Anarın Süleyman Rəhimov ifşası

Anarın  Süleyman Rəhimov ifşası
16 iyun 2011
# 16:00
Anarın Ənvər Məmmədxanlı haqda bir essesi var: «Həyatım ağrıyır».

Bu essedə Anar Ənvər Məmmədxanlıya istinadən bir hadisəni yazır.

Hadisə 1939-cu ildə, Anarın cəmi bir yaşı olanda baş verib.

Bu hadisəni Kamal Abdullanın o zamanlar çox məşhur olan “Qoşma” verilişində Ənvər Məmmədxanlı özü danışıbmış.

Rəsul Rzaya və Ənvər Məmmədxanlıya qohumluğu çatan Abdulla Faruq latın əlifbasından kirilə keçidə görə Mir Cəfər Bağırova məktub yazaraq bu keçidi kəskin tənqid edir.

Bu hadisəsən sonra Abdulla Faruqa repressiyalar başlayır.

Müharibə başlanan kimi cəbhəyə göndərilən şair burda da ölür.

Hadisə də Abdulla Faruq haqqındadır.

Əsərdən həmin hissəni təqdim edirik:

“Bağırov Faruqu tutdurmadı, halbuki, tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37- ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarının doldurulması və 39-cu ildə bu repressiyalar kampaniyasının butün ölkədə dayandırılması idi – A.).

Amma başladı ki, yox, səni öyrədiblər. Yazıçılar İttifaqında öyrədiblər.

Elə Rəsul Rzanın da sənə qohumluğu çatır.

Bütün Yazıçılar İttifaqını darmadağın elədi.

Bir-bir adamları çağırırdı. O vaxt mən o adamların içində, düzdü, olmamışam.

Səməd Vurğunu, Rəsul Rzanı, başqalarını, hamısını...

İçəri girən kimi də soruşarmış ki: "Kakoy on poet? " (Yəni Faruq – A.)

Məsələn, Səməd nə bilsin ki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov, rastuşiy, xoroşiy poet".

– A... rastuşiy, xoroşiy poet?! Otur!

Bir nəfər, adını demirəm kimdir, nə təhər olubsa, hiss eləyib ki, bu nə məsələdi. İçəri girən kimi bundan da soruşub ki, rusca soruşub yenə: "po tvoemu, kakoy poet Faruk?" O da deyib ki, "eto provokator, ne poet\". Bağırov deyib: "Vot bolşevik!"

Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki, Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar İttifaqına sədr göndərdilər...”

Göründüyü kimi, nə Ənvər Məmmədxanlı ad çəkir, nə də Anar.

Lakin Anar elə bir ipucu qoyub ki, bu ipucuyla o yazıçının kimliyini asanlıqla müəyyənləşdirmək olar.

Bəlli tarixdir ki, Rəsul Rza istefaya göndəriləndən sonra Yazıçılar İttifaqının sədri vəzifəsinə Süleyman Rəhimov təyin edilib.

Anarın dediyindən belə çıxır ki, Mir Cəfər Bağırovun hüzurunda Abdulla Faruqu “provakator” adlandıran yazıçı o olub...

Qan TURALI
# 2577 dəfə oxunub

Oxşar xəbərlər

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

16:00 6 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər