“Gəlinlərin savaşı” tamaşasının premyerası oldu

“Gəlinlərin savaşı”  tamaşasının premyerası oldu
2 mart 2026
# 15:20

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış “Gəlinlərin savaşı” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, nümayişdə Sumqayıt ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri və teatrsevərlər iştirak ediblər.

Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları Ümüd Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından yanaşaraq üç ərköyün gəlinlə sülhsevər qayınana arasındakı qarşıdurmanı əks etdirir. Gəlinlərin eqosu və qayınanaya qarşı sərt davranışları ailədə gərginlik yaradır. Lakin müdrik və təmkinli qayınana vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir.

Tamaşa aktual mövzunu komediya janrında təqdim etməklə tamaşaçılara həm düşündürücü, həm də əyləncəli səhnə həlli vəd edir.

Rollarda Əməkdar artist Fəranə Musayeva, aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Emil Həmidov çıxış ediblər.

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər