Badamı gözlü, xurmayı saçlı qız
19 sentyabr 2012
05:00
(hekayə)
İkindi çağ olsa da günəvər yerdə günəş hələ də canlını-cansızı isidib xumarlandırmaqda idi. Kənd evlərinin uçuq damları, kor pəncərələri Günəşlə dərdləşirdi. Yayın ərköyün bürküsü kəndin başı üzərindən asılıb qalmışdı.
Çəpərin içindən boylananda ancaq göyün qalınlaşan, seyrələn buludlarını görə bilən balaca oğlan uşağı bu səhər yuxudan oyananda həmin o çəpərdən o tərəfdəki buludları bir ayrı rəngdə gördü; buludlar sarı ilə qırmızının qarışığı rəngindəydi, göyün yaxasında aram-aram yeriyən sanki köç karvanıydı və lap yuxarıda cilvələnən Günəş də bu karvana bələdçilik edən çarvadar idi. Buludlar onun heç vaxt görmədiyi başqa bir dünyadan gəlib çox-çox uzaqlara gedirdilər.
Uşaq ömründə belə qeyri-adi, sirli mənzərə görməmişdi. Gün əyildikcə Günəş təpənin o üzünə aşıb görünməz olan yolçu kimi gözdən itməkdəydi. Bulud köçü də ağır-ağır onun ardınca irəliləyirdi. O, həmişə bu vədə yetişəndə evdən çıxıb yaxınlıqdakı dənizin yolunu kəsmiş çopur qayalara doğru üz tuturdu. Ən hündür qayanın başında oturub dizlərini qucaqlayaraq saatlarla dənizin uğultusunu dinləyirdi. Tövrünü pozmadan Ayın çıxmasını gözləyirdi. Ay yuyunub sudan çıxan kimi sərin mehlə qurulanırdı və qayanın üstə oturmuş o çəlimsiz uşağın xəyallarına ayna tuturdu. Uşağın kipriklərinə sərinlik çökürdü, xəyalları dənizin üstüylə uzanan işıq yolunu tutub gedirdi. Sularda ləpələnirdi bu xəyallar. Uşaq bəzən yuxuya yenilirdi və ayılanda Ayın buludların arxasında gizləndiyini görürdü. Ay yerini Günəşə təhvil verənə qədər o uşaq qayanın üstündə əllərini dizlərinin üstündə daraqlayıb otururdu və sübh çağı üst-başı şeh içində evə qayıdırdı.
Daha evdə ondan haradan gəldiyini soruşmurdular, onların eyvanından baxanda əyri-üyrü, zəhmli qayalar görünürdü. Gecənin qaranlığında ata öz oğlunun siluetini asanca seçə bilirdi. Amma atası bilmirdi ki, oğlu səhərəcən Ayla nədən danışır...
Uşaq Ay işığından sehrlənmişdi. Elə bil bu işıq onun üzünə salavat kimi çevrilirdi, bu işığın içində ulduz-ulduz arınırdı.
Bir gecə uşaq Aydan soruşdu:
- Quşlardan qanad alsam, uça bilərəm?
Uçmaq həvəsi canına haradan dolmuşdu, heç özü də bilmirdi. Elə bil itiyini göydə tapacaqdı... Yerin havası onun sinəsinə düşmürdü. Anası həmişə əllərini göyə açıb dualarını sonsuz boşluğa yollayırdı. Uşaq ağlıyla düşünürdü ki, görəsən anasının “məktub”ları ünvanına çatır ya yox?
Ay üfüqün o səmtinə diyirləndi, bu səmtinə diyirləndi və gülümsədi:
- Sənə qanadı quşlar yox, ətri hələ burnuna dəyməmiş şehli bir çiçək verəcək!
Yenə kiprikləri ağırlaşdı və nə vaxt yuxuya getdiyini hiss etmədi... Dalğalar onun yuxusunu döyəcləyirdi. Yuxusunda ucu-bucağı görünməyən bir çəmənlik gördü, çiçəklər büsbütün şehə bürünmüşdü. Kəpənəklər və arılar çiçəklərə nəğmə oxuyurdu. Amma bu çiçək dənizinin içində bir ayrı çiçək də vardı ki, min çiçəyin içindən seçilirdi. Ətrafdakı yüzlərlə çiçək bu çiçəyin ətrindən bihuş olmuşdu. Ləçəklərində titrəşən şeh damlaları ona xüsusi gözəllik verirdi.
O, həmin çiçəyə doğru tələsdi, amma bilmirdi addımlarını necə atsın, çünki hər addımında onlarla çiçək ayağı altında qalıb əziləcəkdi. Üzə bilməyən uşaq kimi bu çiçək dənizinin sahilində vurnuxurdu. Həyəcandan sinəsi körük kimi qalxıb enirdi. Yerə çöküb dizlərini qucaqladı və hirsindən ağlamağa başladı... İlğımlı çiçək dənizinin içindən badamı gözlü, xurmayı saçlı bir qız çıxaraq ona sarı gəlməyə başladı. Uşaq döyüküb qaldı, bu ki, elə həmin çiçək idi! Anlaşılmaz bir hiss qəlbini vəcdə gətirdi, bədəni uçunmağa başladı. Arxadan kimsə onu irəli itələyirdi.
Çevrilib geriyə baxdı, gəldiyi yol nazilə-nazilə gedib göm-göy dağlara sancılırdı. Günəş əriyə-əriyə aşağı endikcə o dağlar elə bil yuxarı qalxırdı və onu kürəyindən irəli atan da dağdan əsən külək idi.
Özü öz səsinə yuxudan dik atıldı. Doğurdan da ağlamışdı, canında yorğunluq hiss elədi; elə bil dalğa onu vurub sahilə atmışdı. Günəş gözlərinə qədər baş qaldırmışdı, növbəti bulud köçü üçün hazırlanırdı. Uşaq əllərini qaşlarının üstünə qaldırdı, gözlərini qıydı. Günəşin gözləri dilləndi:
- İnsan uçmaq üçün yaranmayıb... Xam xəyala düşmə...
Oğlan gün işığında yaddaşını yudu və həmin badam gözlü, xurmayı saçlı qız yaddaşının aynasında cilvələnməyə başladı. Amma onu xəyalında yoxsa gözünün qarşısında gördüyünü anışdıra bilmirdi. Bir-iki addım qabağa yeridi, az qala qayanın üstündən dənizə düşəcəkdi. Hansısa sirli bir qüvvə onu sinəsindən basıb saxladı. Badam gözlü, xurmayı saçlı qız bir andaca Günəşin işığında əriyib itdi.
2
O gündən uşaq havalı kimi gəzməyə başladı... Evdə də heç kimə heç nə demirdi... Saatlarla o çopur qayanın üstündə üzü Günəşə doğru oturub susurdu. Anası hər gün gözünün yaşını tökürdü, atasının fikirdən qəddi bükülmüşdü... Eyvanın önündəki şahtutun budağına qonmuş sərçələr onun yuxusunu dənləyirdi. Uşağın nə illəti vardısa, o dənizlə bağlıydı, ona nə olmuşdusa, o çopur qayanın üstündə olmuşdu... Qaya inadla susurdu. Dəniz isə insanların ayıq vaxtı gördüyü yuxu kimi idi.
Uşaq yenə də hər gecə gəlib bu qayanın üstünə çıxır, sularda batmış hansısa əzizini gözləyirmiş kimi gözlərini dənizin üfüqlə birləşdiyi nöqtəyə zilləyirdi.
O, bəni-insanla ünsiyyətdən qaçırdı, adamlarla söhbəti heç tutmurdu, ya onlar bu uşağın dilini bilmirdilər, ya da o, bu adamları anlaya bilmirdi.
Nəsə ayrı bir dünyadan gəlmişdi bu uşaq... Bu dünyanın adamları o dünyanın dilini bilmirdilər. Uşaq içindəki dünyanın dilində qımıldanırdı, kənd camaatı nə qədər diqqət kəsilsə də onun ağzından bir söz belə tuta bilmirdilər. Dəniz kənarındakı xilasedicilər onu görən kimi deyirdilər: “Dənizin “nəçənniki” gəlir”.
Günəş hər səhər ona təsəlli verirdi, Ay gecələr ümid verirdi. Badamı gözlü, xurmayı saçlı qızın nə vaxtsa taleyindən keçəcəyinə onu inandırmağa çalışırdılar. Uşaq içindəki təlatümün hansı hissin nəticəsi olduğunu anlaya bilməzdi, o, hələ sevgi yaşına çatmamışdı...
Bir gün o qızın rəsmini çəkmək istədi, əvvəl karandaşla çəkdi, kənardan baxıb gördü ki, yox, çəkdiyi tamam başqa qızın şəklidir. Sonra fırça ilə çəkdi, yenə qarşısında başqa bir qızın şəklini gördü. Sonra elə sadəcə, ağ kağızın üzərində şehli çiçəyin cizgilərini cızdı, çəkdiyi şəklə baxdı, baxdı, amma bu şəkildə də badamı gözlü, xurmayı saçlı qızdan bir nişanə tapa bilmədi... Karandaşı, fırçanı bir kənara tulladı, çəkdiyi rəsmləri cırıq-cırıq edib küləyin ağzına verdi. Bir müddət özünü daşa-qayaya çırpıb qızı axtardı, axtarmaqdan yorulanda gözlədi. Gözləməkdən bezəndə yenə axtarışa çıxdı.
Bu dəfə özü-özünə təsəlli verdi: Mən o qızı axtarıb tapacağam! O, haradasa, elə bizim yaşadığımız dünyada yaşayır. Ayrılıq hər yerdə bir cür yaşanır, burda ayrılıq yol kimi uzanır, yol uzandıqca ömür də azalır... Bəzən bu yolun sonuna yetməyə bir ömür bəs etmir... Bir vaxtlar ona uçmaq üçün qanad verən şehli çiçəyin ona rəhmi gəlmişdi, onun qanadlarını qırmışdı. Yaxşı ki, elə bu qanadlar qırıldı, yoxsa oğlan göy üzündə azıb qalacaqdı...
İllər keçdi, onun yuxusunu sellər yuyub apardı... Uşaq o şehli çiçəyi – badamı gözlü, xurmayı saçlı qızı unutdu...
3
Amma yuxusunda gördüyü, sonradan badamı gözlü, xurmayı saçlı qıza çevrilən o şehli çiçəyin on doqquz ildən sonra şəhərin ortasında qəfildən onun qarşısına çıxacağına bu uşaq necə inana bilərdi?! Bu dəfəki yuxu-zad deyildi, o qızla qəfildən rastlaşdı və görən kimi də heyrətdən matı-qutu qurudu. Elə bildi yuxu görür...
Yuxusunda ucu-bucağı görünməyən bir çəmənlik gördü, çiçəklər büsbütün şehə bürünmüşdü. Kəpənəklər və arılar çiçəklərə nəğmə oxuyurdu. Amma bu çiçək dənizinin içində bir ayrı çiçək də vardı ki, min çiçəyin içindən seçilirdi. Ətrafdakı yüzlərlə çiçək bu çiçəyin ətrindən bihuş olmuşdu. Ləçəklərində titrəşən şeh damlaları ona xüsusi gözəllik verirdi...
...Uşaq vaxtı çopur qayanın üstündə gördüyü o qəribə, sehrli yuxunu bütün aydınlığı ilə xatırladı. Qarşısında dayanmış qız eynilə həmin qız idi! Təəccüblü burasıydı ki, qız da onu görən kimi tanıdı:
- Sən uşaqlıqda elə hey uçmaq istəyirdin... Sənə yeri mən sevdirdim.
Fikirləşdi ki, qadınlar kişiləri yerüstü dünyaya bağlayan yeganə məxluqlardır. Kişilər bu boyda cənnəti qoyub səmaya can atmazlar. Öz fikrinə özünün də gülməyi tutdu. Oğlanın heyrəti gözlərindən asılı qalmışdı, hələ də gördüyünə inana bilmirdi. Onu da bilmirdi ki, bu qız onun keçmişindən gələcəyinə adlaya bilməyəcək. Oğlan heç bir günahın yiyəsi deyildi, badamı gözlü, xurmayı saçlı qız çox gecikmişdi. Həyatın dönüm-döngələrində oğlanın sevgisi qırıq-qırıq olmuşdu. Qızın özü kimi bir cüt gözəl balası vardı.
- Mən heç vaxt sənin olmayacağam !..
Qız bu sözü deməyə gəlmişdi, deməsəydi, oğlan qocalanacan onu gözləyəcəkdi... Gözləməkdən yorulanda isə axtaracaqdı və beləcə ömür başa yetəcəkdi...
Payızın sarışın təbəssümü şeh kimi üstlərinə çökdü...

1569 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024