“Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı oldu

“Namiq Dəlidağlı – Sözdə görünən adam”  kitabının təqdimatı oldu
2 mart 2026
# 13:00

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur regional təşkilatının və Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu yubilyarın ədəbi və publisistik fəaliyyət yoluna nəzər salıb. Namiq Dəlidağlını sözün məsuliyyətini daşıyan, poeziyada və jurnalistikada özünəməxsus dəst-xəti ilə seçilən qələm adamı kimi dəyərləndirən natiq ona rəhbəri olduğu qurumlar adından fəxri fərman təqdim edib.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday yubilyarın yaradıcılığından danışıb.

Əməkdar müəllim Ofelya Babayeva yubilyarın insani keyfiyyətlərini vurğulayaraq onun sadəliyini, zəhmətkeşliyini və mənəvi bütövlüyünü yüksək qiymətləndirib.

Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə vaxtilə tələbəsi olmuş şairlə qürur duyduğunu bildirərək onun yaradıcılığında vətəndaş mövqeyinin, milli ruhun və sözə həssas münasibətin qabarıq şəkildə özünü göstərdiyini söyləyib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov yubilyarı şəhər rəhbərliyi adından təbrik edərək ona fəxri fərman təqdim edib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, professor Avtandil Ağbaba, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və jurnalistlər Xaqani Abbasəli Öztürk, Asif Asiman, Firdovsi Cəfərxan, İlhamə Məhəmmədqızı, Oqtay Salahlı, Əməkdar artist Nazir Rüstəm, Novruz Kərimov çıxış edərək Namiq Dəlidağlının ədəbi yaradıcılığını və publisistik fəaliyyətini yüksək qiymətləndirdilər. Eyni zamanda, onun poeziyasında zamanın ağrılarının, yurd nisgilinin, vətəndaş məsuliyyətinin və insani duyğuların bədii ifadəylə əks olunduğunu xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində müəllifin yeni nəşr olunan “Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kitabda şairin yaradıcılığına həsr edilmiş ədəbi-tənqidi məqalələr, müxtəlif illərdə onunla aparılmış müsahibələr, həmkarlarının və dostlarının fikirləri, eləcə də ona ithaf olunmuş poetik nümunələr toplanıb. Nəşr yubilyarın 55 illik ömür və yaradıcılıq yoluna işıq salan sanballı toplu kimi dəyərləndirilib.

Sonda Namiq Dəlidağlı sözə və qələmə olan inamını ifadə edərək bundan sonra da ədəbiyyata və mətbuata xidmət yolunda fəaliyyətini davam etdirəcəyini deyib, şeirlərindən söyləyib.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Hekayə müsabiqəsinin qalibləri açıqlandı

Hekayə müsabiqəsinin qalibləri açıqlandı

13:43 2 mart 2026
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

12:10 2 mart 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

10:20 2 mart 2026
"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər