Bloq yazıları tənqidi məqalələrlə rəqabətdə

Bloq yazıları tənqidi məqalələrlə rəqabətdə
13 oktyabr 2012
# 07:20
İngiltərənin ən nüfuzlu mükafatı “Man Booker”-in bu ilki qalibinin məlum olmağına cəmi üç gün qalıb. Hillari Mentel, Elison Mur, Jit Tahay, Tan Tvan Enq, Debora Levi, Uill Selfin adlarının keçdiyi qısa siyahı “Man Booker”in ən yaxşı siyahılarından hesab olunur.

Siyahı seçimləri ilə bağlı “Independent” qəzetinə açıqlama verən mükafatın münsiflər heyətinin başçısı Piter Stothard ədəbi bloqosferdə tənqid standartlarının aşağı düşməsindən danışıb: “Amerikadakı kimi İngiltərədə də belə anlayış var ki, ənənəvi, özünəgüvənən tənqidçi arqumentlər gətirərək insanlara hansısa kitabın pis, yaxud yaxşı olduğun deməlidir”.

Ədəbi bloqosferin genişlənməsindən danışan Stothard bunları qeyd edib: “Ədəbiyyata aid çoxlu bloq və saytların olmağı möhtəşəmdir, amma ədəbi tənqidi məqalələr şəxsi zövqün ifadəsi olan bloqlardan xeyli fərqlənir”.

“Guardian”ın yazarı Robert Makramın fikrincə, Stothardın fikirlərini ciddiyə almaq lazımdır: “Adi vətəndaş yanaşması ilə peşəkarların yanaşması bir ola bilməz. Tənqidin Hazlit, Emerson, Dr. Conson, Koleric kimi tarixi var. İndiki istənilən çap materialına rəy vermək çətin işdir. Tənqid – peşəkar olmalı və ədəbi konteksdən kənara çıxmamalıdır”.

“Man Booker”in bu ilki qısa siyahısı

Bu ilki siyahıda qəribə təsadüflər var; məsələn, qısa siyahıya 3 qadın və 3 kişi yazıçı düşüb, 3 böyük, 3 kiçik həcmli əsər var, 3 əsər tarixi janrdadır. 2 rəqəmi ilə bağlı hadisələr çoxdur; məsələn, əsərlərdən 2-i debüt əsərlərdir, yazıçılardan 2-i ingilis deyil.

Uzun siyahıya düşən hər əsər münsiflər tərəfindən ən azı iki dəfə oxunub və müzakirə edilib.

İngilis yazıçı Hillari Mentel bu il qalib gələrdə Piter Keri və J.M Koetzi kimi “Man Booker”ə ikinci dəfə sahib olacaq.

Qalibin adı 16 oktyabrda açıqlanacaq.

50 min funt-sterlinq dəyəri olan mükafatın keçən ilki qalibi “The Sense of an Ending” (“Sonun yaxınlaşması hissi”) romanı ilə Culian Barns olub.

“Booker” mükafatı 1968-ci ildə təsis edilib. Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malikdir.

Günel Əsgərzadə
# 2026 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər