“Facebook tiryəkdir“
31 iyul 2011
12:21
Frederik Beqbeder müasir fransız yazıçısı, publisist və ədəbi tənqidçidir. Dünyada çox oxunan yazıçı “Komada tətillər”, “Sevgi 3 il yaşayır”, “Romantik eqoist”, “99 frank”, “Fransız romanı” və başqa romanların müəllifdir. O, müsahibəsində əsərlərindən, kokaindən istifadəsindən, kapitalizmdən, Facebook və iPad-dan danışıb.
- Siz təəssürat yaramağı bacarırsız. 8 romanınız var, mühazirələr oxuyursuz, ədəbi tənqidçisiz və kino proqramınız var.
- Ah!!! Həmişə tənbəl adamlar öz üzərinə birdən-birə çox iş götürürlər, çünki bu halda nəyisə düzgün etmək məcburiyyətində deyillər. Bu bir az qaçışa bənzəyir, bir az da əyləncəlidir. Jan Koktodan soruşanda ki, nədən həm roman yazır, həm teatr və kinoyla məşğuldur, həm də rəsm çəkir, o demişdi ki, mən yastığımda təzə-tər yer axtarıram. Mənim də universal olmaq xoşuma gəlir, bu mənə bir neçə baxış bucağımın olmasına kömək edir.
- Niyə hələ də tənqid yazırsınız?
- Məncə, yazıçı olmaqdan qürur duyanlar çox oxumalıdırlar. Yaşayan və ölən yazıçıların əsərlərini oxumaq lazımdır. Və əgər bir yazıçı həm də müasirinin oxucusu və həmkarıdırsa, onun əsəri ilə bağlı müsbət və ya mənfi fikir bildiririsə, o, artıq tənqidçidir.
- Əksər insanlar üçün öz həmkarlarının əsərləri haqda fikir bildirmək çətindir, xüsusən də mənfi fikir.
- Vətənimdə mənə xoşagələn nifrət edilir. Yalnız məqalələrimə görə yox, həm də uğurlarım qısqanclıq doğurur. "39,90" əsəri Fransada böyük uğur qazandı, həm də nifrətə səbəb oldu. Əslində, hər şey sadədir, oxucular tənqidi sevirlər.
- Doğrudanmı hər şey belə sadədir?
- Aman Tanrım, sizin alman ruhunuz var, təmiz və romantik! Oxumaqdan zövq almaq üçün istedad lazımdır. Və mən inanıram ki, bu, fransızsayaqı özəllikdir: biz tənqid etməyi sevirik. Əgər bir filmdə 5 dəqiqə gözəldirsə, biz iztəyirik ki, qalan 95 dəqiqiə bizi əsəbləşdirsin.
– Əslində, siz həm də kinotənqidçisiniz, Fransız kanalında “Le Cercle” adlı verilişiniz də var.
- Hə, mən qonaqlar dəvət edirəm və biz mübahisə edirik. Biz hər şey haqda danışırıq: Koreya, İran filmi haqda. Mən özəl kanalda çalışıram. Əslində, bilmirəm, yaxın illərə kimi TV-də qala biləcəyəmmi? Amma ola bilər, o vaxta kimi işləyim ki, heç kəs TV-də varlığımı hiss etməsin.
- Siz doğrudan da kinonu sevirsiniz?
- Təbii. Mən axı obrazlar dünyasında böyümüşəm. Mənim nəslimin mədəniyyəti kinodan bəhrələnib. Balaca olanda Parisdə kinoyla yaşayırdım, Marx Brothers, Lubitsch, Wilderin filmlərinə gedirdim. Anamın kinoya olan sevgisi mənə də keçmişdi. “Mənzil“ ən sevdiyimi filmlərdəndir. Çox pessimist filmdir, sevgiyə inamını itirən obrazlar xoşuma gəlir. Amansız filmdir. Əslində, bu gün dünya da belədir: o, zövq vəd edir, amma xoşbəxtlik başqa şeydir. Zövq kədərləndirə bilər. Bu gün hər şey daha pisdir: ədalətsizlik, iqtisadiyyatın hakimiyyəti və onuna mübarizə. Şirkətlət, biznes bir ölkədən daha qiymətlidir. Bill Geytsin şəxsi biznesi kimi. Amma mən şəxsən bunu - apokalipsisin nəsə bir gözəlliyinin olmasını maraqlı sayıram. Hətta kapitalist dünyasının kollektiv intiharını da təsvir edə bilərəm. Don Delillos son kitabında yox olmaqda olan kapitalizmin zəifliyini, xarabalıqlarnın gözəlliyini göstərir. Alman ədəbiyyatında xarabalığın təsvir ənənəsi var, məsələn, Qrassın “Krabın trayektoriyası“ əsərində.
Apokalipsis mövzularından qorxmaq lazım deyil. Mən 11 sentyabr hadisələri barədə “Windows on the World“ əsərini yazanda bir az da zarafat qatmaq istəmişəm. İnsanları gülməyə vadar etmək gözəldir, amma bu, hər şey deyil. Mənim “Au secours pardon“ kitabımda, söhbət Oktavenin Moskvaya gedib terrorist olmasından gedir.
- Siz terrorizmi ictimai aktivliyin forması kimi görürsünüz?
- Terrorizmə cəsarəti çatmayanlar roman yazırlar. Bu, itaətsizliyin bir formasıdır, amma özün və başqaları üçün təhlükəsizdir.
- Siz inqilaba inanırsınız?
- 20 əsr arzuların bu formasını məhv etdi, onları kabusa çevirdi. Mən dəyişikliyin bu formasına üstünlük verməzdim. Bizə yeni utopiya lazımdır.
– Amma siz onu artıq uydurmusunuz.
– “Windows on the World” əsərində artıq dünya güclərinə bunu təklif etmişdim. Bu ağlıma gələn yeganə həlldir. Bütün vacib problemlər yalnız Almaniyaya və ya Fransaya yox, bütün dünyaya aiddir.
- Bir neçə il əvvəl Paris polisi kokain istifadəsinə görə, sizi 48 saat həbsdə saxladı. Amma orda yeni “Fransız romanı” avtobiqrafik əsərini yazdınız.
- Bu, açılış anı idi. Saatsız, kitabsız otaq. Xatirələrə baş vurmaq üçün yaxşı fürsət idi. Fransız polisi mənə bu kitabı yazmaq üçün bəhanə verdi. Mən kamerda oturub düşünürdüm ki, uğaqlığım haqda nə yaza bilərəm.
- Belə çıxır ki, romanın ideyasına görə polisə minnətdarsınız? Həmçinin də kokainə. Uyuşdurucu maddələr yaxşıdır, ya pis?
- Kokain yaxşı deyil. Əgər sizin yaxşı əhvalınız yoxsa, o sizə yarım saat kömək edə bilər. Bir stəkan araq kimi. Bəziləri leqal, bəzilər qeyri-leqaldır. Amma hamısının eyni effekti var. Qısa müddətdə özünüzü yaxşı hiss edəcəksiniz, ertəsi gün isə daha pis olacaqsınız. Kokain – bu gün necə yaşadığımıza metaforadır. Biz keçmişi unutmaq istəyirik və gələcəkdən qorxuruq.
- Niyə siz fransızları unutqan millət hesab edirsiniz?
- Almaniayada yaxın keçmişin problemlərindən danışanda, Fransada əksinə, bu mövzulardan qaçırlar. Ailələrdə demək olar ki, İkinci Dünya müharibəsində baş verənlərdən danışmırlar. Mən həmişə bu barədə valideynlərimdən, dayımdan israrla soruşurdum. Mənim keçmişim haqda az bilməyim fransız olduğumu yaxşı sübut edir.
- Siz Marsel Prust kimi itirilmiş zamanı axtarırsınız.
- Oh!! Siz bu şedevrdən sitat gətirməklə məni oxucular üçün daha simpatik edirsiniz. Sartrın “Sözlər” kitabını da çox dəyərləndirirəm. Hər bir yazıçı öz uşaqlığından yazmalıdır ki, əslində bizim kim olduğumuzu bilsinlər. Yaxınlarda Günter Qrass bunu etdi, ”Die Box“da həyatına aid olan bütün fotolarını təhlil etdi və ya Natali Sarrot.
- Özünü romanda baş qəhrəman kimi təsvir etmək nə dərəcədə çətindir?
- Kitablarım çap ediləndən bəri mən həmişə uydurulmuş obrazlardan yazmışam, səhvən onların mənimlə eyni olduğunu düşünürlər, hərçənd onlar məndən daha cəlbedicidilər. Ona görə də real Frederikdən - tarixi olmayan yüngül banal gəncdən danışmaq qorxulu idi. Amma özümü təmiz vicdanla təsvir etmək istəmişəm.
- Sizi eqosentrizmdə günahlandıran tənqidçilərə nə cavab verirsiniz?
- Bu onların tam haqqıdır. Bütün yazıçılar tamlıqla narsist və xudbindirlər. Mən də istisna deyiləm. Amma inanıram ki, mənim eqosentrizmim yumor və özünü ironiyaya əsaslandığından onlar bağışlaya bilərlər. Mən daim özümə gülürəm. Heç kəs mənim kitabımı almağa məcbur deyil. “Mən dahiyəm, heç kəs məni anlamır” deyən yazıçıladan zəhləm gedir. Belə deməyə üstünlük verərdim: mənə çox pisdir, depressiyadayam, heç kəs məni sevmir”.
- Siz yüksək mövqe tutan ailəniz haqda cox yazırsınız. 1915-ci ildə müharibədə ölən babanızdan başlayaraq. Fransada sosial sinifin bu gün də əhəmiyyəti varmı?
- 60-cı illərdə mütləq vardı. Babam mühafizəkar qraf idi, yemək zamanı, qulluqçularla münasibətdə ayinləri vardı. Bu struktur hər şeyin partladığı 1968-ci ilin mayına kimi davam etdi. Mənim balacalıqda tanıdğım Fransanı Mixail Hanekenin ”Ağ lent“ filmində görmək olar. İnana bilmirəm ki, bunları nə zamansa yaşamışam, bu mənə tamamilə anaxronik görünürdü.
- İndi hər şey başqa cürdür?
- Biz belə deyirik: böyük bir nəslin içində böyük burjua Fransasının itdiyini görürük. İndi o, qloballaşmış bizneslə əvəz olunub, ondan mənim tanıdığm aristokratiyadan və ya hörmətə layiq olan əyalət adamından heç nə qalmayıb.
- Son dəfə nə zaman özünüzü xoşbəxt hiss etmisiniz?
– Bir neçə gün öncə parkda gəzəndə. Günəş şəfəq saçırdı. Sonra mən sosika yedim.
- Facebook-da fan-klublarınız var, özünüzün şəxsi səhifəniz varmı?
- Yox, orda hansısa adamlar özünü Beqbeder kimi qələmə verir. Onlar sadəcə səfehdilər. Fotomdan və adımdan istifadə edib şərhlər yazırlar. Onlar kimisə öldürsə, polis məni tutacaq.
- Facebook xoşunuza gəlmir?
- Facebook bizim nəslin tiryəkidir. Tənha adamlar üçün. Onlar özlərinin vacib olduğunu göstərmək üçün illüziyalara qurban gedirlər.
Mən “Sosial şəbəkə” filmini izlədim, o gülməlidir. Film göstərir ki, Facebook sosial şəbəkədir, kimsə onu yaradıb, o, cəmiyyətə nifrət edir və dostu yoxdur. Biz kompüter qarşısında çox vaxt itiririk. Əslində, ətdən-qandan ibarət olan real insanlarla görüşməliyik. İnsanlar informasiyanı birbaşa üz-üzə paylaşmalıdırlar.
- Sizin kitabla dolu eviniz var. iPad zamanında kitabsız gələcəyi təsəvvur edirsiz?
- iPad məni çox narahat edir. Ümid edirəm ki, mənim gələcək kitablarım rəqəmsal formatda yayımlanmayacaq. Bu təhlükəyə qarşı dayanmaq vacibdir.
- Niyə?
– Yaxınlarda Bret Easton Ellislə (Amerika yazıçısı- S.S.) danışırdım. O dedi ki, bəlkə də kitablar 5 ildən sonra yoxa çıxacaq, amma mənim vecimə də deyil. Mən kitablarımın yoxa çıxmasını istəmirəm. Kağızda oxumaq tamam başqadır. Ekranda Marsel Prustun “İtirilmiş zamanın axtarışında“ əsərinin oxunma şansı yoxdur.
- Pessimist səslənir...
- Yox, mənim kompüter xoşuma gəlir, həvəslə elektron poçtumu yoxlayıram, amma qiraətin vacib əhəmiyyəti var. Siz köhnə kresloda oturub yaxşı kitab oxuyursunuz, internet yoxdur, telefonu söndürürsünüz, kitabı sakit və asan oxuya bilirsiniz. Amma iPad-da həmişə istər-istəməz maili yoxlamaq istəyi olur. Sonra isə kimsə Skype-da deyir, “Salam, necəsən?“ Və kitaba konsentrə ola bilmirsən. İndi gənclər diqqətsizlik sindromunun yeni xəstəliyindən əziyyət çəkirlər. Bu isə yaxında baş verəcək faciələrə yol açır.
Almancadan çevirdi: Sevda Sultanova

1338 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024