Roman epidemiyasının faydaları
7 may 2011
11:00
“Çal təbili və qorxma” (axırı)
(“Schlage die Trommel und fürchte ditch nicht”)
Heine
Əvvəli: http://www.kulis.az/xeber_N%C9%99rmin_Kamal-_Roman_epidemiyas%C4%B1n%C4%B1n_faydalar%C4%B1__34.html
Bizdə yeni dərs ilinin başlanması, yazın gəlişi kimi Fransada da böyük hadisə kimi qeyd olunan bir mövsüm var. Bunun adı “roman mövsümü”dür. Avqustun ortalarından yeni roman mövsümü başlanır, sentyabrın sonlarına qədər davam edir. Bu bir ay ərzində kitab bazarına o qədər yeni roman çıxır ki, rəqəmlərdən baş gicəllənir. 2007-ci ildə düz 727 yeni roman, 2008-ci ildə 676 yeni roman, 2009-cu ildə 659 yeni roman. Maraqlıdır ki, bu iki ili “roman böhranı illəri” adlandırırlar və 2010-cu ildə 734 yeni roman! Bu 734 romandan düz 497-si yeni müəlliflərin birinci romanlarıdır, qalanları tanınmış yazıçıların. Özü də 734 – Fransada 2010-cu ildə çıxmış bütün yeni romanların sayı deyil, yalnız bu mövsümdə sərgilənmək üçün xüsusi seçilmişlərdir. Kənarda isə dəfələrlə çox sayda yeni romanlar qalır və kitab mağazalarının arxa vitrinlərində alıcılarını gözləyir.
Fransada 2010-cu il yeni roman mövsümündəki yazıçıların yaşları da maraqlıdır. Ən yaşlısı 92 yaşlı Jak Lekontdur ki, ilk romanını yazıb, ən gənci 15 yaşlı Karmen Branlidir ki, yeniyetmələrin sevgisi haqda ilk romanını qələmə alıb. Əksəriyyəti isə 20 ilə 30 yaş arasındakı müəlliflərin romanlarıdır.
Cəmi üç əsr əvvəl Fransada vəziyyət bunun dəhşətli dərəcədə əksinə olub. “Harada bacarmışam, orada da nəşr etdirmişəm” – bu cümlə fransız romançısı Crebillonun “Atalzaide” (1745) kitabının titul vərəqində yazılıb. “Zevotiyada, Yatmışla Xoruldayanın yanında nəşr etdirmişəm” bu cümlə isə Jak Kazotun “Min bir dəlilik” romanının titul vərəqindəndir. 18-ci əsrin ortalarında nəşr olunmuş bütün fransız romanlarının girişində harada nəşr olunması haqda belə qeydlər var. Ona görə ki, 1737-ci il 20 fevralda Fransa ərazisində yeni romanların çapı kralın “Roman yasağı” adlı fərmanı ilə qadağan edilmişdi. Roman qadağası yalnız xüsusi kral razılığı ilə nadir hallarda aradan qaldırıla bilərdi, amma faktiki olaraq qaldırılmırdı.
Yazıçılar məcburən romanlarını Hollandiyada nəşr etdirirdilər. Russonun yazdığına görə, roman qadağasına kanslerin sərt nəzarəti o dərəcəyə çatmışdı ki, daha əlyazmaları ona göstərmirdilər. Cinayət olsa da, romanları Fransanın özündə, lakin gizli nəşr etdirirdilər. Naşirlər sadəcə olaraq, kitabın titul vərəqində Fransadan başqa hər yerin adını yazırdılar.
Amma o roman qadağası dövründən bu günə çoxlu roman qalıb.
İlk baxışdan üç əsr əvvəlki vəziyyətlə romanın Fransadakı bugünkü vəziyyəti fərqlidir. Onda onu sıxışdırırdılar. İndi isə onu sıxışdıran yoxdur. Lakin nə qədər fərqli görünsə də, əslində hər iki vəziyyətin ümumi bir kökü var, hər iki halda romanlar – azadlıq, fərdiyyətçilik ifadəsidir.
Beləcə, son üç ildə dünya romançılığı öz tarixi boyu ən intensiv dövrünü yaşayır.
Hər il ABŞ-ın müxtəlif qəzetlərinin dekabrda çıxan “Book review”larında “İlin 100 yadda qalan romanı” siyahısı çıxırdısa, son illərdə “Book review”larda ilin 200 yadda qalan romanı kimi siyahılar dərc olunur. Bunlar üç min, beş min yadda qalmayan romanlar arasından yadda qalanların siyahısıdır.
Hələ “Amazon.com” kitab marketi son iki ildə satılan kitablar qədər də “Kindle e-reader” satıldığını bildirir. Deməli, kitab şəklində nəşr olunan romanların sayı reallığın yalnız yarısını ifadə edir. İnsanlar romanları bu elektron vasitədən də oxuyurlar və bu günlərdə kitabları elektron şəkildə alıb oxuyanlar “Kindle”-ın sahibinə belə bir sual ünvanlayıblar: Tutalım, mən romanı kitabdan yox, “Kindle” və ya “I-pad”-dən oxuyuram, amma romanını oxuduğum yazıçıdan avtoqraf götürmək istəyirəm. Yazıçılar bu romanı necə imzalasınlar, bir halda ki, mətn elektrondur? “Kindle” onların təklifini nəzərə alıb. Fevralın 10-da “avtoqraflı e-reader” buraxdıqlarını bəyan ediblər. Üzərində hazır üç ədəbiyyat bloggerinin və gənc romançının avtoqrafları da var. (http://www.mediabistro.com/galleycat/authors-signing-ereaders-instead-of-books_b23148?c=rss)
Qonşu Türkiyədə 2000-ci illərin ikinci yarısında 30 min yeni kitab nəşr olunub. 2010-cu il Türkiyə tarixinin ən çox roman yazılan ili olub. Əgər 2004-cü ilin sonunda “Radikal” qəzeti ölkədə 274 yeni roman yayımlandığını yazmışdısa, sonrakı il bu rəqəm 284-ə, 2006-cı ildə 349-a, 2010-cu ildə 445-ə çıxdı. Bu kitabların içində “ilk dəfə roman yazan”ların sayı 2006-cı ildə 349 romanın 174-ü idisə, 2010-cu ildə yeni romanların sayı 349 olub. Gənc yazarların bir motivasiyası özünü ifadə etmək, başqalarına xitab etməkdirsə, digəri məşhur və çox satılan yazar olmaqdır. “Bizdə bu iki motivasiya birləşib roman partlayışını doğurub.” (Yazar Ömer Türkeş)
Başqa ölkələrdəki roman rəqəmlərilə müqayisədə Azərbaycanda son illərdə çıxmış gənclərin romanlarının sayı nədr ki?! Heç nə! Möhkəm, qoz ağacından olan bir masanın ütünə yığıb saysaq, üç ildə çıxan romanların ümumi sayı heç 100-ü keçməz. Amma bizdə “bu qədər roman olar?” deyib o qədər şikayətlənirlər ki, adam həqiqətən də burda roman epidemiyası olduğunu sanır. Roman sözü də, epidemiya sözü də Qərb mənşəlidir. Bu gün Qərb ölkələrində həmişəkindən dəfələrlə çox romanlar çıxır. Lakin bu, heç bir halda “roman epidemiyası” kimi təşbehlərlə təsvir olunmur.
Azərbaycanda yeni nəslin yazmaq sevdasına qarşı çıxan elə fəal qocalar da var ki, ədəbiyyatda bir parlaq işıq deyillər, ola bilməyiblər, bir yandan da bu yeni çıxan colma-cocuq onların onsuz da zəif olan işığının qarşısını tutur, sıxlıq yaradır, onları lap görünməz edir. Belələri nəyə görəsə özlərinə halal, başqalarına isə haram hesab etdikləri ədəbiyyatdan “bizim qapının ağzında durma” tonuyla gəncləri qovmaq, aşağılamaq üçün müsahibələr, məqalələr sərf edirlər. “Başqaları keyfiyyətsizdir, hap-gopdur, pisdir” deyə-deyə özünün keyfiyyətli, doğruçu, yaxşı imicini yaratmaq siyasəti yürüdənlərin arasında elələri də var ki, özünün və övladlarının xarici səfərlərindən söz açır tez-tez. Yaxşı, elə isə özünüzün və övladlarınızın Qərb səfərlərində yalnız adı dillərdə əzbər olan klassik romançıları deyil, o ölkənin gənc yazarlarının romanlarını da alın, o ölkələrin yeni ədəbi prosesləri ilə maraqlanın; belədə Azərbaycanda yaşayan yeni nəsl romançıların debüt romanlarından danışanda onları klassiklərlə deyil, yaşıdları olan əcnəbi yeni nəsl romançılarla müqayisə etmək imkanınız olar. Hərçənd, uğursuz bir keçmişin uğursuz indinin qarşısına keçib danışmağa haqqı yoxdur.
***
Sirr deyil ki, roman xam istedad hadisəsi deyil. Bir çox insanlarda yazıb-yaratmaq təməl instinkti var – bu xam istedad insanı şeir, hekayə, mahnı yazmağa sövq edə bilər. Lakin heç kimin istedadı onu “film çək”, “roman yaz” deyib dümsükləməz. Yəqin ki, bu fikirlə dünya romançılığının bugünədək topladığı təcrübə, nəzəri biliklər, “etməli, etməməli” bankı saytlarda roman yazmaq istəyənlərə təqdim olunur; onlarla internet səhifəsi “How to Write a Novel?” sualına (Azərbaycan ədəbiyyat nəzəriyyəçilərinin müvafiq mövzudakı kitablarından dəfələrlə keyfiyyətli və daha ətraflı) cavablar verir. Roman yazarkən buraxılmaması gərək olan boşluqlar, səhvlər bənd-bənd aydın yazılır. Romanları oxuduqca insanların bədii duyumu yüksəlir. Hər gün yeni-yeni nəşriyyatlar açılır, bunları tələb doğurur və nəşriyyatlar açıldıqca yeni-yeni kitablara təkan verir, nəşriyyat pulla deyil, hansısa cəhətini bəyəndiyinə görə romanları nəşrə qəbul edir.
Azərbaycanda hesab edənlər var ki, son vaxtlar bizdə yazılan romanlar çox keyfiyyətli olardı, əgər bu gənclər: “Əvvəl hekayə kitabları buraxaydılar, sonra romana keçəydilər, ayıbdır”. Yenə də ədəbiyyatın 100 il əvvəlinə aid bir həqiqət! Hekayə kiçik roman idi, povest ortancıl roman, roman isə böyüdülmüş, inkişaf etdirilmiş hekayə. Artıq çoxdandır ki, belə deyil. Roman çox böyük proseslərdən, dəyişikliklərdən keçib. Günümüzün romanı böyük hekayə olan ənənəvi romanlardan çox fərqlidir. Hekayə yaza-yaza yaxşı hekayə ustası olmaq olar, hekayəçinin təcrübəsi artar, püxtələşər, amma romançı olmaz. İndiki dünya ədəbiyyatı təcrübəsi göstərir ki, roman çoxlu hekayə yazandan sonra keçilən keyfiyyət mərhələsi deyil. Bugünkü roman ilə hekayə janrı arasında dərin fərqlər var. Böyük, möhtəşəm romanlar yazmağın yolu “praktikant” romanları yazaraq özünü inkişaf etdirməkdən keçir. “Roman - yeganə janrdır ki, hələ yaranma mərhələsindədir, hazır janr deyil. Digər janrları biz janr kimi, daha doğrusu, bədii təcrübənin möhkəm formaları kimi artıq hazır şəkildə bilirik... Roman – sadəcə janrlar arasında janr deyil. Bu, çoxdan hazır olan və qismən ölmüş janrlar arasında yeganə təşəkkül tapmaqda olan janrdır. Bu yeganə janrdır ki, dünya tarixnin yeni dövründə doğulub, ...digər janrları isə yeni dövr miras kimi hazır alıb, onlar sadəcə – biri pis, o biri yaxşı – yeni həyat şərtlərinə uyğunlaşırlar. Onlarla müqayisədə, roman tamamilə başqa təbiətə malikdir. O, başqa janrlarla pis dil tapır, çətin yola gedir. O, ədəbiyyatda öz hakimiyyəti uğrunda çarpışır və qalib gəldiyi yerdə başqa, köhnə janrlar çürüyüb gedir. Təsadüfi deyil ki, antik roman tarixi haqda ən yaxşı kitab olan Ervin Rodun kitabı antik romanın tarixini danışmaqdan çox antik dövrdə romanın yanında bütün ali janrlarının dağılıb getməsindən danışır...” (M.Baxtin “Epos və roman. Romanın tədqiqi metodologiyası”)
Beləliklə, bu roman qələbəliyi həm müəlliflər üçün, həm cəmiyyətdə fərdiyyətçilik əhval-ruhiyyəsinin yayılması baxımından, həm də romanın üfüqlərinin genişləndirilməsindən ötrü son dərəcə gözəl, xeyirli bir prosesdir. Ədəbiyyatdakı bu cür tendensiyaların arxasında öz qanunauyğunluqları durur. Bu qanunauyğunluqlar bir mərkəzdən – ədəbiyyatı nə qədər təmiz ürəklə də olsa, öz evi sayıb keşiyində durmaq istəyən ataların, böyük qardaşların fikirlərilə idarə oluna bilməz.
Çünki ədəbiyyat həmişə küçədir, sənin olduğu qədər mənimdir.

1688 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024