca gətirir. Kitabın təbliği baxımından bu da dəyərli haldır.
Mən Qaraqanı ciddi ədəbiyyat adamı hesab etmirəm - bunu o özü də etiraf edir. Ancaq oxucusu var. Deməli, kiminsə oxucusu var, kiminsə ədəbiyyatı. Bu həsrətliləri qovuşdurmaq lazımdır! (gülüş)
- Bunun üçün nə etmək olar?
- Siz “Kulis”-i yaradıb burda çalışırsınız, “Kultaz”, “Azadlıq” radiosunun “Oxu zalı” çox yaxşı, vicdanla işlər görürlər . Şahbaz Xuduoğlunun layihəsini, Milli Kitab Mükafatı layihəsini, “Əli və Nino” mağazalar şəbəkəsinin tədbirlərini yüksək qiymətləndirirəm. Ancaq görünür, bunlar da azdır. Məncə gənc ədəbiyyatın televiziya vasitəsi ilə təbliği səmərəli nəticə verərdi.
- Yeri gəlmişkən, Milli Kitab Mükafatının nəticələri barədə fikriniz necədir?
- Mən bu prosesi yaxından izlədim. Hətta yayılan dedi-qoduları da eşitdim. Son durum elə idi ki, mükafatı Pərvizə versəydilər də səhv idi, verməsəydilər də! Azərbaycan elə məmləkətdir ki, burda layiqli əsərlər də obyektivliklə seçilmir. Mən sadəcə, Nigar Köçərlinin halına acıdım. Biz belə işləri bacarmırıq dəə... Bunu, yəqin ki, Nigar xanım anlayıb artıq.
- Siz əvvəl AYO üzvü idiniz. Sonra AYB-yə keçdiniz. AYO ilə oranın fərqi nədir?
- AYO Azərbaycan ədəbiyyatının üfuqlərində günəş kimi doğdu. O, bir dalğa idi, gəldi, öz işini gördü, amma təşkilatlana bilmədi. AYO-nu ictimai təşkilat kimi yaşatmaq, faktiki mövcud olmayan bir qurumu ora-bura sürümək nəyə lazım!? Bu gün Aqşin bəyin camaatı yığıb Kamal Abdullanın kitabını tərifləməsi ilə Əsəd Cahangirin Anar haqda yazdığı xoş sözlərin heç bir fərqi yoxdur. AYO-nu mən bir ideoloji olaraq qəbul edirəm və sevirəm. Zatən Azərbaycanda başqa seçim yoxdur.
İndiki AYO-nu sevdiyim idealların qəbiristanı kimi hərdən ziyarət edirəm. AYB-dənsə heç vaxt razı olmamışam.
- AYB-nin də gənc üzvləri var. Onların arasında perspektivli gənclər varmı?
- Orda Qismət, Əli Əlioğlu, Cavid Zeynallı və başqa maraqlı uşaqlar var. Sizə qəribə bir şey deyim. İlk baxışdan görünən AYB və AYO bölgülərinin fövqündə daha bir maraqlı bölgü var. Orada Qismət Həmid Herisçinin və Nərmin Kamalın yanındadır. Onlar dünyagörüşünə görə çox yaxındırlar. Aqşin bir az Vaqif Cəbrayılzadə, bir az da Ramiz Rövşən xəttinin şairidir. Rasim Qaraca, nə qədər gülməli görünsə də, Rəsul Rzanın yanındadır. Ədəbiyyata yenilikçi baxışına görə...
İranda, Türkiyədə, Rusiyada üslub və dünyagörüşü yaxın olan insanlar bir dərgi ətrafında birləşirlər. Əslində, ədəbi münasibətlərlə şəxsi münasibətlər biri-birinə qarışmamalıdır. Ancaq bizdə neyləsən də iki bölgüdən kənara çıxa bilmirsən: ya hər şeyə sahib olan inhisarçıların yanındasan, ya da heç nəyi olmayan cavanların.
- Siz özünüzü harada görürsnüz?
- Mən bu sözləri deyirəms,ə demək bölgüdən sıyrılıb çıxmaq istəyənlərdənəm. Fikrət Qoca da yaxşı şeir yazsa məni sevindirər, Aqşin də! Rasim Qaracanın da haqlı sözünü müdafiə edərəm, Rəşad Məcidin də!
- Siz klassik ədəbiyyatı yaxşı bilirsiniz. Bizim nəsildə Nizami, Füzuli, Axundov, Mirzə Cəli zirvəsinə çıxa biləcək adamlar görürsənmi?
- Biz eramızdan əvvəli əsasən minilliklərlə hesablayırıq, eramızın ilk dövrlərini əsrlərlə, daha sonra illərlə. 20-ci əsrdə isə artıq günlərə və saatlara keçirik. Getdikcə cəmiyyətdəki hadisələr sürətlənir. Belə sürtəli cəmiyyətdə hadisələr də çox olur onun iştirakçıları da. O cümlədən yazarlar! Enerji paylanır. Ona gör də Nizami, Füzuli kimi adamın doğulmağını gözləmək bir az sadəlövhlük olardı. Borxesin məşhur “Şekspir yaddaşı” adlı hekayəsi var. Orda bir adam arzulayır ki, Şekspir kimi olsun. Dahi sənətkarın yaddaşı bu adama yüklənir və adam bu yaddaşdan xeyli əziyyət çəkir. Məlum olur ki, Şekspir bu dövrdə yaşasaydı, heç nəyə yaramazdı.
- Hazırda hansı kitabları oxuyursunuz?
- “Quqark” romanını oxuyuram.
- Hekayələrin demək olar ki, hamısı Qarabağ insanı haqqındadır. Bəs romanın mövzusu nədir?
- Bu da Qarabağ insanıdır, ancaq tamam fərqli bir adamdır. İgiddir, qoçaqdır. Erməni ilə Azərbaycan qoşunlarının təmas xəttinə yaxın neytral bir zonada yaşayır. O, müasir dövrün qanunlarına, cəmiyyətdə dəyər kimi götürülən tabulara boyun əymir, öz bildiyi kimi yaşamağa çalışır. Bu isə onu bəzi dramatik-faciəvi, eyni zamanda tragikomik situasiyalarla üz-üzə qoyur.
Əsərdə igidlik, qoçaqlıq kimi mənəvi dəyərlərə də müasir zamanın gözü ilə qiymət verilir. Qəhrəman ziddiyyətli xarakteri ilə ətrafdakıları da, özünü də, hətta əsərin müəllifini də pis vəziyyətdə qoyur! (təbəssüm)
Deyim ki, Azərbaycanda bu səpkili roman olmayıb. Əsərin maraqla qarşılanacağına əminəm.
- Roman nə vaxt dərc olunacaq?
- Roman artıq bitib, son düzəlişləri edirəm. Bu ilin sonuna kimi çap olunmalıdır.
Elmin HƏSƏNLİ

1559 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024