Mövlud Süleymanlı: “Əkrəm Əylisli məndən qisas alır ”

Mövlud Süleymanlı: “Əkrəm Əylisli məndən qisas alır ”
11 oktyabr 2012
# 12:47
Xalq yazıçısı Əkrəm Əylisli “Toplum” jurnalına verdiyi müsahibədə başqa bir xalq yazıçısı Mövlud Süleymanlının haqqında sərt fikirlər səsləndirib.

Müsahibəni götürən Vahid Qazi yazıçı Anatoli Kuznetsovun sovet yazıçılarını siyasi mövqelərinə görə təsnifatını xatırladıb və bu təsnifatın Azərbaycan yazıçılarına aid edilməsinin mümkünlüyünü soruşub.

Əkrəm Əylisli deyib ki, bu təsnifatı Azərbaycan ədəbiyyatına tətbiq etmək, alınmayacaq. Fikrini əsaslandıran xalq yazıçısı bəzi yazıçıları, o cümlədən Mövlud Süleymanlını tənqid edərək deyib: “Bir vaxt mənim dəyirmanın donuzluğundan min bir müsibətlə dartıb çıxardığım, o vaxtkı “Dəyirman”ın müəllifi, sonralarsa hakimiyyətlər dəyişdikcə, Teleradio İdarəsində tez-tez dəyişən sədrlərin hər birinə illər boyu eyni sədaqətlə xidmət göstərən Mövlud Süleymanlını hansı təsnifata aid etmək olar? Yox, olmaz. Mümkün deyil”.

Kulis.az saytı məsələ ilə bağlı Mövlud Süleymanlının rəyini soruşub. Yazıçı Əkrəm Əylisli ondan qisas aldığını deyib: “Əkrəm Əylisli bir vaxtlar Rəsul Rzanı, Anarı indi məni təhqir etdiyi kimi təhqir edirdi. Məndən bu barədə soruşmuşdular. Mən də onun yaradıcılığı barədə bir-iki kəlmə söz demişdim ki, onun əsərlərində xarakter yoxdur. O mənim haqqımda pis sözlər deyə bilər, o belə adamdır. Əkrəmi yaxşı tanıyıram. Əkrəm həmişə məndən bir-iki addım öndə olub, ancaq mən ondan bir kəlmə də götürməmişəm, heç nə öyrənməmişəm”.

Ağa Cəfərli
# 3840 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər